"Böyük islahatlar" — o vaxta qədər Rusiya tarixində analoqu olmayan 1860 və 1870-ci illərdə imperator II Aleksandrın dövründə Rusiya imperiyasında həyata keçirilmiş islahatlar:
Təhkimçilik hüququnun ləğvi (1861) Maliyyə islahatı (1863) Ali məktəb islahatı (1863) Zemstvo islahatı (1864) Məhkəmə islahatı (1864) Senzura islahatı (1865) Şəhər özünüidarəçiliyi islahatı (1870) Orta məktəb təhsili islahatı (1871) Hərbi islahat (1874)
Bu yeni tədbirlər uzun müddət davam edən bir sıra sosial-iqtisadi problemləri həll etdi, Rusiyada kapitalizmin inkişafı yolunu təmizlədi, vətəndaş cəmiyyətinin və qanunun aliliyinin sərhədlərini genişləndirdi. Lakin bu yeniliklər sona qədər aparılmadı.
II Aleksandrın hakimiyyətinin sonunda mühafizəkarların təsiri altında bəzi islahatlar (məhkəmə, zemstvo) məhdud həyata keçirildi.После реформ: Правительственная реакция // Троицкий Н. А. Россия в XIX веке: Курс лекций. — М.: Высшая школа, 1997. Xələfi III Aleksandrın başlatdığı əks-islahatlar kəndli islahatlarının və şəhər özünüidarəetmə islahatlarının müddəalarına da təsir etdi.Контрреформы 1889—1892 гг.: Содержание контрреформ // Троицкий Н. А. Россия в XIX веке: Курс лекций. — М.: Высшая школа, 1997.
Maariflənmiş bürokratlar 250px|thumb|right|İslahatların ən ardıcıl və nüfuzlu tərəfdarlarından biri böyük knyaqinya Yelena Pavlovna. 250px|thumb|left|Böyük knyaz Konstantin Nikalayeviç Romanov İslahatların hazırlanmasında və həyata keçirilməsində əsas fəal qüvvə 1830-1840-cı illərdə formalaşmağa başlayan yüksək vəzifəli məmurların kiçik bir zümrəsi idi. Qərb tarixşünaslığında bu zümrə "maariflənmiş bürokratlar" adlanır. 1960-cı illərdən sonra isə rus tarixşünaslığında "liberal bürokratlar" termini geniş istifadə olunur. Müasirləri onları "qırmızılar", "mütərəqqilər", "demokratik məmurlar" adlandırırdılar və "reaksionerlər" və "təhkimçilər"ə qarşı qoyurdular. "Liberal bürokratlar"ı təhkimçiliyin ləğv edilməsi, məhkəmənin, yerli idarəetmənin və həyatın digər sahələrinin yenilənməsinin zəruriliyi birləşdirirdi. “Liberal bürokratlar” yenilənmənin əsas aparıcı qüvvəsi kimi imperatorun qeyri-məhdud hakimiyyətini görürdülər.
"Liberal bürokratların" 1840-1850-ci illərdə qruplaşdığı əsas mərkəzlər böyük kniyaqinya Elena Pavlovnanın salonu və Dəniz Nazirliyi idi. Onlar hər ikisi böyük knyaz Konstantin Nikolaeviçin rəhbərlik etdiyi Rus Coğrafiya Cəmiyyəti ilə sıx əlaqələrə malik idilər.Константин Николаевич // Русский биографический словарь : в 25 томах. — СПб.—М., 1896—1918. I Nikolay dövründə vəzifəyə yüksəlmiş bəzi görkəmli şəxsiyyətlər (P.D.Kiselyov, L.A.Perovski, S.S.Lanskoy), "maariflənmiş gəncliyi" dəstəkləyir və onları xidmətə cəlb edirdilər. II Aleksandrın taxta çıxması ilə "liberal bürokratlar" zəruri dəyişikliklərin açıq müzakirəsinə başlamağı bacardılar. Sonradan isə yüksək vəzifələr tutaraq onları həyata keçirməyə başladılar. Hökumət və aristokratik müxalifət arasındakı gərginliyi aradan qaldırmaq üçün, islahatlar başa çatdıqdan sonra II Aleksandr "liberal bürokratları" nüfuzlu vəzifələrdən dəfələrlə çıxardı, lakin zərurət yarandığı hallarda yenidən onların xidmətlərinə müraciət etdi.БРЭ|Либеральные бюрократы|id=2649314
İslahatı zəruri edən səbəblər Çar Rusiyasının ağır məğlubiyyəti ilə qurtaran Krım müharibəsi ölkədə ictimai-iqtisadi böhranın inkişafını sürətləndirdi. Bu müharibə təhkimçilik Rusiyasının çürüklüyünü və gücsüzlüyünü göstərdi. Kapitalist dövlətləri ilə toqquşmada Rusiyanın hərbi və iqtisadi cəhətdən geriliyi açıq surətdə özünü göstərdi. Müharibə və onun iqtisadi təsiri nəticəsində kəndlilərin vəziyyətinin pisləşməsi onların zadəgan-mülkədarlara qarşı mübarizəsini gücləndirdi. Kəndlilər təhkimçilik zülmünə qarşı daha fəal çıxış etməyə başladılar. Beləliklə islahatın əsas səbəbləri təhkimçilik sisteminin böhranı, kəndli iğtişaşları idi. Bunlar xüsusilə Krım müharibəsi zamanı daha da qabarıq şəkildə özünü büruzə verdi. Müharibə zamanı çar hakimiyyətinin kömək istədiyi kəndlilər könüllü olaraq hərbi xidmətə yollandılar. Onlar hökumətə yardım etməklə əvəzində azadlıq alacaqlarına ümid edirdilər. Lakin kəndlilərin ümidi özünü doğrultmadı. Kəndli qiyamlarının sayı getdikcə artırdı. Əgər 1856-cı ildə 66 üsyan olmuşdusa, 1859-cu ildə - artıq kəndlim çıxışlarının sayı 797-yə çatmışdı.Крестьянское движение в России в 1850—1856 гг. Сборник документов / Под редакцией д. и. н., проф. С. Б. Окуня. — М.: Соцэкгиз, 1961. С. 385.
Mülkədarlara qarşı kəndli çıxışlarının sayı ilbəil artırdı. Rusiya imperiyasının ucqarlarında kəndli hərəkatı ilə birlikdə milli zülmə qarşı xalqların mübarizəsi də davam edirdi. Kəndlilər yalnız mülkədar hakimiyyətindən şəxsən azad olmaq uğrunda deyil, eyni zamanda torpaq uğrunda da mübarizə aparırdılar. Xalqın etirazı özünü ən müxtəlif formalarda göstərirdi. Kəndlilər töycü verməkdən və biyara getməkdən imtina edir, mülkədarları və onların təsərrüfatlarını idarə edənləri öldürür, sahibkarların yanından qaçırdılar. Kəndlilərin kütləvi qaçma halları artırdı ki, bu da sinfi mübarizənin yayılmış formalarından biri idi. Təhkimçiliyin ləğvində əxlaqi cəhət və dövlət nüfuzu məsələsi də mühüm rol oynadı. 250px|thumb|right|II Aleksandr öz kabinetində. 1859-cu ilin birinci yarısında şərab iltizamı sisteminə qarşı yönəlmiş hərəkat özünün vüsətinə və kütləviliyinə görə daha qorxulu idi. Bu hərəkat Rusiyanın mərkəzi rayonları ilə yanaşı Volqaboyu, Krım və Uralboyunu da əhatə etmişdi. Şərab iltizamı sisteminə qarşı çevrilmiş hərəkat hökm sürməkdə olan təhkimçilik zülmünün bütün sisteminə qarşı yığılıb toplanmış nifrətin kütləvi ifadəsi idi. Baş vermiş hərəkat kəndli kütlələrinin böyük potensial qüvvəyə malik olduğunu sübut edir, inqilabi şəraitin yarandığını göstərirdi. Volqaboyunda kənd təsərrüfatı böhran keçirirdi. Kəndlilərin ictimai təbəqələşmə prosesinin güclənməsinə baxmayaraq, feodal-təhkimçilik qaydaları əvvəlki kimi davam edirdi. Mülkədar və kəndli torpaqlarında kənd təsərrüfatı işləri köhnə qayda ilə aparılırdı.
Mülkədarlar kəndlilərin istismarını gücləndirirdilər və təhkimli kəndlilərin əksəriyyətini biyar təsərrüfatına keçirirdilər. XIX əsrin ikinci yarısında yeni dəmir yollarının tikintisində əsasən mülkədar kəndliləri içərisindən çıxmış çoxlu fəhlə cəmləşmişdi. Onlar amansız istismar edilir, qeyri-insani şəraitdə işləyirdilər. Volqa-Don dəmir yolunun tikintisində bir il ərzində 2000 fəhlədən 500-ü ölmüşdü.После реформы 1861 года. Сайт «История Волгограда». Дата обращения 28 мая 2012. Архивировано 29 июня 2012 года. Kəndlilər bu zülmə kütləvi halda qaçmaqla, işdən imtina etməklə və sahibkarlara qarşı çıxışlarla cavab verirdilər. Kəndlilərin mübarizəsi ilə fabriklərdəki fəhlələrin mübarizəsi qovuşurdu. Aşağı əmək haqqı, ağır rejim, sahibkar və zavod müdiriyyəti tərəfindən edilən zorakılıq və özbaşınalıq fəhlələri mülkədar kəndlilərinin vəziyyətindən heç də yaxşı olmayan bir vəziyyətə salırdı. Fəhlələr özlərinin iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq uğrunda mübarizə apararaq əslində təhkimçiliyə qarşı da çıxırdılar, çünki onlardan çoxu hələlik mülkədarlardan asılı idi.
Rusiyanın mərkəzi rayonlarında olduğu kimi Krımın kənd təsərrüfatında da kapitalist münasibətləri inkişaf edirdi. Krım müharibəsi regionun təsərrüfat həyatına böyük zərbə vurmuşdu. Krımda sosial-iqtisadi vəziyyət ağırlaşmışdı. Müharibə ilə bağlı əhalinin müəyyən hissəsi yaşayış yerlərini tərk etmişdi ki, bu da əkin sahələrinin becərilməməsinə səbəb olurdu. Eyni zamanda təkimçilik istehsal münasibətləri də məsuldar qüvvələrin inkişafına mane olurdu. Krımda kapitalizmin təşəkkülü prosesində sənaye aparıcı rol oynayırdı. Krımda sənayenin inkişafı sahəsində inkişaf var idi. Sənaye məhsullarının həcmi ildənilə artırdı, həm də artım sürəti mexanikləşdirilmiş istehsal sahələrində daha çox idi. Bütün Rusiyada əsasən natural təsərrüfat və feodal-patriarxal münasibətlər qalmaqda idi. Kəndlilərin çoxu aztorpaqlı idi. Bəzi bölgələrdə əkinçilik mədəniyyətinin aşağı olması, texnikanın geriliyi üstünlük təşkil edirdi. Ölkənin ucqarları çar Rusiyasının geniş müstəmləkə istismarı obyekti idi. Çarizm ucqarların iqtisadi inkişafını məhdudlaşdıraraq, bu yerlərdən sənaye mallarının satış bazarı və xammal mənbəyi kimi istifadə etmək siyasəti yeridirdi. Feodalizm xüsusiyyətlərini xeyli dərəcədə qoruyub saxlamış bu rayonların iqtisadiyyatının çox geridə qalması özünü göstərirdi.
Kəndli islahatı
250px|thumb|right|Nikolay Alekseyeviç Milyutin 250px|thumb|right|19 fevral 1861-ci il manifesti sənədi. 1857-ci il noyabrın 3-də 11 nəfər üzvdən (keçmiş jandarma rəhbəri A.F.Orlov, M.N.Muravyov, P.P.Qaqarin və s.) ibarət Kəndli Məsələsi üzrə Gizli Komitə yaradıldı.Томсинов В. А. Подготовка крестьянской реформы 1861 года в России // Крестьянская реформа 1861 года в России / Сост., автор предисл. и вступ. ст. В. А. Томсинов. — М.: Зерцало, 2012. — С. XV-XCVIII. İyulun 26-da Daxili İşlər Naziri S.S.Lanski rəsmi islahat layihəsini təqdim etdi. Hər vilayətdə layihəyə dəyişikliklər etmək hüququ olan zadəgan komitələrinin yaradılması təklif edildi. Bu proqram 20 Noyabr 1857-ci il noyabrın 20-də Vilen general-qubernatoru V.İ.Nazimova ünvanlanmış yazıda qanuniləşdirildi.Рескрипт от 20 ноября 1857 г. Александра II Виленскому, гродненскому и Ковенскому военному генерал-губернатору В. И. Назимову//Конец крепостничества в России. Документы, письма, мемуары, статьи. М.: Изд-во МГУ, 1994. С. 86. Proqram kəndlilərin şəxsi asılılığının ləğv edilməsini, torpaqların hamısının mülkiyyətçilərin mülkiyyətində qalmasını təmin edirdi (kəndlilər üzərində ağalıq səlahiyyəti də sənədə görə, torpaq sahiblərinin üzərində qalırdı). Həmçinin kəndlilər torpaq əldə etmək üçün onun haqqını ödəməli və ya xidmət göstərməli idilər. Zaman keçdikcə kəndli torpaq sahələrinin (yaşayış binası və təsərrüfat binaları daxil) geri almaq hüquqları saxlanılırdı. Hüquqi asılılıq dərhal yox, ancaq müəyyən keçid dövründən sonra (12 il)ləğv edilirdi. Reskript dərc edilərək ölkənin bütün qubernatorlarına göndərildi.
1858-ci ildə kəndli islahatları hazırlamaq üçün əyalət komitələri yaradıldı. Komitələrdə liberallar və mürtəce torpaq sahibləri arasında tədbirlər, güzəşt formaları uğrunda mübarizə başladı. Komitələr Kəndli Məsələləri Baş Komitəsinə tabe idi (Gizli Komitənin əsasında yaradılmışdı). Ümumrusiya kəndli qiyamının qorxusu hökuməti kəndli hərəkatının yüksəlməsi və ya azalması ilə əlaqədar dəfələrlə dəyişdirilən kəndli islahatlarının hökumət proqramını dəyişdirməyə məcbur etdi.
Kəndli Məsələləri üzrə Baş Komitənin yeni proqramı 21 aprel 1858-ci il tarixində çar tərəfindən təsdiq edildi. Proqram Nazimov reskriptinin prinsiplərinə əsaslanırdı. Proqram təhkimçiliyin ləğvini yox, onun şərtlərinin yumuşaldılmasını nəzərdə tuturdu. Eyni zamanda kəndli iğtişaşlarının sayı daha da artırdı. Kəndlilər torpaqsız azad edilməkdən qorxurdular. Onlar belə hesab edirdilər ki, "azadlığa qovuşmaq hələ çörək əldə etmək deyil".Троицкий Н. А. Россия в XIX веке. Курс лекций. М.: 1997.
1858-ci il dekabrın 4-də yeni kəndli islahatı proqramı qəbul edildi. Burada kəndlilərə torpaq payının pulla alınması və onlara ictimai idarəetmə orqanlarının yaradılması imkanları verilirdi. Əvvəlki proqramlardan fərqli olaraq bu islahat daha radikal idi və çoxsaylı kəndli iğtişaşlarının (müxalifətin təzyiqi ilə birlikdə) baş verməsi hökumət tərəfindən onun qəbul edilməsini məcbur edirdi. Bu proqram Y.İ.Rostovtsev tərəfindən hazırlanmışdır. Yeni proqramın əsas müddəaları bunlar idi:
kəndlilərin şəxsi azadlıq alması kəndliləri torpaq almaq (daimi istifadə üçün) hüququ ilə təmin etmək (xüsusən hökumət bu məqsədlə kəndlilərə xüsusi kreditlər verir) bir keçid (təcili) vaxtının təsdiqlənməsi