Kəsmə şikəstə — Azərbaycan xanəndəlik sənətində zərbi muğamlardan biri.

Kəsmə şikəstə XIX əsrdə də zərbi muğam kimi özündə geniş təşəkkül tapmışdır. Məlumdur ki, şikəstə janrı əvvəl aşıq musiqi yaradıcılığında əmələ gəlmiş və onun müxtəlif növləri yaranmışdır.

Kəsmə şikəstə Azərbaycan xanəndələri tərəfindən tez-tez oxunur. Kəsmə şikəstədə sevgi, məhəbbətin doğurduğu hisslərdən şikayət, əzab-əziyyət, iztirab var.

Həmçinin bax Azərbaycan musiqisi Muğam Zərbi muğamlar

Mənbə Zərbi muğamlar

Xarici keçidlər Muğam festivalı Azərbaycan xalq musiqisi

Kateqoriya:Muğamlar