Nəzakət Həsən qızı Ağazadə ()— dilçi alim, filologiya elmlər doktoru, professor, Həsən bəy Ağayevin qızı
Həyatı Nəzakət Ağazadə 13 fevral 1910-cu ildə Gəncə şəhərində Həsən bəy Ağayevlə Xədicə xanım Ağayevanın ailəsində dünyaya gəlmişdir. O, ailəsinin 3-cü qız övladı idi. 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olan Nəzakət xanımı 1932-də “Müsavat Parlamanı başçısının qızı” olduğu üçün 2-ci kursdan çıxarmışdılar. Daha sonra Moskva Xarici Dillər İnstitutunun alman dili fakültəsini bitirmişdi. 1948-də Moskvada namizədlik, 1966-da Bakıda doktorluq dissertasiyası müdafiə etmiş, professor adını almışdır.
"Azərnəşr"də tanış olduğu Əliheydər Orucovla evlənən Nəzakət xanımın 1942-ci ildə Elxan adlı bir oğlu dünyaya gəlmişdir. Onun həyat yoldaşı da özü kimi professor, EA-nın müxbir üzvü, görkəmli Azərbaycan dilçilərindən biri olmuşdur.
Fəaliyyəti Nəzakət xanım uzun illər Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun alman dili kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1966-cı ildən 1968-ci ilə qədər isə Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunun prorektoru olmuşdur. Alimin araşdırmaları əsasən azərbaycan və alman dillərinin müqayisəli öyrənilməsinə aiddir. Bunda başqa onun Azərbaycan məktəbləri üçün alman dili dərslikləri yaradılmasında böyük xidmətləri olmuşdur.
Ölümü Nəzakət Ağazadə 1979-cu ildə səfərdə olarkən vəfat edib. Sonradan onun tabutu Bakıya gətirilib. Həmçinin bax Həsən bəy Ağayev Xədicə Ağayeva Əliheydər Orucov İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycanlı filoloqlar Kateqoriya:Azərbaycan dilçiləri Kateqoriya:Azərbaycanlı dilçilər