Dani əməliyyatı () — İsrail Müdafiə Qüvvələrinin 1948-1949-cu illər ərəb-İsrail müharibəsinin birinci və ikinci atəşkəsləri aralığında 1948-ci il iyulun 9-dan 18-dək davam edən hərbi hücum əməliyyatı. Ölkə rəhbərliyi əməliyyatda iştirak edən bölmələrə ərəblərin Lida, Ramla və Ramallah şəhərlərini nəzarət altına almağı, həmçinin Latrunda Qüdsə gedən yola nəzarət edən möhkəmləndirilmiş bir mövqeni ələ keçirmək əmrini vermişdi. Bununla da, Quş-Dana yəhudi yaşayış məntəqələri üçün ən yaxın təhlükəni aradan qaldırmaq və Qüds ilə yəhudilərin nəzarətində olan ərazilər arasında daimi bir əlaqə qurmaq niyyəti güdülürdü.

Əməliyyatın hərbi məqsədlərinə tam olaraq nail olunmadı: yaxınlıqdakı hava limanı və Ramla ilə Lida iyulun 13-nə qədər tutuldularsa, ikinci atəşkəs razılığına qədər Latrunu tutmaq cəhdləri uğursuz oldu, Ramallaha isə yəhudi birləşmələri ümumiyyətlə gedib çıxa bilmədi. Eyni zamanda, Qüdsə aparan əsas yol ərəblərin nəzarəti altında qalsa da, yəhudilər şəhəri təmin etmək üçün başqa bir alternativ yol əldə edə bildilər.

Bundan əlavə, israillilərin uğurları İordaniya kralı I Abdullanın Qüdsün bölüşdürülməsinə razılıq verməsini təmin etdi, əks təqdirdə o, şəhərə bütünlüklə nəzarətə iddia edə bilərdi. Lida və Ramla bölgəsindəki hərbi əməliyyatlar bu şəhərlərin sakinlərinin transiordaniyalıların nəzarətində olan ərazilərə kütləvi surətdə köçürülməsi ilə müşayiət olundu və bu da öz növbəsində Transiordaniyada kütləvi nümayişlərə gətirib çıxardı. Nümayişçilər ərəb legionunun komandanı Con Qlabbı xəyanətdə ittiham edirdilər.

Zəmin

Ərəb ölkələrinin ərəb əhalisi tərəfində Fələstində silahlı qarşıdurmaya qoşulması ilə ərəb qüvvələri bölgənin daxilinə, o cümlədən yəhudi dövləti yarandıqdan sonra ona çatacaq ərazilərin içinə doğru xeyli irəliləməyi bacardı. Buna baxmayaraq, sonrakı həftələrdə yəhudilər ərəb qoşunlarının irəliləməsini durdurdular və hətta bəzi yerlərdə hücuma da keçə bildilər. 1948-ci il iyunun 11-də atəşkəs sazişi qüvvəyə minən zaman İsrail ərəb dövləti üçün nəzərdə tutulan ərazinin təxminən 700 km²-ni nəzarət altına aldı, fələstinlilərin əlində isə yəhudilər üçün ayrılan torpaqların yarısından iki dəfə az hissəsi var idi.Karsh E. Shattered Dreams // Palestine Betrayed. — Yale University Press, 2010. — P. pp=210—211. — ISBN 978-0-300-12727-0.

270px|thumb|right|"Dani" əməliyyatı ərəfəsində cəbhə xətti Atəşkəs dövründə müharibə aparan tərəflərə qarşı silah tədarükünə dair beynəlxalq embarqo qüvvəyə mindi, lakin İsrail yəhudilərə rəğbət bəsləyən şəxslərdən gizli silahlar və maliyyə yardımı alırdı. Həmçinin yəhudi dövləti hərbi hissələrinin şəxsi heyətini artırmaq üçün xaricdən daimi könüllü axınını da qəbul edirdi. Ərəblər də vaxtı boşa vermirdi. Onlarda Fələstində yerləşən şəxsi heyət və hərbi hissələrini canlı qüvvə ilə artırmaq üçün atəşkəs rejimindən istifadə edirdilər. Münaqişədə vasitəçi olan Folke Bernadott atəşkəs dövründə yeni bir razılaşma əldə etməyə çalışırdı. Bu razılaşmaya görə ərəb tərəfi İsrailin müstəqilliyini tanıyırdı. Bunun üçün israilllilər Negev və Qüdsü (İordaniyaya verilir) güzəştə gedir, yəhudi qoşunlarının nəzarətində olan Qərbi Qalileyanın əhəmiyyətli bir hissəsini bölüşürdülər. Lakin bu cəhdlər uğursuzluqla nəticələndi. Çünki, ərəb ölkələri Fələstində hər hansı bir ərazi güzəşti hesabına görə belə, yəhudi dövlətinin müstəqilliyini tanımağa hazır deyildilər.Golani M., and Manna A. The Central Front: Lydda, Ramla and Jerusalem // Two Sides of the Coin: Independence and Nakba, 1948. — Dordrecht: Institute for Historical Justice and Reconciliation, 2011. — P. 103—105. — ISBN 9789089790811. Yeni plana maraq göstərən yeganə şəxs Transiordan kralı I Abbulla ibn Hüseyn (qərb jurnalistinə verdiyi müsahibədə Fələstini ilhaq etməyə hazır olduğunu və orada yəhudilərə yerli muxtariyyət vermək niyyətində olduğunu bildirmişdi) idi. Lakin o, da Ərəb Birliyindəki müttəfiqlərin təzyiqi ilə münaqişənin sülh yolu ilə həll olunması fikrindən vaz keçdi.Karsh E. Shattered Dreams // Palestine Betrayed. — Yale University Press, 2010. — P. 214—215. — ISBN 978-0-300-12727-0.

Ərəblərin atəşkəsdən dərhal sonra hücumu davam etdirmək niyyətləri olduqca açıq idi və Misir qoşunları atəşkəs müddəti bitməmişdən əvvəl ölkənin cənub-qərbində hərbi əməliyyatlara başladılar. Belə şəraitdə yəhudi komandanlığı çətin bir dilemma qarşısında qalmışdı: mövcud hərbi qüvvələri müdafiə döyüşlərində istifadə etmək və ya əks hücum həyata keçirmək. Sonda Negev və Samariyadakı Misir qoşunlarına, habelə Şimal Qalileyadakı livanlılara qarşı müdafiədə çıxış etmək qərarı alındı. Ancaq yəhudi dövlətinə ayrılmış ərazidə yerləşən Roş Pinanın şərqindəki Suriyanın nəzarətindəki yəhudi anklavını azad etmək üçün hücuma keçmək planlaşdırılırdı. Hücumun əsas istiqaməti Təl-Əvivin də daxil olduğu yəhudi yaşayış məntəqələrinin əsas hissəsi yerləşən Quş-Danın cənub-şərqindəki torpaqlar olmalı idi. Cəbhə xətti atəşkəs dövründə Quş-Dan yaşayış məntəqələrinə yaxın keçərək onlara ciddi təhlükə yaradırdı. Ərəb şəhərləri olan Lida, Ramla, həmçinin Latrun bölgəsində və onun qarşı tərəfində İordaniyanın Ərəb legionunun hissələri yerləşirdi.Golani M., and Manna A. The Central Front: Lydda, Ramla and Jerusalem // Two Sides of the Coin: Independence and Nakba, 1948. — Dordrecht: Institute for Historical Justice and Reconciliation, 2011. — P. 105—106. — ISBN 9789089790811.

İsrailin baş naziri David Ben-Qurion o günləri xatırlayaraq Təl-Əvivdən təxminən bir neçə on kilometr məsafədə yerləşən Lida və Ramlanı hər baxımdan təhlükəli olan yəhudi dövlətinin bədənindəki "tikanlar" adlandırırdı. İsrail Müdafiə Qüvvələri də bu şəhərlərin Ərəb legionunun hücumu üçün tramplin olmağa hazır olduğunu güman edirdi.Morris B. The "Ten Days" and After // 1948: A History of the First Arab-Israeli War. — Yale University Press, 2008. — P. 286. — ISBN 978-0-300-12696-9. Hələ ərəb ordularının Fələstinə müdaxiləsindən əvvəl Lida, fələstinlilərin yəhudilərə qarşı silahlı mübarizəsinin mərkəzi sayılırdı. Ərəb səhra komandirlərindən birinin etirafına görə, israillilərə qarşı bölgədə ən aktiv mübarizə aparan tək əhali bu şəhərin sakinləri idi.Karsh E. Shattered Dreams // Palestine Betrayed. — Yale University Press, 2010. — P. 215. — ISBN 978-0-300-12727-0. Lidanın Təl-Əviv üçün təhlükə yaratması ilə yanaşı, eyni zamanda o mühüm nəqliyyat mərkəzi - dəmir yolu və aviasiya qovşağı idi. Ölkənin yeganə beynəlxalq hava limanı şəhərin yaxınlığında yerləşirdi.Герцог Х. Ко второму перемирию. Центральный фронт и Иерусалим // Арабо-израильские войны / пер. Израиль Шамир. — London: Nina Karsov, 1986. — Т. 1. — С. 125. — ISBN 0-907652-19-0. Ben-Qurionun rəhbərlik etdiyi İsrail rəhbərliyi, demək olar ki, tamamilə təcrid olunmuş Qüdsün taleyindən də narahatlıq keçirirdi. Şəhərə gedən əsas yol Latrundan Ramallahadək uzanan yüksəkliklərdə möhkəmlənmiş ərəblər tərəfindən idarə olunurdu (amerikalı politoloq Naomi Fridman vurğulayır ki, İsrailin Qüdsdəki konvoylarına hücum edən qüvvələr də Lidada yerləşirdi ) Lakin buna baxmayaraq, şəhərlə əlaqə müvəqqəti çəkilmiş "Birman yolu" vasitəsi ilə davam etdirilirdi. Bu istiqamətdə planlaşdırılan əməliyyat əvvəlcə "Larlar" - "Lida, Ramla, Latrun, Ramallah" adlanırdı. Əməliyyatın ümumi planı iyunun 26-da təsdiqləndi və Lida, Ramla və Ramallahın ələ keçirilməsini nəzərdə tuturdu. Latruna birbaşa hücum planın məqsədlərinə daxil deyildi. Planın müəllifləri inanırdılar ki, Ramallahın tutulması şəraitində tam mühasirəyə düşmə təhlükəsi Ərəb legionunu möhkəmləndirilmiş istehkamını tərk etməyə məcbur edəcəkdir.Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 304. — ISBN 0-203-49954-9 Əməliyyata rəhbər təyin edilmiş İqal Alon onun adının yanvar ayında Quş Esiona girmək istəyərkən öldürülən "otuz beşlik dəstəsi" komandiri Dani Massın şərəfin "Dani" olaraq dəyişdirilməsini təklif etdi.

Tərəflərin qüvvələri 250px|thumb|right|İshak Sade və əməliyyatın rəhbəri İqal Alon (sağda). "Dani" əməliyyatı yəhudi qüvvələrinin bütün müharibə müddətində həyata keçirdiyi ən böyük hücum əməliyyatı oldu.Golani M., and Manna A. The Central Front: Lydda, Ramla and Jerusalem // Two Sides of the Coin: Independence and Nakba, 1948. — Dordrecht: Institute for Historical Justice and Reconciliation, 2011. — P. 108. — ISBN 9789089790811. Ərəb tarixçisi Spiro Munayer əməliyyatda iştirak edən İsrail qoşunlarının sayını 8000 nəfər səviyyəsində qiymətləndirir. Tarixçi Benni Morrisin dediyinə görə, israillilər əsas hücum istiqamətində xüsusi döyüş dəstələri olan "Palmax"ın iki briqadasını (Harel və İftah) və beş taborunu, 8-ci tankeleyhinə zirehli briqadanın iki taborunu, "Kiryati" və "Aleksandroni" briqadalarının təxminən 30 artilleriya qurğusunun dəstəyi ilə bir neçə piyada taborunu cəmləşdirmişdilər. Digər tərəfdən başqa bir İsrail tarixçisi Uri Milşteyn iddia edir ki, Lidaya hücumun başlaması ilə əməliyyatda iştirak etməli olan 9000 əsgər arasından yalnız bir tabor döyüş hazırlığına malik idi. Alonun tabeliyində olanlardan biri o dövrdə 8-ci briqadanın komandiri "Palmax"ın qurucusu və onu hərb sənəti ilə tanış edən İsak Sade idi. Digər hissələrə İosif Tabenkin (Harel), Mulya Koen (İftah) və Maykl Ben-Gal (Kiryati) rəhbərlik edirdilər.Кохен И. Операция «Дани» // Всегда в строю. Записки израильского офицера / Перевела с иврита Г. Гинзбург. — Иерусалим: Библиотека-Алия, 1987.

Cəbhənin bu istiqamətində ərəb tərəfi rəsmi olaraq yəhudilərlə müqayisədə daha az qüvvəyə sahib idilər (Milşteynə görə - üç dəfə az ). Ərəb legionunun komandanı Con Qlabb, kral I Abdulladan ərazi üzərində nəyin bahasına olursa olsun nəzarəti davam etdirmək barədə təlimat almışdı. Ancaq o, bu tələbi yerinə yetirə biləcəyinə əmin deyildi. Qlabb mümkün geri çəkilmə yollarını axtarırdı. O, hətta qaçqın axınının yolları bağlayaraq geri çəkilən qüvvələrin qarşısını alacağından qorxaraq Ramallahda mülki nəqliyyatın sıradan çıxarılması ehtimalını da düşünürdü. Samariyada və Qüds bölgəsində ələ keçirilmiş əraziləri qorumaq üçün Qlabb, nisbətən kiçik qüvvələrini dağıtmağı yersiz hesab etdi. İsrail komandanlığı ərəblərin Lida və Ramla istiqamətindən hücumunu gözlədiyi bir vaxtda, Qlabb öz növbəsində yəhudilərin bu şəhərlərə həmlə edəcəyinə əmin idi. O, belə bir hücum halında onları saxlaya bilməyəcəyini də yaxşı başa düşürdü (könüllü Ərəb Azadlıq Ordusunun komandiri Fevzi əl-Kavukci də bu mövqe ilə razı idi ). Ərəb legionunun komandiri Latrunda yaxşı möhkəmləndirilmiş mövqelərdə artilleriya və zirehli maşınlarla dəstəklənənPollack K. M.. Jordan. The War of Israeli Independence, 1948 // Arabs at War: Military Effectiveness, 1948-1991. — University of Nebraska Press, 2002. — P. 279. — ISBN 0-8032-3733-2. ikidən üçə qədər tabor yerləşdirmişdi.Tal D. Ten Days of Fighting: The Israeli-Jordanian Front: The Decisive Campaigns // War in Palestine, 1948: Israeli and Arab Strategy and Diplomacy. — Routledge, 2004. — P. 310. — ISBN 0-203-49954-9. Amma bütün bunlara baxmayaraq, iordaniyalıların və iraqlıların əsas qüvvələrinin cənub cinahları arasında qorunmayan bir hissə qalmışdı. Bu ərazidə isə Lid və Ramla şəhərləri yerləşirdi.