thumb Məhəmməd peyğəmbər bir mənbəyə görə onun 23 həyat yoldaşı olmuşdur.Yoel Natan Moon-O-theism s983 Müsəlmanlar Məhəmməd peyğəmbərin həyat yoldaşlarını hörmət əlaməti olaraq "Möminlərin anaları" adlandırırlar. Bunun səbəbi Əhzab surəsinin 6-cı ayəsində qeyd edilən "Peyğəmbər mö´minlərə onların özlərindən daha yaxındır. (Mö´minlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (mö´minlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz)."Aleem, Shamim (2007). "12. Mothers of Believers". Prophet Muhammad(s) and His Family. AuthorHouse. s. 85. ISBN 978-1-4343-2357-6. ifadəsidir.

Məhəmməd peyğəmbərin həyatı hicrətdən öncə (Məkkə, 570–622) və hicrətdən sonra (Mədinə, 622–632) olmaqla iki yerə ayrılır. Məhəmməd peyğəmbərin evliliklərindən ikisi xaric digər evliliklərinin hamısı hicrətdən sonrakı dövrdə baş tutmuşdur.

Mədinə dövründə Məhəmməd peyğəmbərin hər bir xanımı üçün ayrıca olaraq Məscidi-Nəbəvinin divarlarına bitişik otaqlar tikilmişdir. Məhəmməd peyğəmbər vəfat etdiyi zaman 9 xanımı dul qalmış və bu qadınlar möminlərin anaları sayıldıqlarına görə onların başqa evlilikləri olmamışdır. 400px|thumb|Hucurat surəsində bəhs edilən və surəyə adını verən, Məhəmməd peyğəmbər və həyat yoldaşları üçün tikilən otaqların müasir dövrdəki şəkli

Evliliyinin əsas məqsədləri Ərəblərin adətlərinə görə evliliklər qəbilə ehtiyaclarına görə planlaşdırılar, qəbilə daxilində və ya digər qəbilələr arasında ittifaqların bağlanması məqsədilə həyata keçirilərdiAmira Sonbol, Rise of Islam: 6th to 9th century, Encyclopedia of Women and Islamic Cultures. Watt'a görə Məhəmməd peyğəmbərin bütün evlilikləri dostluq əlaqələrini gücləndirmək məqsədilə baş tutmuş və ərəb adət-ənənlərinə uyğun şəkildə həyata keçirilmişdiWatt (1956), ss. 287. Esposito Məhəmməd peyğəmbərin bəzi evliliklərinin dul qadınlara yeni bir yaşam şansı vermək məqsədi güddüyünü bildirirEsposito (1998), ss. 16–8.John Esposito. Islam: The Straight Path. Oxford University Press. ss. 17–18.. Francis Edwards Peters'ə görə isə Məhəmməd peyğəmbərin evlilikləri haqqında ümumiləşdirmələr aparmaq çətindir; bu evliliklərdən bəziləri siyasi, bəziləri mənəvi, bəziləri isə döyüşdə əri öldürülən qadınların küçədə qalmamaları və yaşam olaraq sıxıntı çəkməmələri ilə əlaqədar idiF. E. Peters (2003), ss. 84. Muhittin Akgül Məhəmməd peyğəmbərin təlim-tərbiyə, sosial, dini-təşrii (şəriət və ya qanun qoyma) və siyasi səbəblərlə də evliliklər həyata keçirdiyini bildirir. Turan Dursun'a görə isə evliliklərinin mal, sosial status, cinsi istəklər kimi müxtəlif məqsədləri olmuşdur.

Evlilikləri

Xədicə binti Xüveylid Məkkənin ticarətlə məşğul olan ən varlı ailələrindən birinə mənsub olan Xədicə Məhəmməd peyğəmbərə əvvəlcə iş, daha sonra isə evlilik təklifi etmişdi. Evləndikləri zaman Məhəmməd peyğəmbərin 25, Xədicənin isə 40 yaşında olduğu qeyd edilmişdirİbnü'l-Esîr, el-Kâmil 2/39Prof. Dr. Mehmet Soysaldı, Peygamber Efendimizin Evliliklerinin Sebep ve Hikmetleri. Xədicə binti Xüveylid vəfat edənə qədər Məhəmməd peyğəmbər başqa bir qadınla ailə qurmadıBullough (1998), ss. 119Reeves (2003), ss. 46. Xədicədən 2-si oğlan, 4-ü qız olmaqla 6 uşağı olmuşdurİbn Hişam, es-Siretü’n-Nebeviyye, I, 190.İbn Hişam, age., I, 190; İbn Sa’d, Tabakat, I, 133Peygamber Efendimizin Evliliklerinin Sebep ve Hikmetleri.. Xədicə binti Xüveylid vəfat etdikdən 2.5 il, yəni 53 yaşından sonra poliginik evliliklər etmişdirİbn Sa’d, Ebu Abdillah Muhammed, et-Tabakatü’l-Kübrâ, Beyrut 1985, VIII, 216–220..

Sevda binti Zəma Məhəmməd peyğəmbərin Xədicənin vəfatından sonra Həvla binti Hakimin məsləhətilə ev işlərini görməkdə yardımçı olar deyə evləndiyi dul və yaşlı bir qadın idi. Məhəmməd peyğəmbərlə ailə qurduğu zaman təxminən 55 yaşında olubProf. Dr. Mehmet Soysaldı, Peygamber Efendimizin Evliliklerinin Sebep ve Hikmetleri.

Aişə binti Əbu Bəkr Sevda binti Zəma ilə evliliyindən qısa bir müddət sonra Əbu Bəkrin qızı ilə sözlənmişdiD. A. Spellberg, Politics, Gender, and the Islamic Past: the Legacy of A'isha bint Abi Bakr, Columbia University Press, 1994, ss. 40Watt, Aisha, Encyclopedia of Islam. Aişə ilə sözləndikdən 3 il sonra evlənmişdirKaren Armstrong, Muhammad: A Biography of the Prophet, Harper San Francisco, 1992, ss. 145.Tabari, Volume 9, Page 131; Tabari, Volume 7, ss. 7. Aişə Məhəmməd peyğəmbərin bakirə olan yeganə həyat yoldaşı olmuşdurKaren Armstrong, Muhammad: A Biography of the Prophet, Harper San Francisco, 1992, ss. 145.Momen (1985), ss. 9. Aişə Məhəmməd peyğəmbərə ərə getdiyi əsnada yaşı hədislərdə 9[hadis.ihya.org/buhari/konu/955.html Sahîh-i Buhârî], araşdırma əsərlərində isə 17–18Mehmet Azimli, İslâmi araştırmalar, c.16, sayı 1/2003, Dicle Üniversitesi, İlâhiyat Fakültesihttp://www.yeniumit.com.tr/konular/detay/aise-validemiz-in-evlilik-yasi#.UeNB_tKG5Ko Dr. Reşat Haylamaz "Aişe Validemizin evlilik yaşı" (Akademik izâhat) və ya 20http://www.suleyman-ates.com/index.php?option=com_content&view=article&id=564%3Ahz-ayenin-evlenme-yayla-ilgili-rivayetler-tarihi-bilgilere-terstir&catid=46%3Aubat-2013&Itemid=97 Aîşenin evlilik yaşı, Prof Dr Süleyman Ateş olaraq bilinməkdədir.

Süleyman Ateş Aişənin yaşı ilə əlaqədar rəvayətlərin, Aişənin həyatını yazan tarixçilərin verdiyi məlumatlarla uyğun gəlmədiyini, "Tarixçilərin və biblioqrafların təsbitinə görə Aişə, Peyğəmbərimizin qızı Fatimədən beş yaş kiçikdir. Fatimə peyğəmbərlikdən 5 il əvvəl dünyaya gəlmişdir. Deməli Aişə, peyğəmbərliyin başlanğıc ilində anadan olmuşdur. Məhəmməd peyğəmbər olduqdan etibarən 13 il ərzində Məkkədə yaşamışdır. Peyğəmbər hicrət etdiyi zaman Aişə 13 yaşında olmalıdır. Peyğəmbər Mədinəyə hicrət etdikdən 2 il sonra Aişə ilə evləndiyinə görə (əl-İsabə: 4/359), deməli evləndiyi əsnada Aişə ən azı 15 yaşında idi. Bundan başqa Aişə, peyğəmbərlə nişanlanmamışdan əvvəl Cübeyr ibn Mütim ilə nişanlı və ya sözlü idi. Bu da onun peyğəmbərlə evlənməmişdən əvvəl evlilik yaşında olduğunu göstərmirmi? Bu yaş da hər halda 9 yaş deyildir. Deməli Məhəmməd peyğəmbər onunla evlənmək istədikdə Aişə evlənəcək yaşda, yəni 15 yaşında idi. Bu yaş isə Ərəbistan kimi isti ölkələrdə tam evlənmə vaxtıdır. Bizdə də qədim zamanlarda qız uşaqları erkən yaşlarda ərə gedirdi. "14 yaşına gəldikdə qızı ya ərə ya da yerə verməli" cümləsi də atalar sözü kimi işlənir. Onsuzda evlənmə yaşında olmayan bir qızı peyğəmbərə tövsiyə etməzdilər. Çünki Aişəni birbaşa peyğəmbər özü istəməmiş, bibisi onu peyğəmbərə tövsiyə etmiş, o da uyğun bilmişdi. Bir başqa rəvayətə görə isə Aişə peyğəmbərimizin qızı Fatimə ilə həmyaşıddır. Fatimə dünyaya gəldiyi zaman atasının 35 yaşı var idi. Bu halda isə Aişə ərə getdiyi zaman təqribən 20 yaşı olmuşdur." — sözləri ilə ifadə etmişdirhttp://www.suleyman-ates.com/index.php?option=com_content&view=article&id=564%3Ahz-ayenin-evlenme-yayla-ilgili-rivayetler-tarihi-bilgilere-terstir&catid=46%3Aubat-2013&Itemid=97 Aîşenin evlilik yaşı, Prof Dr Süleyman Ateş.

Zeynəb binti Cəhş Oğulluğa götürdüyü Zeyd ibn Sabitin boşadığı xanımı və bibisinin qızıdır. 35 yaşında Məhəmməd peyğəmbərə ərə getmişdirMomen (1985), ss. 9Watt (1974), ss. 156–159.

Döyüşdə öldürülən müsəlmanların dul qalmış xanımları ilə evlilikləri Hicrətdən sonra Məhəmməd peyğəmbər döyüşlərdə ölən bəzi müsəlmanların dul xanımları ilə ailə qurmuşdur. Bu kateqoriyadan olan qadınlar:Prof. Dr. Mehmet Soysaldı, Peygamber Efendimizin Evliliklerinin Sebep ve Hikmetleri

Həfsə binti Ömər Həfsə binti Ömər ibn Xəttab, Uhud döyüşündə ölən Hüneys ibn Xuzafənin dul xanımı və Ömər ibn Xəttabın qızıdır. 21 yaşında peyğəmbərlə evlənmişdirNomani (1970), ss. 360.

Hind binti Əbu Ümeyyə İbn Sa’d, Ebu Abdillah Muhammed, et-Tabakatü’l-Kübrâ, Beyrut 1985, VIII, 216–220.http://web.firat.edu.tr/msoysaldi/efendimizinevlilikleri.pdf Prof. Dr. Mehmet SOYSALDI Uhud döyüşündə ölən Abdullah ibn Əbdüləsədin dul xanımıdırUmm Salamah. Courtesy of ISL Software. University of Southern California.. 44 yaşında Məhəmməd peyğəmbərə ərə getmişdirKâinatın Efendisi Peygamberimizin Hayatı, Salih SURUÇ, 370. baskı, s.487.

Reyhanə binti Zeyd Bəni Qureyzə Qəzvəsində əsir düşmüş, daha sonra müsəlman olmuşdur. İslam peyğəmbəri ilə evliliyi müsəlmanlığı qəbul etməsindən sonra baş tutmuşdurhttp://www.islamkent.org/threads/37323-Her-g%C3%BCn-10-dk-ay%C4%B1r%C4%B1n!-(Hz-Muhammed-(sav)-in-hayat%C4%B1)/page5 Doç Dr Casim AVCI Hz. Muhammed (sav)'in hayatı. 44 yaşında peyğəmbərlə evlənmişdirKâinatın Efendisi Peygamberimizin Hayatı, Salih SURUÇ, 370. baskı, s.487.

Zeynəb bint Hüzeymə Bədr döyüşündə öldürülən Ubeydə ibn Harisin dul xanımıdırWatt(1956), pg.393. 60 yaşında peyğəmbərlə ailə qurmuşdurhttp://web.firat.edu.tr/msoysaldi/efendimizinevlilikleri.pdf Prof. Dr. Mehmet SOYSALDI.

Barış və ittifaq məqsədli evlilikləri

Cüveyriyə binti Haris Bəni-Müstəliqənin rəisi əl-Harisin qızıdırİbn Sa’d, Ebu Abdillah Muhammed, et-Tabakatü’l-Kübrâ, Beyrut 1985, VIII, 216–220.http://web.firat.edu.tr/msoysaldi/efendimizinevlilikleri.pdf Prof. Dr. Mehmet SOYSALDIRodinson, ss. 196.. 20 yaşında müsəlmanlara əsir düşmüşdü. Peyğəmbər onunla evlənməsi qarşılığında fidyəsini ödəyəcəyini bildirdikdəSalih SURUÇ, Kâinatın Efendisi Peygamberimizin Hayatı, 370. baskı, s.508, bu şərti qəbul etmiş və 20 yaşında peyğəmbərlə evlənmişdir.

Səfiyyə binti Hüyey Mədinə yəhudilərindən olan Bəni Nadir qəbiləsinin rəisi Hüyey ibn Əxtabın qızıdırNomani(1970) ss. 424.Watt (1964) ss. 195. 18 yaşında Əhzab döyüşündən sonra müsəlmanlara əsir düşmüşhttp://web.firat.edu.tr/msoysaldi/efendimizinevlilikleri.pdf Prof. Dr. Mehmet SOYSALDI, peyğəmbərlə söhbətindən sonra peyğəmbərin təklifi ilə 18 yaşında ona ərə getmişdirhttp://web.firat.edu.tr/msoysaldi/efendimizinevlilikleri.pdf Prof. Dr. Mehmet SOYSALDI.

Ümmü Həbibə Rəmlə binti Əbu Süfyan Qüreyşin lideri sayılan Əbu Süfyanın qızıdırUmm Habibah: Ramlah Bin Abi Sufyan. IslamOnline.. 30 yaşında peyğəmbərlə evlənmişdirLandau-Tasseron/Tabari, p. 180..

Mariyə əl-Qibtiyyə Misir Müqavqisinin hədiyyəsi olaraq gəlmişA. Guillaume (1955), ss. 653, Mədinədə İslam peyğəmbərinin təbliği nəticəsində İslamı qəbul edərək müsəlman olmuşhttp://web.firat.edu.tr/msoysaldi/efendimizinevlilikleri.pdf Prof. Dr. Mehmet SOYSALDI, daha sonra isə Peyğəmbər ilə nikaha girmiş, 1 il sonra isə Məhəmməd peyğəmbərin oğlan uşaqlarından İbrahimi dünyaya gətirmişdirİbn Sa’d, Ebu Abdillah Muhammed, et-Tabakatü’l-Kübrâ, Beyrut 1985, VIII, 216–220.http://web.firat.edu.tr/msoysaldi/efendimizinevlilikleri.pdf Prof. Dr. Mehmet SOYSALDIİbn Sa’d, age., VIII, 212, 213.. Misirdən bacısı ilə birlikdə cariyə olaraq göndərildiyinə görə yaşı tam olaraq bilinmirKâinatın Efendisi Peygamberimizin Hayatı, Salih SURUÇ,370. Baskı, s.609.

Meymunə binti əl-Haris Əmr ibn Sa’sa’a qəbiləsindəndirAl-Shati, Bint (1 Aralık 2006). The wives of the Prophet. Matti Moosa (trans.), D. Nicholas Ranson. Gorgias Press LLC. s. 52. ISBN 978-1-59333-398-0.. Təxminən 20 ilə 30 yaş arasında peyğəmbərlə evlənmişdirGuillaume/Ishaq p. 531. Tabari vol. 39 p. 186..

Ailə həyatı Məhəmməd peyğəmbər və ailəsi Mədinədəki Məscidi-Nəbəviyə bitişən olan kiçik otaqlarda yaşayırdılar. Bu otaqların hər birinin eni 1.70 kvadratmetr, uzunluğu 2.30 metrə və tavan yüksəkliyi təqribən bir adam ayaqüstə dura biləcəyi qədər idi. Qapı olaraq ədyal formasında pərdələrdən istifadə olunurduNumani, ss. 259–60. Ənəs ibn Malik rəvayət edir ki, "Peyğəmbər hər gündüz və hər gecə ərzində bütün xanımlarını ziyarət edər və məscidə bitişik otaq sayı on bir idi." (Buxari,1,5,268)

Məhəmməd peyğəmbərin həyat yoldaşları "möminlərin anaları" olaraq özəl statusa sahib olsalar da, Məhəmməd peyğəmbər, onların heç birinə bu statusdan istifadə edərək xüsusi münasibət görmələrinə izin vermədiRamadan (2007), ss. 168–9.

Mübahisəli mövzular