Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası ( və ya Şimali Osetiya MSSR — 1936–1993-cü illərdə mövcud olan, RSFSR-in inzibati-ərazi vahidi. Paytaxt Orjonikidze şəhəridir. SSRİ-də osetinlərin əsas yaşayış yeri olmuşdur. Osetinlərlə yanaşı çox sayda çeçen, inquş və rus da bu ərazi də məskunlaşmışdı.

Tarixi 5 dekabr 1936-cı ildə yeni Stalinist konstitusiyanın qəbulu ilə Şimali Osetiya Muxtar Bölgəsi Şimali Qafqaz ərazisindən çıxarılaraq Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasına çevrildi.

1944-cü ilin mart ayında çeçenin, inquş və balkarların Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasından sürgün edilməsi ilə əlaqədar olaraq, ləğv edilmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasından, Malqobek və Açaluk, Nazran, Psedax, Priqorodnı rayonları, Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikasından Kurp rayonu, Stavropol diyarından Mozdok rayonları da köçürülərək Şimali Osetiyanın tərkibinə verildi.

9 yanvar 1957-ci ildə, çeçen və inquşların əfvindən sonra Malqobek şəhəri və Kosta-Xetaqurov rayonu bərpa edilmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasına qaytarıldı.

20 iyul 1990-cı ildə Şimali Osetiya MSSR Ali Şurasının üçüncü iclasında Şimali Osetiya SSR-nin Dövlət Suverenliyi haqqında Bəyannamə qəbul edildi. Bu dəyişikliklər 24 may 1991-ci ildə RSFSR Xalq Deputatları Konqresi tərəfindən qəbul edildi.

9 noyabr 1993-cü ildə Şimali Osetiya SSR Ali Şurası Şimali Osetiya SSR-in adını dəyişdirən qanun qəbul etdi və bu qərara əsasən respublikanın Şimali Osetiya Respublikası adlandırılmasına qərar verildi. Yeni ad eyni il dekabrın 12-də qəbul edilən Rusiya Federasiyasının Konstitusiyasında əks olundu.

Coğrafiyası Şimali Osetiya Böyük Qafqazın şimal yamacında və ona bitişik olan meylli düzənliklərdə yerləşir. Sahəsi 8 min km²-dir.

Əhalisi Şimali Osetiya MSSR-nin müxtəlif onilliklərdəki əhali sayı: İl Əhali, nəf. Qeydiyyat 1939 329 205 1939 Sovet Siyahıyaalması 1959 450 581 1959 Sovet Siyahıyaalması 1970 552 581 1970 Sovet Siyahıyaalması 1979 596 921 1979 Sovet Siyahıyaalması 1989 634 009 1989 Sovet Siyahıyaalması

İnzibati ərazi bölgüsü 17 yanvar 1979-cu ildə respublikaya 1 respublika tabeliyindəki şəhər və 8 rayon daxil idi.

Respublika tabeli şəhər : Orconikidze Rayonlar : Alagir rayonu — mərkəzi; Alagir şəhəri Ardon rayonu — mərkəzi; Ardon şəhəri Diqora rayonu — mərkəzi; Diqora şəhəri İrafski rayonu — mərkəzi; Çikola kəndi Kirov rayonu — mərkəzi; Elxot kəndi Mozdok rayonu — mərkəzi; Mozdok şəhəri Pravoberejnı rayonu — mərkəzi; Beslan şəhəri Priqorodnı rayonu — mərkəzi; Oktyabrskoe kəndi

İstinadlar

Xarici keçidlər Административно-территориальное деление РСФСР

Kateqoriya:1936-cı ildə yarananlar Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:SSRİ tarixi