Hacıqədirli — Azərbaycan Respublikasının Şamaxı rayonunun Hacıqədirli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Şirvan düzündədir. XIX əsrdə Şamaxı qəzasında maldarlıqla məşğul olmuş 84 ailədən ibarət bir elat hacıqədirli adlanırdı. Onlar yayı Dağlıq Şirvanda, qışı isə Şirvan düzündə keçirirdilər. XIX əsrin sonlarında oturaqlaşmağa başlayan hacıqədirlilər bu yaşayış məntəqələrində məskunlaşmışdılar.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.314

Əhalisi Kənd əhalisi 444 nəfərdir ki, onunda 215 nəfəri kişi, 229 nəfəri isə qadınlar təşkil edir.

İqtisadiyyatı Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.

İstinadlar

Kateqoriya:Şamaxı rayonunun kəndləri