Mkrtiç Açemyan (; ) — erməni şairi, tərcüməçi, dramaturq və teatr xadimiАджемян, Мкртич // Müxtəsər Ədəbiyyat Ensiklopediyası / Baş redaktor А. А. Surkov. — Moskva : Sovet ensiklopediyası, 1962–1978..

İstanbulun Ortköy rayonunda anadan olmuşdur və ibtidai təhsilini erli erməni məktəbində almışdır. Daha sonra Venesiyada, Murad Rafaelyanın erməni məktəbində oxudu və Gevond Alişanın rəhbərliyi altında öz ədəbi istedadını inkişaf etdirdi. 1858-ci ildə İstanbula qayıtdı və orada 1860-cı illərin sonundan mədəni, xüsusilə teatr sahəsində aktiv iştirak edirdi, pyesa və şeirlər yazırdı. Onun "Təbəssüm və göz yaşları" () adlı poeziyasının birinci toplusu 1871-ci ildə dərc edilmişdi.

Açemyanın yaradıcılığının əsas mahiyyəti sosial haqsızlığa qarşı etirazdan ibarətdir. Onun böyük şəhərdə çalışan ermənilərin ağır həyatını təsvir edən şeirləri məşhurluq qazanmışdılar. Açemyanın şeirləri dövri nəşrlərdə dərc edilirdilər və debütdən savayı daha sonra "İşıq və kölgələr" (, 1878) və "Yaz küləkləri" (, 1892). 1908-ci ildə bədii topluların üçü də 1892-ci ildən sonra yazılan bəzi şeirlərin əlavə edilməsiylə "Titrəyən qafiyələr" (, 1908) adlı bir kitabda yenidən nəşr edilmişdilər. Şiller, Lafonten, Pyer-Jan Beranje və s. əsərlərini erməni dilinə tərcümələri "Müxtəlif tərcümələr" () adı atlında ayrıca dərc edilmişdilər.

Ədəbiyyat Պետրոսյան Հ., Հայ գրականության բիբլիոգրաֆիա, Երևան, 1953։

İstinadlar

Kateqoriya:Osmanlı şairləri Kateqoriya:Erməni şairlər Kateqoriya:XIX əsr şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:XIX əsr tərcüməçiləri