Gəmidə – Serdar Akarın rejissorluğu və ssenaristliyini etdiyi 1998-ci il Türkiyə istehsalı filmdir. Filmin prodüserlərindən olan Önder Çakar həm də filmin ssenaristlərindən olmuşdur. Filmin musiqilərinin bəstələri Uğur Yücel tərəfindən edilib. Film "Laləlidə bir Əzizə" filmi ilə çarpaz süjet xəttinə malikdir.
Bir çox tənqidçi tərəfindən kult statusu alan film 90-cı illərin ən yaxşı türk filmlərindən biri hesab edilir. Xüsusilə filmdəki orijinal ssenari və dialoqlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Məzmun 4 nəfərlik gəmi heyətindən olan boksyor gəminin stabil vəziyyətdə dayandığı zaman yemək almaq üçün Fateh rayonunun səmtlərindən olan Laləliyə gedər, lakin verilən pul ondan oğurlanar. Nəşə və alkoqolun təsirində olan gəminin kapitanı və digər üzvləri pulları qaytarmaq üçün Laləliyə gedir və boksyorun pullarını oğurladığını iddia etdiyi bir qrup adama hücum edirlər. Gəmi heyəti pulları geri qaytarar və həmin adamların içərisində olan Rumın bir qızı qaçırarlar. Gəmiyə qayıdıldığı zaman heyətin başı nəşənin təsirindən dumanlı olduğundan olan olayları heç kim normal xatırlamaz. Kapitan qızın geri qaytarılmasını istəyər, lakin boksyor və Ali qadına təcavüz edərlər. Bundan sonra olaylar bir-birinə qarışar və düşünülməz bir hal alar.
Rollarda
Erkan Can – Kapitan Haldun Boysan – Kamil Yıldıray Şahinler – Ali Naci Taşdöğen – Boksyor Ella Manea – Bakirə fahişə Güven Kıraç Cengiz Küçükayvaz İştar Gökseven
Mükafatlar thumb|160px|Filmin xarici dildə afişası "Gəmidə" Türkiyədəki bir sıra nüfuzlu film festivallarında baş mükafatların sahibi oldu. Film həmçinin müxtəlif xarici festivallarda nümayiş etdirildi və böyük maraqla qarşılandı. Film 1999-cu ildəki Kann kinofestivalında Beynəlxalq tənqidçilər həftəsində (Semaine de la Critique) seçilmiş filmlər siyahısına daxil edildi. "Gəmidə" bu siyahıya daxil olan nadir Türk filmlərindən biriydi. Mükafat Kateqoriya Qalib/Nominant Nəticə35-ci Antalya Qızıl Portağal KinofestivalıƏn yaxşı filmÖnder ÇakarƏn yaxşı aktyorErkan CanƏn yaxşı rejissorSerdar AkarƏn yaxşı montajNevzat Dişiaçık11-ci Ankara Beynəlxalq Film FestivalıƏn yaxşı aktyorErkan CanƏn yaxşı ikinci plan aktyorHaldun BoysanÜmid verən yeni rejissorSerdar AkarÜmid verən yeni ssenaristMünsiflər heyətinin Xüsusi MükafatıKerala Beynəlxalq Film FestivalıƏn yaxşı filmSerdar Akar
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə filmləri Kateqoriya:1998-ci ilin filmləri Kateqoriya:İstanbul haqqında filmlər Kateqoriya:Türkiyənin dram filmləri