Karvan İK (Karvan İdman) — 11 iyun 2004-cü ildə Yevlax şəhərində təsis edilmiş, UEFA Kubokunda ilk təsnifat mərhələsini keçən Azərbaycan klubudur.

Tarixi "Karvan" İdman Klubu 11 iyun 2004-cü ildə Yevlax şəhəridə təsis edilmişdir. Yevlax şəhər stadionunda əsaslı yenidənqurma işləri aparılmış, 6000 yerlik müasir standartlara cavab verən stadion, həmçinin meydança qurulmuş, futbolçular üçün düşərgə inşa edilmiş və bütün lazımi infastrukturlarla təchiz olunmuşdur.

İlklər "Karvan"ın Avropa miqyaslı yarışlarında ilk qoluna Yuri Muzıka imza atdıb. Klub futbol ictimaiyyətinin yaddaşında "ilk"ləri ilə də yadda qaldı. Azərbaycanda ilk dəfə olaraq klubun rəsmi internet səhifəsindən milli çempionatın oyunları canlı yayımlanmışdır. UEFA Kubokunda ilk dəfə tur keçən Azərbaycan klubunun daha bir ilki isə komandaya dəvət olunan yeni oyunçuların imza mərasimləridir. XIII Azərbaycan çempionatı ərzində komandamını tanıtmağa yardım edən klub broşürləri, oyun bukletləri, oyunçuların şəkilləri ilə olan illik təqvimlər də ilklərindəndir.

UEFA macərası thumb|Klubun forması Avropa Liqası Muzeyində Klub XIII Milli Çempionatda üçüncü yeri tutaraq UEFA İntetoto kuboku uğrunda yarışa qatılmış, Polşanın "Lex" klubu ilə qarşılaşmışdır. İntetoto kuboku komandanın hazırlıq planına mane olduğu üçün və eyni zamanda ölkəmizin fubol reytinqinə heç bir təsir göstərmədiyinə görə komanda bu yarışda ikinci heyətlə təmsil olunmuşdur. Komandanın avrokuboklarda ilk qoluna Yuri Muzıka imza atmışdır.

Yenidən quruluş Klub, 26 sentyabr 2021-ci ildə təkrar bərpa olunub. 2 noyabr 2021-ci ildə isə Azərbaycan Region Liqasında təkrar mübarizə aparacağı elan edilib. 2021–22 mövsümündə Şimal-Qərb regionunda mübarizə apardı və ikinci pilləni tutaraq, final mərhələsində mübarizə aparmaq üçün haqq qazandı. I pley-off mərhələsində Ağsu Siti klubuna ilk matçda 2–0 məğlub olub, ikinci matçda 1–0 qalib gəlsə də mübarizəni ilk mərhələdə dayandırıb.

Klubun 2022–23 mövsümündə təkrar mübarizə aparacağı açıqlanıb.

Stadion 2004/2005 mövsümündən etibarən güclülər dəstəsində çıxış edən "Karvan" futbolun inkişafı üçün əsas amillərdən olan texniki təminata da diqqət yetirir. Belə ki, artıq tam istifadəyə verilmiş 6 000 nəfərlik stadionda yenidənqurma işləri də başa çatmışdır. Avropa standartlarına uyğun olan ot örtüyü ilə təchiz olunmuş stadionun yenidən qurulmasında Kiyev "Dinamo"sunun mütəxəssisləri də yaxından iştirak edib.

Bundan əlavə Yevlaxda "ağ-qaralar"ın qaldığı idman düşərgəsinin yaxınlığında müasir standartlara cavab verən yeni idman düşərgəsi tikilib istifadəyə verilmişdir. Futbolçuya lazım olan hər bir avadanlıqla təchiz olunmuş düşərgədə 3 meydança, hovuz, tennis kortu, ailəli futbolçular üçün kottejlər, futbolçuların asudə vaxtlarını mənalı keçirmələri üçün internet və kompüter zalları fəaliyyət göstərir.

Heyəti

NömrəAdıMövqeTəvəllüd1Kamran İbrahimovQapıçı1999-06-0762Məmməd MuradovQapıçı2005-07-1477Müşfiq TeymurovMüdafiəçi1993-01-155Peyman KeşavarziMüdafiəçi1995-03-063İzzət MüştaqovMüdafiəçi2000-07-114Kənan QuliyevMüdafiəçi2000-12-1322Aref MohammadalipourMüdafiəçi2001-02-0213Əli AbdullayevMüdafiəçi2002-06-2166Ceyhun BağırzadəMüdafiəçi2006-04-0110Rəhman ŞabanovYarımmüdafiəçi1996-06-2420Roman HüseynovYarımmüdafiəçi1997-12-2611Maqsud ƏləkbərovYarımmüdafiəçi1998-10-2842İbrahim QədirzadəYarımmüdafiəçi1999-03-2197Emil QasımovYarımmüdafiəçi2000-04-098Peter KingsYarımmüdafiəçi2001-04-0418Elvin İsmayılovYarımmüdafiəçi2001-10-2417Ezekiel MorganYarımmüdafiəçi2002-03-197Bəhruz TeymurovHücumçu1994-01-01 2025-ci ilin sonuna olan məlumatına əsasən Karvan-Yevlax FK heyət dəyəri 4.18 milyon avro təşkil edir.

Reytinqi 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 203 xal ilə Azərbaycan klubları arasında 6-cı, dünyada isə 547-ci pillədə başa vurmuşdurReytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? apasport.az tarixi:2010.11.27.

Uğurları Azərbaycan çempionatı: Gümüş medal (1) — 2005/2006 Bürünc medal (1) — 2004/2005 Azərbaycan Kuboku: Finalçı (1) — 2005/2006 Azərbaycan I Liqası: Bürünc medal (1) — 2011/2012

Liqa və Kuboklarda Mövsüm Liqa Yer O Q H M VQ BQ XalAzərbaycan Kuboku2004–051-ci33423746618761/8 final2005–061-ci226176350957Finalçı2006–071-ci72410593630351/8 final2007–081-ci112665152336231/8 final2008–091-ci926104122833341/8 final2009–101-ci122225151736111/8 final2010–112-ci82668122640261/16 final2011–122-ci32616735522551/16 final2013–142-ci83012612465642İştirak etməyib2021–22Şimal-Qərb regionu212813311925İştirak etməyib2023-241-ci 52713594034442024-251-ci

Mübarizə apardığı liqalar Azərbaycan Premyer Liqası — 2004–2011,2025-2026 Azərbaycan Birinci Liqası — 2011–2014 Azərbaycan Region Liqası — 2021–2023 Azərbaycan Birinci Liqası — 2023 —2025, hal-hazırda

İstinadlar

Xarici keçidlər http://www.karvan.az/

Kateqoriya:2004-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:2012-ci ildə Azərbaycanda ləğv olunanlar Kateqoriya:Ləğv edilmiş Azərbaycan futbol klubları