Klint Hokinq () — Kanada videooyun rejissoru və geymdizayneri. O, ilk vaxtlarda "Ubisoft" üçün işləmiş, 2002-ci ildə "Tom Clancy's Splinter Cell" videooyunu üçün skriptlər yazmışdır. Hokinq 2005-ci ildə satışa çıxarılmış, tənqid və kommersiya baxımdan bir uğur olan "Tom Clancy's Splinter Cell: Chaos Theory" videooyununun rejissorluğunu öz boynuna aldıqdan sonra görkəmlilik qazanmışdır. O, daha sonra 2008-ci ildə satışa çıxarılmış, həm tənqidçilər, həm də ki oyunçular tərəfindən müsbət qarşılanmış "Far Cry 2" videooyununun rejissoru olmuşdur. Hokinq 2010-cu ildə "Ubisoft Montreal" studiyasını tərk etmişdir. Buna səbəb şəraitin Hokinq üçün çox rahat olması və geymdizaynerin yeni təcrübələr qazanmaq istəməsidir.

Hokinq üç ay sonra ABŞ-dakı "LucasArts" şirkətinə qoşulmuşdur, anons edilməmiş bir layihənin yaradıcı rejissoru olmuşdur. O, iki il sonra şirkəti tərk etmiş və üzərində işləyi oyun satışa çıxarılmamışdır. Hokinq çox keçməmiş "Valve" şirkətinə qoşulmuşdur, ancaq iki il sonra heç bir videooyun satışa çıxarmadan şirkəti tərk etmişdir. Bir neçə ay sonra "Amazon Game Studios" Hokinqi müəyyən edilməmiş bir layihənin baş geymdizayneri olaraq işə alır. O, şirkəti bir il sonra tərk edir və yenə də heç bir videooyun satışa çıxarmır. Hokinq "Ubisoft" şirkətinə, ancaq bu dəfə onların "Toronto" studiyasına qayıdır. Çox keçməmiş "Watch Dogs: Legion" videooyununun istehsalına start verilir və Hokinq oyunun yaradıcı rejissoru təyin edilir.

Klint Hokinq karyerası boyunca videooyun jurnalı olan "Edge" üçün aylıq köşə yazıları yazmış və sənayedə populyar olan ludonarativ dissonans termini yaratmışdır.

Şəxsi həyatı Klint Hokinq Kanada vətəndaşıdır. O, evlilidir və bir oğlu var.

İşləri Videooyunlar İl Başlıq Rol(lar) 2002 Tom Clancy's Splinter Cell Geymdizayner, skript yazıçısı, səviyyə dizayneri2005 Tom Clancy's Splinter Cell: Chaos Theory Yaradıcı rejissor, skript yazıçısı, baş səviyyə dizayneri 2008 Far Cry 2 Yaradıcı rejissor 2020 Watch Dogs: Legion

Film və televiziya İl Başlıq Rol Qeyd 2011 Oyunçulərin ürəyi – Yaponiya Özü Sənədli film

İstinadlar

Kateqoriya:Kanada videooyun dizaynerləri Kateqoriya:Videooyun rejissorları Kateqoriya:Ubisoft Kateqoriya:Yaşayan insanlar