Hümayun – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri , 2) yeddi əsas muğam dəstgahlardan biri . Humayun Yaxın Şərq xalqlarının klassik musiqisinə daxil olan 24 şöbədən biridir.

Söz açımı "Humay" sözü Türk mifologiyasında "cənnət quşu, şahlıq quşu" mənasını daşıyırsa, "humayun" sözü "şahanə, uğurlu, səadətli" deməkdir.

Tarixçə XIX əsr Azərbaycan musiqisində rəhavi (rahab) dəstgahında rahab ilə tərkib arasındakı şöbə idi. 19-cu əsrin sonlarında (Mirzə Fərəcin cədvəlində) Humayun dəstgahı 17 şöbə və guşəni özündə toplamışdır. Sonralar inkişaf nəticəsində Humayun başqa muğam dəstgahları kimi təkmilləşir, yığcamlaşır, bəzi şöbə və guşələrdən azad olur. Vaxtilə Azərbaycanda Humayun – "Qafqaz Humayunu" adı ilə məlum idi.

Humayun muğam dəstgahı kimi

Humayun muğamı Azərbaycan musiqisində Üzeyir Hacıbəyov özünün fundamental əsəri olan "Azərbaycan xalq musiqisinin əsasları" kitabında Humayunu "Şüştər"lə müqayisə əsasında belə qənaətə gəlir ki, bədii–ruhi təsir cəhətdən Humayun dinləyicidə nisbətən daha dərin kədər hissi oyadır.

Bu muğam Bərdaşt,mayeyi-humayun,feili,mövləvi,şüştər,tərkib,bidad,kiçik-məsnəvi şöbələrindən ibarət dəstgahdır.

Hazırda 7 hissələri tədris olunur ki bunlar da Bərdaş, Maye, Feili, Mövləvi, Şüştər,Tərkibi, Bidad, Kiçik məsnəvi (Sh,ela,bj).

Humayun muğamının not yazıları “Hümayun” muğamını instrumental şəkildə Nəriman Məmmədov tarzən Əhməd Bakıxanovun ifasından (1962), A.Əsədullayev tarzən Elxan Mirzəfərovun ifasından (2003) nota yazmışdır. Bu muğam əsasında bəstəkarlar müxtəlif janrlı əsərlər, o cümlədən, Tofiq Bakıxanov “Hümayun” simfonik muğamını yaratmışdır.

Humayun muğamı İran musiqisində Iran musiqisində 7 əsas (dəstgah) muğamdan (makamdan) biridir.. Çəkavək, bəxtiyari, moalif, Leyli və Məcnun, tərz, bidad, ney-Davud, guşeyi-çahargah, məvaliyan, əbül-çəp, bavi, suzi-güdaz, mureh, nəfir (nəfir-fərəng), şüştəri, camədəran, üşşaq, üzzal, zabol, bayatı-əcəm, bəhr-nur, şahnaz, dənasəri, mənsuri, Məsnəvi şöbələrindən ibarət dəstgahdır.

Humayun muğamı Türkiyə musiqisində

Humayun musiqi ladı (məqamı) kimi Humayun səssırasının iki növü göstərilir:

I növün səssırası 1/2- 1 1/2-1/2 ton formullu iki tetraxordun böyük tersiya (orta ton vasitəsi ilə) birləşməsindən əmələ gəlir, səssırası 9 pillədən ibarətdir; IV və VII pillələr məqamın mayəsi hesab olunur (Ü. Hacıbəyov). II növün quruluşu: 1/2-1- 1/2 ton formullu iki tetraxordun yanaşı üsulla (artırılmış sekunda vasitəsi ilə) birləşməsindən əmələ gəlir. Səssırası 8 pillədən ibarətdir: II pillə məqamın mayəsi, IV pillə kadensiyalar üçün səciyyəvi tondur (M. S. İsmayılov). Hümayun məqamının I növünün səssırası (do mayəli hümayun).

Humayun məqamında bəstələr

Qara Qarayev - "Yeddi gözəl" baletindən gözəllər gözəlinin rəqsi

Qaynaqlar

Ədəbiyyat Nəriman Məmmədov. Azərbaycan muğamları “Çargah” və “Hümayun”. Bakı, 1962. Arif Əsədullayev. - Hümayun. İnstrumental muğam dəstgahı. (Nota salınmışdır, metodik vəsait) Bakı, Adiloğlu, 2002. Arif Əsədullayev. - “Bayatı-Şiraz” və “Hümayun”. Bakı, 2003.

Xarici keçidlər Muğam festivalı

Həmçinin bax Azərbaycan musiqisi Muğam

Kateqoriya:Muğamlar Kateqoriya:Məqam