Fil koqnisiyası — fillərin idrakını araşdıran elm. Müasir dövr etoloqları filləri dünyanın ən ağıllı heyvanlarından biri hesab edir. 11 funtdan (5 kiloqram) bir az artıq çəkisi olan bir filin beyninin kütləsi istənilən quru heyvanının beynindən daha çoxdur. Ən böyük balinaların bədəninin çəkisi adi bir filin bədən çəkisindən 20 dəfə çox olsa da, balinanın beyni filinkindən sadəcə iki dəfə böyükdür. Bundan əlavə, fillərdə 300 milyard neyron var. Bəzi xüsusi quruluş fərqlərini çıxmaq şərti ilə, fillərin beyni ümumi bağlantılar və funksional sahələr baxımından insanların və bir çox digər məməlinin beyninə oxşardır. Filin beyin qabığında insandakıQerhard Ros, Maksim Stamenov, Vittorio Qallese. "İnsan beyni fövqəladədirmi?". Güzgü neyronları və beynin və dilin təkamülü. John Benjamins Publishing. səh. 63–76. qədər neyron var, bu da konvergent təkamülünM. Qudman, K. Sterner, M. İslam, M. Uddin, C. Şervud, P. Hof, Z. Hou, L. Lipoviç, H. Sia. (19 noyabr, 2009). "Filogenomik araşdırmalar fillərdə və insanın əcdadlarında adaptiv təkamülün konvergent nümunələrini ortaya çıxarır". əlaməti hesab olunur.

Fillərdə kədər, öyrənmə, mimika, oyun, altruizm, alətlərdən istifadə, mərhəmət,Coşua Plotnik, R. Leyr, V. Suphaçoksahakun, F. B. M. de Vaal (2011). "Fillər kooperativ işdə nə vaxt köməkçi xortuma ehtiyac olduğunu bilirlər". əməkdaşlıq, özünüdərk, yaddaş və ünsiyyətD. L. Parsel (21 fevral, 2003). Afrikada "filləri dili"nin deşifrəsi. National Geographic News. kimi bir çox müxtəlif davranışlara rast gəlinir. Bundan əlavə, dəlillər fillərin işarə etmək, yəni bir barmağını və ya digər ekvivalentiKarl Zimmer. Araşdırma göstərir ki, fillər işarə etməyi anlayır. New York Times. uzadaraq qeyri-verbal ünsiyyət qurma bacarığı olduğunu göstərir. Bu baxımdan onların məməli dəniz heyvanlarınaCennifer Vieqas (2011). "Fillər şimpanzelər, delfinlər kimi ağıllıdır". ABC Science.Cennifer Vieqas (2011). "İntellekt testində fillər insanları məğlub edir". Discovery News. "Nə delfinləri belə ağıllı edir?". The Ultimate Guide: Dolphins. 1999."Ağıl, yaddaş və hisslər". Friends Of The Elephant. və primatlaraB. L. Hart, L. A. Hart, M. Makkoy, C. R. Saras (Noyabr, 2001). "Asiya fillərində koqnitiv davranış: çevrilmə manevri üçün budaqların istifadəsi və modifikasiyası". Animal Behaviour. Academic Press.David Skott (19 oktyabr, 2007). "Fillər həqiqətən də unutmur". Daily Express. bərabər olduqları düşünülür. Yüksək zəkalı olduqlarına və güclü ailə bağlarına görə, bəzi tədqiqatçılar insanların onları ayırmasının mənəvi cəhətdən yanlış olduğunu iddia edirlər.Patrik Tom (2002). "Fillərin bir-birindən ayrılması haqda debat: fillərin bir-birindən ayrılmasına necəsə bəraət qazandırılırmı?" Zambezi. Zimbabve Universiteti. Aristotel fili "ağlı ilə digərlərindən üstün olan heyvan" kimi təsvir etmişdir.Keytlin O'Konnel (2007). Filin gizli duyğusu: Afrikanın vəhşi sürülərinin gizli həyatı

İstinadlar

Kateqoriya:Fillər Kateqoriya:Heyvan intellekti