Balkar xalqının repressiya qurbanlarına həsr olunmuş abidə — 1944-1957-ci illər arası sürgün edilmiş balkar xalqına həsr olunmuş abidə. Memorial abidənin açılışı 8 mart 2002-ci ildə Kabardino-Balkariya respublikasının Nalçik şəhərində Kanukoyeva küçəsində baş tutub. Abidənin ətrafında hər il matəm mitinqləri keçirilir.
Haqqında Abidənin qoyulması ilə bağlı qərar 8 mart 1989-cu ildə balkar xalqının deportasiyasının 45-ci ildönümü münasibətilə qəbul olunub. Məhz bu tarixdə "Balkar xalqının soyqırım qurbanlarına" yazılmış simvolik daş gələcəkdə abidənin tikiləcəyi özülə qoyulmuşdur.
Abidənin mmemarlıq xüsusiyyətləri orta asiya məqbərə tərzindədir. Abidənin divarında balkar xalqının sürgün edildiyi tarix - 8 mart 1944-cü il - 28 mart 1957-ci il qeyd olunub. Memorialın ekspozisiyasına yüzlərlə toplanmış sənədlər, şəxsi əşyalar daxildir. Ekspozisiya 2 mərtəbədə yerləşir eləcə də burada, müvəqqəti ekspozisiyalar üçün sərgi zalı, akt zalı, arxiv və işçi bölmələri mövcuddur.
Həmçinin bax Doqquz qüllə Kədər maskası 1944-cü ilin deportasiya qurbanları memorialı
İstinadlar
Kateqoriya:Stalin repressiyalarının qurbanlarına həsr olunmuş abidələr Kateqoriya:2002-ci ildə yarananlar