Macar turançılığı () macar tarixi və xalqı ilə Orta Asiya, Mərkəzi Asiya və ya Ural bölgəsinin tarixi və xalqlarının eyniləşdirilməsi yaxud əlaqasini əhatə edən qarışıq fenomendir. Bu, özündə çoxlu fərqli konsepsiyaları birləşdirir və bir çox siyasi hərəkatlar üçün aparıcı prinsip rolunu oynamışdır. XIX əsrin ikinci və XX əsrin birinci yarısı ən fəal vaxtı idi. Bu, turançılıq konsepsiyası ilə əlaqəlidir.

Macar zadəgan tarixi ənənəsi türk xalqlarını macarların ən yaxın qohumu hesab edirdi. Bu ənənə XIII əsrə aid olan orta əsr salnamələrində (məsələn, İohan de Turok tərəfindən yazılmış Gesta Hungarorum və Gesta Hunnorum et Hungarorum Macarıstanın İllüstrasiyalı Xronikası və Macarıstan salnaməsi) qorunub saxlanmışdır. Macarıstan salnaməsinə əsasən macarlar hunların nəslindəndir. Onlar İskitin Asiya hissələrindən gəlmiş, türklər də bu iskit mənşəyini onlarla bölüşmüşdür. Bu ənənə Macarıstanda və xaricdə XVIII əsrdə başlayan macar xalqları etnogenezinin elmi tədqiqatlarının başlanğıc nöqtəsi rolunu oynamışdır. Sandor Koroyşi Çoma (ilk tibet-ingilis lüğətinin müəllifi) Türküstanda uyğurlar arasında maqyarlardan olan bir kəs tapa biləcəyinə dair bir inamla Asiyaya səyahət etmişdir. Karpat hövzəsinin Macarıstanı fəth etməsindən əvvəl macarlar yarı köçəri idi və mədəniyyətləri digər çöl xalqlarınınkına bənzəyirdi. Əksər alimlər Ural bölgəsini qədim macar işğalçılarının vətəni hesab edirlər (əsasən geneoloji dilçilik zəminlərinə və fəth dövründən qalan qəbirlərdə tapılmış, məhdud sayda olan qədim skeletlər üzərində aparılan genetik tədqiqatlara əsaslanaraq ).

İlk macar tayfaları Avrasiya meşələrinin çöllük ərazisində yaşamışdır. Buna görə də, macarların bu qədim əcdadları və atçılıqla məşğul olan digər köçəri xalqlar ilə əlaqələri tədqiqat mövzusu olmuşdur və hələ də belə qalmaqdadır.

Turançılıq elmi bir hərəkat olaraq, Macarıstan tarixi və mədəniyyəti kontekstində Asiya mədəniyyətlərini araşdırmaqla məşğul idi. Bu, əvvəlcədən eyni fikirləri bölüşmüş (yəni macarların Asiya mənşəli və Asiya xalqları ilə qohumluğu) və sonda eyni və ya çox oxşar nəticələrə gəlmiş bir çox alim tərəfindən təcəssüm və təmsil edilmişdir. Turançılıq macar ictimai elmlərinin, xüsusən dilçilik, arxeologiya və şərqşünaslığın inkişafında hərəkətverici qüvvə olmuşdur. Siyasi turançılıq XIX əsrdə ölkədə böyük etnik alman və slavyan əhalisi olduğuna görə Macarıstan dövləti tərəfindən millət və dövlət üçün çox təhlükəli sayılan pan-almanizm və pan-slavizmin artan təsirinə cavab olaraq yaranmışdır. Bu siyasi ideologiya öz başlanğıcını pan-turanizm ideologiyasını, yəni Ural-Altay xalqlarının irqi birliyinə və gələcək böyüklüyünə inamı müdafiə edən fin millətçisi və dilçisi Matias Aleksandr Kastrenin əsərindən götürmüşdür. O, finlərin Orta Asiyada meydana gəldiyini, kiçik, təcrid olunmuş bir xalq olmadığını, maqyarlar, türklər, monqollar və s. kimi xalqları özündə birləşdirən daha böyük bir cəmiyyətin bir hissəsi olduğu qənaətinə gəldi. Siyasi turançılıq macarlarla türklər, monqollar, farslar və s. kimi Qafqaz, Daxili və Orta Asiya xalqları arasında ortaq əcdad və mədəni yaxınlığın vacibliyini vurğulayan romantik bir millətçi hərəkat idi. Bu, ortaq mənafelərin təmin edilməsi, inkişaf etdirilməsi üçün və Avropanın böyük güclərinin siyasətinin yaratdığı təhdidlərə qarşı bir vasitə olaraq, onlar ilə Macarıstan arasında daha sıx əməkdaşlığa və siyasi ittifaqa çağırış idi. “Turan qardaşlığı və əməkdaşlığı"” ideyası pan-slavyan “Slavyan qardaşlığı və əməkdaşlığı” konsepsiyasından götürülmüşdür.

Siyasi turançılıq Birinci Dünya müharibəsindən sonra etnik millətçi təbiətinə görə Macarıstanın sağçı ideologiyalarının formalaşmasında rol oynadı, yəhudilər əleyhinə fikirlər səsləndirməyə başladı və “vahid macar irqinin varlığı və üstünlüyünü” göstərməyə çalışdı. Buna baxmayaraq, Endryu C. Canson turançılığın ifrat sağçı ideologiyaların müharibələrarası inkişafındakı rolunun əhəmiyyətsiz olduğunu iddia edir. İkinci dünya müharibəsindən sonrakı kommunist dövründə turançılıq xüsusi faşist ideologiyası kimi təsvir olunmuş və təhqir edilmişdir. 1989-cu ildə kommunizmin süqutundan bəri turançılığa olan maraq artmaqdadır.

Kökləri, mənşələri və inkişafı

Başlanğıc

Hamıya məlum bir faktdır ki, keçən əsrdə və 21-ci əsrin əvvəllərində hökm sürən dillərin genetik təsnifatına olan marağın kökləri Avropa millətçiliyindən gəlir. Dəqiq dialekt və dil biliyi milli individuallığı gücləndirmək və millətləri “təbii'” ittifaqlarda birləşdirmək üçün nəzərdə tutulmuşdu.

Alman şərqşünası və filoloqu Fridrix Maks Müller, 1855-ci ildə qeyri-aryan və qeyri-semit Asiya dillərinin yeni bir qruplaşdırılmasını təklif etdi. O, “Şərqdə müharibə yerlərinin dilləri: dil ailəsi olan Semit, Aryan və Turançılığın araşdırması ilə birgə” adlı əsərində bu dilləri “Turan” adlandırdı. Müller bu qrupu Cənub Bölgüsü və Şimal Bölgə olaraq iki alt qrupa ayırdı. O, macar dilini bu Şimal Bölgüsünün üzvü kimi Fin sinfində, Uğrul budağında, Voqulların və Uqro-Asteklərin ən yaxın qohumları olaraq təsnif etdi. Onun böyüyən qrammatik incəliyi sosial-iqtisadi inkişafla əlaqələndirən və dilləri inkişaf mərhələrinə görə “ailəvi”, “köçəri”, “siyasi” qruplara bölən dillərin struktural inkişafı haqdakı təkamülçü nəzəriyyəsi güclü deyildi. Amma onun Cənub Bölgüsü yenidən adlandırılaraq, Ural-Altay dilləri kimi təsnif edildi. Onun nəzəriyyəsi ictimai elmi dairələrdə tanınır və geniş müzakirə edilir, eyni zamanda, macar alimlərə də məlum idi. O, 1874-cü ildə şərqşünas və türkoloq Armin Vamberi tərəfindən Macarıstanın paytaxtı Budapeştə dəvət edildi və Macarıstan Elmlər Akademiyasının üzvü oldu. Onun ictimai mühazirələri geniş maraqla qarşılandı, “Turan” və “Turanlı” terminləri isə (bu terminlər köçəri döyüşçülərin məskunlaşdığı, Amudərya çayının şimalındakı Türkistan ərazilərini ifadə edən “Turan” ifadəsinin istifadə edildiyi “Şahnamə” kimi fars mətnlərindən götürülmüşdür) macar dilində “Turán” və “turáni” sözlərinə çevrildi. Bu terminlərin mənası heç vaxt rəsmi olaraq müəyyən edilməmişdir. Vamberinin özü türk xalqlarının məskunlaşdığı Şərqi Balkan, Orta və Daxili Asiya ərazilərini ifadə etmək üçün “Turan”, bu “Turan” bölgəsində yaşayan və ya bu ərazidən olan həmin türk xalqlarını və onların dillərini ifadə etmək üçünsə “Turanlı” terminlərindən istifadə etdi (o, fin-uqor xalqlarını və dillərini bu qrupun üzvü hesab etdi). Macar alimləri də onun tərifindən istifadə etdilər. Ancaq bu terminlər ümumi danışıqda bir çox (və əsasən müxtəlif) mənalarda və hisslərdə istifadə olunurdu.

Macarların maqyarlaın Asiya mənşəyi ilə bağlı min illik tarixi olan və hələ də yaşayan bir ənənəsi var. Bu ənənə XIII əsr aid olan orta əsr salnamələrində (Gesta Hungarorum və Gesta Hunnorum et Hungarorum) qorunub saxlanılmışdır. Bu ənənə Macarıstanda və xaricdə 18-ci əsrdə başlayan Macar xalqları etnogenezinin elmi tədqiqatlarının başlanğıc nöqtəsi rolunu oynamışdır. Sándor Kőrösi Csoma (ilk tibet-ingilis lüğətinin müəllifi) Türküstanda uyğurlar arasında maqyarlardan olan bir kəs tapa biləcəyinə dair bir inamla Asiyaya səyahət etmişdir. “... Koroyşi, maqyarsların qədim vətənini və “maqyarların arxalarında qoyanlarını” araşdırmaq üçün səyahətə başlayanda Orta Asiyanın harasındasa, uyğurlar arasında onları tapacağını düşünürdü . Vamberi Arminin də Asiya və Osmanlı İmperiyasına səyahət etmə səbəbi eyni idi.

“... Mərkəzi Asiyada macar tarixindən əvvəlki dövrlərin qaranlıq künclərinə işıq salacaq bir işıq şüası tapa biləcəyimə ümidim var idi ...”

Hollandiyalı filosof Markus Van Boksxorn və alman mütəfəkkir Qotfrid Leybnitsin dil nəzəriyyələri macar dilinin və xalqının mənşəyi haqqında müasir elmi tədqiqatların əsl əsasını verdi. Boxhorn Avropa və Hind-İran dillərinin hamısının ortaq bir əcdad dilindən törədiyini güman etdi və Asiya çöllərinin atlı, köçəri döyüşçülərinin adının şərəfinə bu əcdad dilinə “İskit” adını verdi. Lakin əcdad dilləri haqqında düşünən dilçilər, dövrün ortaq inancı ilə hesablaşmalı oldular. Belə ki, Bibliyaya görə, ibrani bütün insanların orijinal dili idi. Leybnits Bibliya nəzəriyyəsinə qarşı material dərc etdi və Boxhornın əcdad iskit dili anlayışını dəstəklədi.

“Asiya və Amerikanın indiyə qədər bilinməyən xalqları və dilləri haqqında məlumatlar “yer üzündəki müxtəlif xalqların əlaqələri və mənşəyini müəyyənləşdirmək üçün onların dillərini müqayisə etmək”dən daha yaxşı metodun olmadığını qəbul edən Qotfrid Leybnits kimi alimlərin əlinə keçdi. Geneoloji qruplaşmalarda mümkün qədər çox dilləri təsnif etmək üçün Leibnits yeni təsvir olunan hər bir dildən oxşar materialların toplanmasını təklif etdi. Bu məqsədlə, araşdırmaçılardan xahiş etdi ki, ya Pater Noster kimi tanınmış xristian dualarının, ya da daha yaxşı olardı ki, türkoloq D. Podestaya yazılan məktuba əlavə olunan, nümunə siyahısı olan “adi şeylər üçün sözlər”in (vocabula rerum vulgarium) tərcümələrini əldə etsinlər (Leibniz 1768/1989b). Söz siyahısına rəqəmlər, qohumluq terminləri, bədən hissələri, zəruri olan şeylər (qida, içki, silah, ev heyvanları), naturaliya (Tanrı, göy və hava hadisələri, topoqrafik xüsusiyyətlər, vəhşi heyvanlar) və onlarla fel (yemək, içmək, danışmaq, baxmaq ...) daxil idi. Leybnits Rusiya imperiyasının cənuba və şərqə doğru genişlənməsinə xüsusi maraq göstərirdi və onun modelinə əsaslanan siyahılar son zamanlar çarların nəzarətində olan əraziləri, eləcə də yaxınlıqdakı ərazilərdə yaşayan xalqları araşdırmaq üçün çarlar göndərilən ekspedisiyalara aid idi.”

Leybnits ibrani və ərəb kimi semit dillərinin və sami, fin və macar kimi bəzi Avropa dillərinin əksər Avropa dilləri ilə eyni dil ailəsinə aid olmadığını, fin dilləri ilə macar dili arasında əlaqə olduğunun qəbul etdi. Macarların əsl vətənlərini Volqa-Xəzər dənizi bölgəsinə yerləşdirdi. Macarların əsl vətənlərini Volqa-Xəzər dənizi bölgəsinə yerləşdirdi. Bu nəzəriyyələr macar dilinin mənşəyinin və macar millətinin etnogenezinin tədqiqinə böyük təsir göstərmişdir. Macar xalqının və dilinin türk mənşəli yoxsa fin-uqor mənşəli olması ilə əlaqəli iki əsas görüş/nəzəriyyə hər ikisinin elmi kökləri bu nəzəriyyələrdən gəlir. Əslində, türk nəzəriyyəsi ənənəyə (Gestas) və tarixi mənbələrə (məsələn, VII Konstantin və Müdrik VI Leonun əsərləri) daha çox uyğun gəlirdi, lakin İsveç Filipp İohann fon StralenberqFilipp İohann fon Stralenberq kimi səyyahların hesabatları və əsərləri (“Avropa və Asiyanın şimal və şərq hissələrinin tarixi-coğrafi təsviri” əsərində dərc edilmişdir) diqqəti "Fin-Macarıstan əlaqəsi"nə çəkdi.

İohan Fişer Eberqard (1697-1771) 1733-1743-cü illərdə Böyük Şimal Ekspedisiyasında iştirak edən alman tarixçisi və dil tədqiqatçısı idi. 1770-ci ildə nəşr olunan "Qvaestiones Petropolitanae, De Originine Ungrorum" adlı əsərində Macarıstanı “İskit” adlandırdığı qohum xalqlar və dillər qrupuna saldı. Macarların ən yaxın qohumları hesab olunan uqor xalqlarını (onları “Yuqorlar” adlandırdı, bunlar xantı və mansilərdir), əslində “maqyarların arxalarında qoyduqları” insanlar kimi qəbul etdi və onların Çinin qərb sərhədlərində yaşayan uyğurlardan meydana gəldiyini söylədi.

“Türkist” və “Uqor” nəzəriyyələrinin ardıcılları birlikdə sülh şəraitində yaşadılar və elm inkişaf etdikcə nəzəriyyələr də təkmilləşdirildi. (Əslində Rasmus Rask, Vilhelm Skott (1802-1889) və Matias Kastren kimi dilçilərin Fin-Uqror və Altay dilləri arasındakı oxşarlıqları və əlaqələri tanıması ilə bu iki nəzəriyyə bir nöqtədə birləşdi. Alman dilçisi və şərqşünası Skott fin-türk-macar qohumluğunun tərəfdarı idi və macarları türklər və hiperboreyalıların, başqa sözlə sami, samodilərin və s. qarışığı hesab edirdi.) “... Günəş qan dənizində batdı. Macarıstanın üzərinə ölçüyəgəlməz kədərlə dolu bir gecə düşdü, alicənab qüvvələri qırıldı. Hətta elmi müəssisələrin qapıları da bağlandı...”

Habsburqların rolu