Nağı Hacıbayramlı və ya Hacıbayramlı Nağı Bayramgil () — bolşevik kommunist hakimiyyətinə qarşı Qarayazı gizli təşkilatın üzvü, kolxoz quruculuğuna qarşı Qarayazı kəndli qiyamının iştirakçısı, bəzi halda rəhbəri, siyasi mühacirNağı Bayramlı. Партизаны на Кавказе. "Şimali Kafkasiya-Северный Кавказ", 1936,№ 25, с. 22–25.Vahid Ömərli. Qarayazı. Gürcüstanda türklər. 1-ci cild. Çaşıoğlu, Bakı-2001.Nəriman Əbdülrəhmanlı. Qaraçöp Ensiklopedik toplu. Bakı 2019..

Sosial mənşəyi Nağı Mustafa oğlu Hacıbayramlı Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində 1902-ci ildə mülkədar ailəsində anadan olmuşdur. Atası Mustafa Hacıbayramoğlu (1870–1911) zamanəsinin qabaqcıl fikirli, zəngin insanlarından biri olmuşdur. Çox böyük sürüləri, naxırları, qışlaq və yaylaqda otlaq yerləri, əkin sahələri, bağları, kənddə, pristavlıqda, Tiflis şəhərində mülkləri, digər daşınmaz əmlakları, çoxsaylı ticarəti, bankda hesabı və möhürü olmuşdur.

Çar Rusiyası dövründə var-dövləti o zamankı pul vahidi ilə bir milyon məbləğində dəyərləndirilmiş, lakin həmin dövrdə baş vermiş məlum siyasi hadisələr mülkün rəsmiləşdirilməsinə mane olmuşdur. İndiki Qardabani, keçmiş Qaratəpədəki mülkünə dəmiryol vağzalından XIX əsrin sonlarında elektrik xəttinin çəkilməsi, süd-yağ və tikiş məhsullarının istehsalı üçün sənaye miqyaslı maşınlarının Qaratəpəyə gətirilməsi, böyük un dəyirmanının inşaası, aclıq illərində öz vəsaiti hesabına Odessa şəhərindən vaqonla unun gətirdib təmənnasız xalqa paylanılması Nağı Hacıbayramlının atası Mustafa Hacıbayramoğlu tərəfindən edilmişdir. Kosalı, Nəzərli kəndlərinin ağsaqqallarının ümumi iclası əhalinin vəsaiti hesabına kənddə məktəb açılmasına qərar vermiş və bu işin icrasına tapşırılanlardan biri Mustafa Hacıbayramoğlu olduğu göstərilmişdirКаспий. 1906, 24 октября № 227..

Dövrünün çox nüfuzlu şəxslərindən olan Mustafa Hacıbayramoğlu indi də Qarayazıda müxtəlif fikirlərin qısa ifadəsində insanların məsəl yeridir. Mustafa Hacıbayramoğlu övladlarının təhsil alması və Tiflis şəhər işguzar mühitinə qovuşmasında mühüm işlər görmüş, oğlu Nağı 1919-cu ildəTiflisdə dördillik rus dilində kommersiya təmaüllü gimnaziyanı bitirmişdir.

1911-ci il Mustafa Hacıbayramoğlunun ailəsi üçün ağır bir dövr olmuş, həmin il Qarayazı pristavının xalqın malını talan edən və bolşeviklərə xidmət edən qaçaqla xaincəsinə sövdələşməsi nəticəsində Mustafa ağa öldürülür. Mustafa ağanın qətlini törədən şəxslər dövlət tərəfindən məsuliyyətə cəlb olunmuş, məhkəmənin hökmü ilə layiqli cəzalarını alaraq sürgün və ölüm cəzalarına məhkum edilmişdilər. Ailə sonrakı illərdə də ağır itkilərlə üzləşmişdir. 1917-ci ildə Mustafa ağanın böyük oğlu Musa da ona qarşı törədilmiş sui-qəsd nəticəsində belə bir acı tale yaşayır. Daha sonra, 1918–1919-cu illərdə iki övladı və həyat yoldaşı Fatma xanım vəfat edir.

Atalarını itirmiş, yurdda qalan Hacıbayramlıların yeniyetmə və çox gənc övladlarının: Yunisin, Qurbanın, İsaxanın, Aslanın və Nağının göstərdikləri birlik və şücaət nəticəsində xəyanətkarlar layiqli cəzalarını alırlar.

Nağı 1920-ci ildə Qaraçöpün nüfuzlu şəxslərindən olan Talıblı Hacı Cəfər oğlu Məmməd ağanın qızı Nigar xanım ilə ailə qurmuşdur. Nigar xanımın anası Fatma xanım Qarayazının Kosalı kəndində yaşayan İman evi nəslindən olmuşdur. Hacı Cəfər oğlu Məmməd ağa nəinki Qarayazıda tanınmış, o eyni zamanda Qazaxlı Cahandar ağa və o dövrün bir çox tanınmış adamları ilə dostluq etmişdir.

Sovet hakimiyyəti dövründə 1921–1930-cu illər 1921-ci ilin fevral ayında Gürcüstanda Sovet hakimiyyəti qurulur. Bunun nəticəsi olaraq Hacıbayramlıların mülkləri, var-dövlətləri müsadirə olunur. Bu dövrdə ölkədə güclü aclıq və iqtisadi tənəzzül baş verir. Vəziyyətdən çıxmaq üçün 1924-cü ildə Sovet hökuməti Yeni İqtisadi Siyasət proqramını qəbul edir. Buna uyğun olaraq Hacıbayramlılar da yenidən var-dövləti bərpa etməyə başlayırlar. Bunun ardınca ölkədə kolxoz (kollektiv təsərrüfat) quruculuğuna keçilməsi barədə qərar qəbul edilir. Qərara görə keçmiş mülkədarların yeni mülkləri ilə yanaşı qolçomaqların, bütün təbəqədən olan kəndlilərin torpaqlarının, mal-qaralarının, qoyunlarının, öküzlərinin, arabalarının, kotanlarının və s. bu kimi mülklərinin kolxozda cəmləşdirilməsi kampaniyası aparılır. Gürcüstan SSR-də əvvəlcə Candar kolxozunun sonra ayrıca təsərrüfat olan Udabno qoyunculuq sovxozunun əsasını Hacıbayramlıların Yeni İqtisadi Siyasətindən əvvəl müsadirə edilmiş qoyun sürüləri təşkil etmişdir.

Dövlətin kolxoz siyasətinə qarşı bütün kəndlilər, onların qabaqcıl dəstəsi olan qolçomaqlar və keçmiş mülkədarlar tərəfindən böyük etiraz dalğası başlayır. Qarayazının Kosalı və Nəzərli kəndlərində Hacıbayramlı Qurban ağa, qardaşı Nağı və əmisi oğlanları İsaxan və Aslan qiyamçıların önündə durur. Çox gənc lakin nüfuz sahibi olan bu insanlar barədə Vahid Ömərlinin çox dəyərli, fundamental kitabında yaşlıların söylədikləri və əldə olan sənədlər əsasında müfəssəl məlumat verilmişdir. Bunlardan əlavə Qurban ağa Mustafa oğlu Hacıbayramlı kənd burjuaziyasının təmsilçisinə, böyük siyasi düşüncə tərzinə qədər yüksəlmişdir. Zəmanəsinin tanınmış, nüfüzlu şəxsiyyəti olan bu insan haqqında heç şübhəsiz böyük tədqiqat işləri aparılacaqdır. Onun Azərbaycan, xüsusən Qarayazı ictimai fikir tarixinə verdiyi töhfələr qiymətləndiriləcəkdir.

Nağı Hacıbayramlının çap edilmiş xatirələrindəNağı Bayramgil. Kızıl istilanın doğurduğu Azerbaycan isyanlarından hatiralar. "Türk izi", 1952–1955 illər. 1929-cu ilin oktyabr ayının 27-də səhər tezdən Qarayazıda kolxoz qurucularına qarşı kəndli qiyamının baş verməsi, kommunist-bolşevik hakimiyyət nümayəndələrinin qovulması, 1929-cu ilin dekabrın 16-da daxili işlər orqanlarının milis qüvvələrinin kəndə hücüm etməsi və başlanılan döyüş nəticəsində milis qüvvələrinin məğlub edilməsi və bir çoxlarının əsir almağa müvəffəq olmaları, 1930-cu il martın 11-də sübh tezdən Qırmızı Ordu hissələrinin iki tərəfdən Qarayazı meşəsində qiyamçıları mühasirəyə alması və ordu qüvvələri ilə apardıqları döyüş, 1930-cu ilin martın 20-də sülh bağlanılması şərtlərini razılaşdırmaq üçün hökumət qüvvələri ilə qiyamçılar arasında Qarayazı meşəsində görüş keçirilməsi göstərilir.

Nağı Hacıbayramlının 1928–1930-cu illəri əhatə edən xatirələri V. Ömərlinin kitabında dolğun verilmiş və əhatəli təhlil edilmişdir. Bununla yanaşı, Nağı Hacıbayramlının düşüncə dairəsini və şəxsiyyətini qiymətləndirmək üçün rus, gürcü və azərbaycan ədəbiyyatında və bu xalqların gündəlik məişət həyatında rast gəlinməyən bir "təşəkkürün" tarixcəsini və onun sülh danışıqlarındakı mövqeyinin bir anını o özü belə qələmə almışdır.

Beriya sülh təklifi irəli sürür. 20 mart 1930-cu il sülh danışıqlarını aparan heyətin tərkibində QPU rəislərindən olan Qeorqadze də vardır. Nağı Hacıbayramlı yazır: Qarayazı qiyamının başlanmasının səbəbləri, onun iştirakçıları, sürgündən qaçıb gələn Qurban ağa tərəfindən qiyamın Zaqafqaziya silahlı üsyanına çevirilməsi yolları, qiyamın qazandığı uğurlar və məğlubiyyətinin əsas səbəbləri mənbə-də verilmişdir. Qiyamdan bir qədər sonra yaranmış şəraitin siyasi qiymətini verərək Qurban ağa Hacıbayramlı kommunistlərə qarşı mübarizələrinin Türkiyə ərazisindən aparılmasına qərar verir. 1930-cu ilin iyul ayında Qurban ağa və Nağı Hacıbayramlı qardaşları başlarında dəstə sərhədi keçərək Türkiyənin Qars vilayətinə gedirlər. Nağı HacıbayramlıTürkiyəyə keçməyə hazırlaşan zaman həyat yoldaşı Nigar xanımın atası dövrünün nüfuzlu şəxslərindən olan Talıblı Hacı Cəfəroğlu Məmməd ağaya da onlarla getməyi təklif etsə də, o, bu təklifi qəbul etmir və sonradan 1936-cı ildə sovet hakimiyyəti tərəfindən həbs edilərək 1937-ci ildə repressiya qurbanı kimi güllələnir. Sovet Hökuməti tərəfindən 1931-ci ildə Qarayazının qiyamda iştirak edən və ona dəstək verən insanların ailələri bütünlüklə Qazaxıstana sürgün edilirlər. Bunların içərisində Nağının həyat yoldaşı Nigar xanım, 2 oğlu və 2 qızıda olub.

Prometey təşkilatında 150px|thumb|right|Qurban ağa (oturan) və Nağı Hacıbayramlılar. Varşava 1931-ci il Atatürk ilə Lenin arasında bağlanan müqaviləyə əsaslanaraq Stalin mühacirlərin Türkiyə ərazisindən çıxarılmasını tələb edir. Hacıbayramlılar Qarsda 10 aya qədər qaldıqdan sonra İstanbula gedirlər. 1931-ci ildə Millətlər Liqasının siyası qaçqınları himayə edən təşkilatının vasitəsilə bütün mühacirlər kimi Nağı Hacıbayramlı və qardaşı Qurban ağa öncə Fransaya oradan da Polşaya gedərək Varşavada 1931-ci ildən 1938-ci ilə qədər 18 millətin nümayəndəliyini birləşdirən antikommunist "Prometey" cəmiyyətində təmsil olunmuşdurlarВилаят Гулиев. Из наследия политической эмиграции Азербайджана в Польше. Издательство "Адам Маршалек" Торун, 2010Салават Исхаков. Из истории азербайджанской эмиграции. Сборник документов, произведений, писем. Издательство "Социально-политическая МЫСЛЬ", 2011. c. 247. Burada təşkil olunan konfranslarda, ali məktəb və akademiya salonlarında kommunizmi ifşa edən nitqlər söyləmişlər, SSRİ-yə qarşı siyasi mübarizəni "Prometey" təşkilatı vasitəsilə davam etdirmişlər. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə nəşr olunan “İstiqlal” qəzetinin 15 iyun 1934-cü il tarixli 60 nömrəli sayında qeyd olunduğu kimi, Azərbaycan İstiqlalının elan edilməsinin 16-cı ildönümü münasibətilə Varşavada keçirilən toplantıda Məhəmməd Əmin bəyin səmimi və təsirli çıxışından sonra Qurban və Nağı bəylər çıxış edərək ölkə daxilində Azərbaycan xalqının rus-bolşevik rejiminə qarşı fasiləsiz milli mübarizəsindən və müqavimətinin getdikcə güclənməsindən bəhs etmişlər.

Nağı Hacıbayramlı 1934-cü ildə Varşavada ali ticarət məktəbinə daxil olub, ali təhsil almışdır. Polşa tarixçisi Pavel Liberanın polyak dilində çap edilmiş "Prometey xalqlarının təqaüdçüləri" adlı yazısında göstərilir ki, "Prometey" hərəkatına daxil olan xalqların gənclərinin təhsilinin maliyyə dəstəyi Polşa hökuməti tərəfindən həyata keçirilmişdir. Qeyd edilən yazıda Nağı Hacıbayramlı haqqında qısa bioqrafik məlumat yer almaqdadır.

Nağı Hacıbayramlının Polşada həyat və fəaliyyətinin bir hissəsi 2004–2010-cu illərdə Azərbaycan Respublikasının Polşada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində işləmiş filologiya elmləri doktoru, professor Vilayət Quliyev tərəfindən açıqlanmışdır. Bu onun Varşavada rus dilində, 2010-cu ildə çap edilmiş kitabında verilmişdir. Kitabda Polşada nəşr edilən "Şimali Kafkasya – Северный Кавказ" dərgisində Nağı Bayramlı imzası ilə çap edilən "Партизаны на Кавказе" ("Qafqazda partizan hərakatı") məqaləsi, Nağı Bayramlının Varşava ali ticarət məktəbində oxumasını təsdiq edən sənədin surəti, onun Tiflis qimnaziyasının 4 sinfini bitirməsi haqqında, Varşavada Qafqaz icmasının gənclər bölməsinin fəal üzvü olması barədə məlumatlar verilmişdir.

Dövri mətbuatdaАсиф Рустамли. Весомый вклад в исследование азербайджанской эмигрантской литературы. "Зеркало" 9 июнь, 2011 г. kitabın ictimai-siyasi və kitabda nəşr edilən məqalələrin, o cümlədən Nağı Bayramlının məqaləsinin tarixi əhəmiyyəti barədə maraqlı rəylər verilmişdirQəzənfər Paşayev. Professor Vilayət Quliyevə açıq məktub "Ədəbiyyat" qəzeti 15 iyul2011-ci il.