Pyotr Kurışko () — Sovet Rusiyasının hərbi xadimi, Rusiya vətəndaş müharibəsində və Gəncə üsyanının yatırılmasında iştirak edib.

Həyatı 25 oktyabr 1894-cü ildə Don vilayətinin Ostradovka kəndində anadan olub. 3-cü sinifə qədər təhsil alıb. 1915-ci ildə orduya çağırılır və Yekatirinodarda yerləşən süvari hissələrinin birində xidmətə başlayır. 1917-ci ildə xidmətdən sonra öz kəndinə qayıdıb 1918-ci ildə Qırmızı ordunun Aleksandrovskiy eskadronunda xidmətə başlayır. 1919-cu ildə 400 atlısı olan süvari dəstəyə rəhbərlik edir. 13 iyul 1919-cu ildə onun dəstəsi I Kuban süvari alayı adlandırılır. 6 noyabr 1919-cu ildə döyüşlərdə fərqləndiyinə görə Qırmızı bayraq ordeni ilə təltif olunur. 18-ci süvari diviziyasının komandiri kimi o 1920-ci ildə Gəncə üsyanının yatırılmasında iştirak edir. Üsyan zamanı Yelenendorf istiqamətində yaralanır. 1920-ci ilin yay və payız aylarında daşnak əksinqilabçılarına qarşı döyüşən Zəngəzur dəstəsinə rəhbərlik edib.

1920-ci ilin noyabrın axırında Ermənistanın şimal bölgələrində bolşeviklər üsyan qaldırırlar. Onlara dəstək üçün tərkibində 18-ci süvari diviziyanın da olduğu XI Qızıl Ordu bölgəyə gedir. Pyotr Kurışko burada 20-ci atıcı diviziyanın komandiri Mixail Velikanovun müavini təyin olunur. 1921-ci ildə Gürcüstanın bolşeviklər tərəfindən işğalında iştirak edir. Gürcüstanın Dedoplistskaro bölgəsində ürəyindən aldığı güllə yarası ilə dünyasını dəyişib.

Həmçinin bax Aleksandr Şirmaxer Mixail Levandovski Mixail Velikanov

İstinadlar

Kateqoriya:Gəncə üsyanının yatırılmasında iştirak edənlər Kateqoriya:"Qırmızı bayraq" ordeni ilə təltif edilənlər Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Rusiya şəxsləri Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları (qırmızılar)