Raşin döyüşü — 1809-cu il aprelin 19-da Yozef Poniatovskinin komandanlığı altında Avstriya İmperiyası qoşunları ilə Varşava Hersoqluğu ordusu arasında döyüş.

Tərəflərin qüvvələri Fransa ilə Beşinci Koalisiya müharibəsi başlayanda Varşava Hersoqluğunda hərbi nazir Yozef Ponyatovskinin tabeliyində yalnız 18 minlik hərbi korpus qalmışdı. Bu vaxtı Ershersoq Avstriyalı-Este Ferdinand Karlın komandanlığı ilə 36 minlik Avstriya qoşunu Saksoniya və Varşava Hersoqluğuna hücum etdi. Beləliklə, avstriyalılar hərbi qüvvə baxımından polyakları demək olar ki, iki dəfə üstələyirdilər.

Döyüşün gedişi 250px|thumb|left|2006-cı ildə döyüşün rekonstruksiyası. 250px|thumb|right|Döyüşün xəritəsi. 1809-cu il. Ershersoq birbaşa Varşava üzərinə hücum etdi. Bu zaman şəhərin müdafiəsi həvalə edilən Ponyatovski onu qarşılamağa çıxdı. Raşin yaxınlığındakı meşələrdə və bataqlıqlarda polyaklar inadkar müdafiə olunsalar da, iki min nəfər ölü və yaralı olaraq itki verərək geri çəkilmək məcburiyyətində qaldılar. Bir neçə gündən sonra Varşavanı bombardmandan qurtarmaq üçün Ponyatovski avstriyalılara təslim oldu. Ershersoq Varşavanın təslim olmasından sonra Torna tərəf getdiПольша, история // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.|Энциклопедический словарь Брокгауза и Ефрона.

Ədəbiyyat Czubaty, Jaroslaw (2016). The Duchy of Warsaw, 1807–1815: A Napoleonic Outpost in Central Europe. Translated by Phillips, Ursula. Bloomsbury. Szymon Askenazy: Książę Józef Poniatowski. Warszawa: Państwowy Instytut Wydawniczy, 1978. Eugeniusz Kozłowski, Mieczysław Wrzosek: Historia oręża polskiego 1795–1939. Warszawa: Wiedza Powszechna, 1984. ISBN 83-214-0339-5. Marian Kukiel: Dzieje oręża polskiego w epoce napoleońskiej. Poznań: KURPIS s.c., 1996. ISBN 83-86600-51-9. Jan Pachoński: Generał Jan Henryk Dąbrowski 1755–1818. Warszawa: Wydawnictwo MON, 1981. ISBN 83-11-07252-3. Jerzy Skowronek: Książę Józef Poniatowski. Zakład Narodowy im. Ossolińskich, 1984. ISBN 83-04-01542-0.

İstinadlar

Kateqoriya:1809-cu ildəki hadisələr