Qafqaz qaçaqları () — Əli Kafkasyalının Qafqaz qaçaqlarından bəhs edən romanı.
Müəllif romanı bolşevik çevrilişi ilə başlayan zülmün 100-cü ilində babası Məmməd Babanın, atası Aloy Hacının və bütün Qafqaz qaçaqlarının əziz xatirələrinə ithaf edib.
Professor kitabında yazıb: “Qəhrəmanların dastanları yazılmasa, xalq satqınların yalanlarını oxuyar”.
Məzmun
Oktyabr İnqilabının ardınca Qafqazda müxtəlif dəstələr meydana gəldi:
Türkiyəyə qaçıb, dövlətin verdiyi payı götürüb, geridə qalanları və keçmişi unudaraq orada yaşamaq üçün yaranan qaçaqlar.
Dəyərdən məhrum bir həyat yaşamaq, yalnız canlılıqlarını davam etdirmək üçün hər cür xəyanəti edən alçaqlar.
Zülmə qarşı səbir olmaz deyib Bolşevik / Sovet zülmünə qarşı döyüşmək üçün yaranan qoçaqlar.
Qaçaqların qorxaqlığından, alçaqların xəyanətindən, qoçaqların isə qəhrəmanlıq və fədakarlığından danışan sənədli bir roman.Kafkas Koçakları
Mündəricat
1. Qırmızı Ordunun hücumu və Məmməd Babanın şəhid olması 2. Aloy Hacının tutulması və həbsxanadan qaçması 3. Aloy Hacının Gürcüstana qaçması 4. Aloy Hacının Ermənistana qaçması 5. Şərif Şikəstənin sürgün edilməsi 6. Qaçaqların dağa çıxması və Türkiyəyə keçməsi 7. Qaçaqların İğdırın Alkamer kəndindən Qarsa qaçması 8. Qarabağlı karvansarasında aşıqlar məclisi və səfərə hazırlıq 9. Qafqaz qaçaqlarının intiqam üçün Qazaxa və Borçalıya səfəri 10. Qaçaqların ÇeKa rəisini öldürməsi 11. Aloy Hacının vurulması 12. Erməni ara həkimləri 13. Sovet casusu İtdiş Vəlinin öldürülməsi 14. Aloy Hacının müalicəsi üçün həkimin qaçırılması 15. Aloy Hacı yenidən Türkiyədə 16. Gürcüstan səfəri 17. Minbaşı Qəhrəman Paşazadənin qurtarılması 18. Minbaşı Qəhrəman Paşazadənin Tiflisdən qaçırdılması 19. Qaçaqların Ermənistan macərası və Türkiyəyə keçməsi
Nəşr və tərcümə
Roman 2018-ci ildə Türkiyədə, Ankarada Karınca nəşriyyatında 438 səhifədə nəşr edilib.
Əsər həmin ildə Məti Osmanoğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Pergament nəşriyyatında 420 səhifədə, 800 tirajla nəşr edilib.Əli Kafkasyalının “Qafqaz qaçaqları” romanı işıq üzü görübAli Kafkasyalının “Qafqaz Qaçaqları” romanı işıq üzü görüb
İstinadlar
Həmçinin bax
Azərbaycanda qaçaq hərəkatı
Xarici keçidlər
Hər tale bir kitabdır - Məti Osmanoğlu Ali Kafkasyalının “Kafkas koçakları” kitabı haqqında yazır BELGESEL BİR ROMAN “KAFKAS KOÇAKLARI”