Metyu C. Holman (Tam adı: ; ) — Smitsonian Astrofizika Rəsədxanasının astrofiziki və Harvard Universitetinin müəllimi. Metyu Massaçusets Texnologiya İnstitutunun məzunudur: belə ki, məhz həmin institutda 1989-cu ildə riyaziyyat üzrə bakalavr, 1994-cü ildə isə planetologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. 1998-ci ildə Nyukom Klivlend Mükafatına layiq görülüb.
Timoti B. Spar vəzifədən getdikdən sonra 25 yanvar 2015-ci ildən Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planet Mərkəzinin direktorudur.
Alyaska Senatına namizəd Co Millerlə Salina Mərkəzi Liseyində (Kanzas) eyni sinifdə oxumuş və debat komandasının üzvü olmuşdular. 3666 Holman asteroid qurşağı 1999-cu ildə onun şərəfinə belə adlandırılmışdır.
Kəşfləri 1999-2000-ci illərdə Holman Kiçik Planet Mərkəzi tərəfindən (44594) 1999 OX3 və (60621) 2000 FE8 kimi transneptun obyektləri kəşf edən və kəşfində iştirak edən astrofizik kimi tanınır. Metyu kentavrların aktiv tədqiqatçısıdır.
O, həm də çoxsaylı nizamsız peyk kəşf etmiş komandanın üzvü olub: Kəşf olunmuş Neptunun peykləri: Qalimeda – 2002-ci ildə Con Kevilaarz, Tom Qrev, V. Freyzer və Den Milisavlyeviçlə birlikdə (IAUC 8047) Sao – 2002-ci ildə Con Kevilaarz, Tom Qrev, V. Freyzer və Den Milisavlyeviçlə birlikdə (IAUC 8047) Laomedeya – 2002-ci ildə Con Kevilaarz, Tom Qrev, V. Freyzer və Den Milisavlyeviçlə birlikdə (IAUC 8047) Neso – 2002-ci ildə Brett Qledman və başqaları ilə birlikdə Kəşf olunmuş Uranın peykləri: Prospero – 1999-cu ildə Con Kevilaarz, B.Qledman, Jan-Mark Petit, Hans Şoll ilə birlikdə Setebos – 1999-cu ildə Con Kevilaarz, B.Qledman, Jan-Mark Petit, Hans Şoll ilə birlikdə Stefano – 1999-cu ildə Con Kevilaarz, B.Qledman, Jan-Mark Petit, Hans Şoll ilə birlikdə Trinkulo – 2001-ci ildə Con Kevilaarz, Den Milisavlyeviçlə birlikdə Fransisko – 2001-ci ildə Con Kevilaarz, Tom Qrev və Den Milisavlyeviçlə birlikdə Ferdinand – 2001-ci ildə Con Kevilaarz, Tom Qrev və Den Milisavlyeviçlə birlikdə Kəşf olunmuş Saturnun peykləri: Albioriks – 2000-ci ildə Timoti Spar ilə birlikdə
İstinadlar
Xarici keçidlər Metyu Holman, Harvard-Smitsonian Astrofizika Mərkəzinin ana səhifəsi Kiçik Planet Mərkəzinin hesabatı Metyu Holman, 8 noyabr 2015
Kateqoriya:ABŞ astronomları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Planetoloqlar Kateqoriya:Kiçik planet kəşf edənlər Kateqoriya:Təbii peyk kəşf edənlər