Məhəmməd Baqiri (doğum adı: Məhəmməd Hüseyn Afşordi) () () — iranlı general-mayor rütbəli zabit. İranda İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, 2016–2025-ci illərdə isə İranda mövcud olan ən yüksək hərbi mövqe hesab edilən İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi olmuşdur..
Bioqrafiya Məhəmməd Baqiri 1960-cı ildə Təbrizdə anadan olmuşdur. 1979-cu ildə Amirkabir Texnologiya Universitetinin maşınqayırma fakültəsinə qəbul edilmişdir. 1980-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusuna üzvlüyə qəbul edilmişdir. İran-İraq müharibəsində təcrübəsi olan bir hərbi kəşfiyyat üzrə mütəxəssis olmuşdur. Siyasi coğrafiya üzrə fəlsəfə doktorudur. İran Ali Milli Müdafiə Universitetində mühazirələr oxuyur. Suriya vətəndaş müharibəsi, İranda kürd üsyanı, 2014–2017-ci illərin İraq vətəndaş müharibəsində iştirak etmişdir. "Fəth" və "Nəsr" ordenlərinə layiq görülmüşdür.
Şəxsi həyatı Böyük qardaşı Həsən Baqiri İran-İraq müharibəsində komandir olmuşdur. Həsən Baqiri İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat şöbəsinin yaradıcısı və ilk quru qüvvələri komandiri olmuşdur.
Sanksiyalar 8 aprel 2019-cu ildə ABŞ İranın İnqilab Keşikçilərini xarici terror təşkilatı olaraq adlandırmışdır. İsrailin Baş naziri Benyamin Netanyahu, Twitterdə Donald Trampa dərhal təşəkkür etmişdir. Məhəmməd Baqiri bu haqda bunları demişdir: "Biz ABŞ-nin Qərbi Asiyadakı qoşunlarını terrorçu hesab edirik və əgər o lənətə gəlmişlər bir şey edərlərsə, biz onlara qarşı cəsarətlə mübarizə aparacağıq"
Xəbərlərdə İŞİD haqqında danışan Məhəmməd Baqiri "Bağdad bizim qırmızı xəttimizdir" demiş və İŞİD-in Bağdada hücum edəcəyi təqdirdə İranın İŞİD-lə mübarizə aparmaq məqsədilə İraqa hərbi müdaxilə edəcəyini vurğulamışdır.
Ölümü İran dövlət televiziyası Baqirinin 2025-ci ilin iyununda İsrailin İrana endirdiyi zərbələr zamanı öldürüldüyünü bildirmişdir.
İstinadlar
Kateqoriya:General-mayorlar Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:İslam İnqilabı Keşikçiləri korpusunun zabitləri Kateqoriya:İsrailin hava hücumları nəticəsində ölənlər Kateqoriya:İran–İraq müharibəsi iştirakçıları Kateqoriya:İran azərbaycanlısı hərbçilər