Çju Yuançjan () — 1368-1398-ci illərdə Min imperiyasının ilk imperatoru.
1351-1368-ci illərdə monqollora qarşı baş qaldırmış Qırmızısarıqlılar üsyanının rəhbərlərindən biri olmuş, 1368-ci ildə monqolları hakimiyyətdən devrirərək Nankində özünü imperator elan etmiş və Min imperiyasının əsasını qoymuşdur.
İslahatları Çju Yuançyan hakimiyyətə gəldikdən sonra bir sıra tədbirlər həyata keçirdi. Monqollara və onlara xidmət edəb yerli feodallara məxsus torpaqlar dövlət mülkiyyəti elan edildi. Əhali və bütün torpaqların siyahıyaalması keçirildi. Torpaqların bir qismi kəndlilərin, qalanı isə xəzinənin ixtiyarına keçdi. Kəndlilər üzərinə qoyulmuş vergi və mükəlləfiyyətlər azaldıldı. Sənətkarlar və tacirlər üzərinə qoyulmuş tamğa vergisi ləğv olundu. 1375-ci ildə pul islahatı keçirildi və yeni kağız pullar dövriyyəyə buraxıldı. Çju Yuançjanın bu tədbirləri XIV-XV əsrlərdə Çin iqtisadiyyatının inkişafına şərait yaratdı, Min imperiyasında güclü idarəçilik aparatı və ordu yaradıldı. İstinadlar
Kateqoriya:Nankində dəfn olunanlar Kateqoriya:XIV əsr Asiya hökmdarları Kateqoriya:Orta əsr qoşun başçıları