Memento — Kristofer Nolanın rejissorluğu ilə 2000-ci ildə çəkilmiş neo-noir, psixoloji triller filmi. Kristofer bu filmi öz qardaşı Conatan Nolanın yazdığı "Memento mori" adlı qısa hekayəsi əsasında çəkmişdir. IMDb-də bütün dövrlərin ən yaxşı filmləri arasında 47-ci yeri tutur. Həmçinin, BBC-nin nəşr etdiyi, dünyada 117 film tənqidçisinin də yer aldığı "21-ci əsrin ən yaxşı filmləri" siyahısında 25-ci sırada yer alıb.

Film ilk dəfə 2000-ci ildə Venesiya Film Festivalında nümayiş olunaraq film tənqidçilərin marağına səbəb olur. "Memento" IMDb-ə görə tarixdəki 250 ən yaxşı film arasındadır.

Filmin baş qəhrəmanı, sığorta şirkətində araşdırma aparan Leonard Shelby (Qay Pirs) həyat yoldaşına təcavüz edərək onu öldürən qatili axtarır. Əsas çətinlik Leonardın başından ağır xəsarət alması və anteroqrad amneziyası nəticəsində yaddaşında 15 dəqiqədən çox bir şey saxlaya bilməməsidir. O, daim özü üçün qeydlər, fotoşəkillər qoymalı və hətta insanları, məkanları yaddaşında saxlaya bilmədiyi hadisələri xatırlatmaq üçün döymələr etməlidir. İstintaqda ona Teddy (Joe Pantoliano) ləqəbli bir kişi və qız – Natali (Carrie-Anne Moss) kömək edir, lakin o, heç birinə etibar edə bilmir. Filmin əsl intriqası Leonarddan gizlədilən istintaqın son hissəsindədir. Rejissor intriqaları qorumaq və tamaşaçıların nələrin baş verdiyini qəhrəmanın gözündən izləməsi üçün filmi sondan əvvələ lentə alıb. Filmi qeyri-adi edən də bəlkə də məhz budur. Beş dəqiqəlik seqmentlər vaxtın normal axdığı üç dəqiqəlik ağ-qara əlavə ilə kəsilir. Filmin sonunda hekayə xətləri birləşir və qara və ağ şəkil rəng alır. Bu andan etibarən, izləyici hadisələrin bütün xronologiyasını bərpa edir. Nolan şərhlərdə filmi belə təsvir edir: "Bütün film içəriyə baxışdır: insanın şəxsi reallığına, onun həyatına; davamlı mübarizə aparmaq məcburiyyətində qaldıqlarına: özü ilə və təbii ki, ətrafdakı reallığa. Bundan əlavə, reallıq qavrayışı və həyat tərzi ümumilikdə qəbul ediləndən tamamilə fərqli bir insanın həyatına və düşüncələrinə bir baxışdır. Və həqiqətən ümid edirəm ki, həyata öz münasibətiniz barədə düşünməyinizə kömək edəcəyik. "Memento" daxili bir görünüşdür, eyni zamanda dünyaya başqa bir insanın gözü ilə baxmaq fürsətidir."

İstinadlar

Memento — trailler MEMENTO — Film sonluğunun Açıqlaması (2000) Kristofer Nolan Memento — Tərsinə bir hekayə danışmaq Ən yaxşı 10 Kristofer Nolan filmləri sıralandı | Kino təhlili Kristofer Nolanın Memento izahı Bilmədiyiniz faktlar: Memento Memento | Filmin xronoloji izahı

Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:2000-ci ilin ABŞ filmləri Kateqoriya:2000-ci ilin filmləri Kateqoriya:Kristofer Nolanın ssenari müəllifi olduğu filmlər Kateqoriya:ABŞ-də əlillik haqqında filmlər Kateqoriya:İngilis dilində müəmma triller filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:Summit Entertainment filmləri Kateqoriya:Hekayə əsasında çəkilmiş filmlər Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:Ekzistensialist filmlər Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:ABŞ-nin psixoloji-triller filmləri Kateqoriya:ABŞ-nin neonuar filmləri Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:Kristofer Nolanın filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin real olmayan hekayə filmləri Kateqoriya:Nuar film Kateqoriya:Amneziya haqqında filmlər Kateqoriya:Psixiatriya müalicəxanaları haqqında filmlər