Beynəlxalq Mülki Aviasiya Günü (, , ) - bu bayram hər ilin 7 dekabr tarixində qeyd olunur. Tarixi 1996-cı il dekabrın 6-da BMT Baş Məclisi tərəfindən “7 dekabr - Beynəlxalq Mülki Aviasiya Günü” elan olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli Fərmanı ilə yaradılmışdır və mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycanda “Mülki Aviasiya Günü” 2 iyun tarixində qeyd olunur. Bayramın məhz iyunun 2-də keçirilməsi isə Azərbaycanda ilk aviasiya qrupunun həmin gün yaradılması ilə əlaqədardır.
Azərbaycan mülki aviasiyasında ilk dəfə 1923-cü il avqustun 8-də “Yunkers” təyyarəsi ilə sərnişin daşınmaları həyata keçirilmişdir. Azərbaycanda ilk hava limanı 1931-ci ildə Binə qəsəbəsinin yaxınlığında tikilmiş və 2 ildən sonra istifadəyə verilmişdir.
1994-cü ildə Mülki Aviasiya Mərkəzinin bazasında Milli Aviasiya Akademiyası yaranmışdır. İstinadlar
Xarici keçidlər Baş assambleyanın qətnaməsi № A/RES/51/33 Official page of International Civil Aviation Day on ICAO website The Postal History of ICAO : International Civil Aviation Day UN: International Civil Aviation Day
Kateqoriya:Mülki aviasiya Kateqoriya:BMT beynəlxalq günləri Kateqoriya:Dekabrdakı bayramlar