Raad və ya Ra'd (farsca: رعد, “ildırım”) - 2012-ci ilin sentyabr ayında yaradılmış olan İranın hava hücumundan müdafiə sistemidir. Xarici görünüşünə görə Rusiyanın Buk M3 markalı hava hücumundan müdafiə sisteminin bir nüsxəsi və ya törəməsi olduğu sayılır. Sistem İranın müdafiə nöqteyi-nəzərindən qabiliyyətlərini artırmaq üçün və İranın digər bir hava hücumundan müdafiə sistemi olan Bavar 373 hava hücumundan müdafiə sisteminin ortağı olaraq hazırlanmışdır. Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, Raad döyüş təyyarələri, qanadlı raketlər, ağıllı bombalar, helikopterlər və pilotsuz təyyarələrlə qarşılaşmaq üçün hazırlanmışdır. Sistem ayrıca ABŞ qırıcı təyyarələri üçün xüsusi olaraq hazırlanmışdır. Sistem 50 km məsafədə və 25–27 km (75.000 fut) yüksəkliklərdə hədəfləri izləyə və vura bilən “Taer” (Quş) raketləri ilə təchiz olunmuşdur, Ra'd orta mənzilli hava hücumundan müdafiə və radar sistemidir.
Tarixi 2012-ci ilin dekabr ayında Vilayət 91 hərbi təlimləri zamanı İran Hərbi Dəniz Qüvvələri Raad Hava Hücumundan Müdafiə Sistemini uğurla sınaqdan keçirdi, lakin İran Hərbi Dəniz Qüvvələrində sınaqdan keçirilmiş Raad raketinin hazırlanmış Raad sisteminin Taer-2 raketi ilə eyni olub olmadığı məlum deyil. IRGC ilə Aviasiya və Aerokosmik Qüvvələri tərəfindən istehsal olunan hava hücumundan müdafiə sistemi ilə yer-hava tipli döyüş raketi arasında oxşarlıq ola bilər.
2014-cü ilin may ayında İslam İnqilabı Keşikçiləri Korpusunun Aviasiya Qüvvələri (IRGC-AF) Raad hava hücumundan müdafiə sisteminin dörd fərqli konfiqurasiyasının yaradıldığını bəyan etmişdir: Taer-2B raketləri, mərhələli serialı radarlar ilə təchiz edilmiş və iki ədəd buraxıcı qurğunu idarə edə bilən Xordad 3 TELAR; Ağ günbəz radarları olan və Taer-2A raketlərindən istifadə edən Tabas TELAR; Alam al hoda başladıcısı elektro-optik izləmə sistemləri ilə təchiz edilmişdir; və 80 km mənzilli və yeni bir təkərli buraxıcı qurğuya malik, həmçinin ayrıca bir maşında elektro-optik sistemlərdən istifadə edən Raad 2.
thumb|left|2016-cı ildə Tehranda keçirilən parad zamanı Raad SAM sisteminin bir neçə konfiqurasiyasına rast gəlinir. Aparıcı iki nəqliyyat vasitəsi Xordad 3 sistemidir.
thumb|Xordad 3 hava hücumundan müdafiə batalyonu 4 × nəqliyyat vasitəsi elektron işə salma qurğusu və radar (TELAR) nəqliyyat vasitələrindən ibarətdir
thumb|və 8 × daşıyıcı quraşdırılma (montaj) başlatma cihazları (TEL)https://english.farsnews.com/newstext.aspx?nn=13980402000382
2014-cü ilin may ayında İslam İnqilabı Keşikçiləri Korpusunun Aviasiya Qüvvələri (IRGC-AF) sərgisində, Xordad 3, SAM sisteminin yeni versiyalarının yeni raketlərlə 100 və 200 km məsafələrə çatacağını elan etmişdir.. Xordad 3 sistemi eyni zamanda 4 hədəfi nişan ala bilər və 1700 elementdən ibarət mərhələli bir serialı radarının köməyi ilə eyni vaxtda hər bir həfəfə 2 raket göndərə bilər. Ceyn (Jane) Xordad 3-ü “bacarıqlı bir yer- hava tipli döyüş raketi (SAM) sistemi” olaraq xarakterizə etmişdir.
İran eyni zamanda TAER-1 raketləri ilə RAAD-1 adlı başqa bir yer-hava tipli döyüş raketi sistemi (SAM) hazırlamışdır.
ABŞ pilotsuz uçuş aparatı
19 iyun 2019-cu ildə Amerikanın RQ-4 Global Hawk PUA-sı Hörmüz Boğazının üstündən uçarkən İranın hava-hava tipli raketi ilə vuruldu. İran rəsmiləri, pilotsuz təyyarənin Raad hava hücumundan müdafiə sistemləri ailəsinə daxil olan Xordad 3 orta mənzilli SAM sistemi vasitəsilə vurulduğunu söylədilər.
Növbəti gün İran ABŞ-nin pilotsuz təyyarəsinin İranın hava məkanını pozduğunu söylədi, lakin ABŞ bu hadisənin İrandan on səkkiz dəniz mili (34 km) məsafədə beynəlxalq hava məkanında olduğunu söyləmişdir.
İstinadlar
Kateqoriya:İran sənayesi Kateqoriya:Hərbi texnika Kateqoriya:Silahlar Kateqoriya:Raketlər Kateqoriya:Raket kompleksləri Kateqoriya:Ballistik raketlər Kateqoriya:İran texnikası Kateqoriya:İranın hərbi məhsulları