Nübar Muxtar qızı Muxtarova () — Azərbaycan pedaqoqu, pedaqoji elmlər doktoru (1996), professor (1997). "Tərəqqi" medalı ilə təltif olunmuşdur (2009).

Həyatı Nübar Muxtarova 30 avqust 1948-ci ildə Litva SSR-in Şaulyay şəhərində anadan olmuşdur. Sonra Şamaxı rayonuna köçmüşlər. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1986-cı ildən Bakı Dövlət Universitetində çalışır. 10 elmi-praktik konfransın, o cümlədən, 4 beynəlxalq elmi-praktik konfransın təşkilatçısı və rəhbəri olmuşdur. Rusiya, Türkiyə, Çin, Malayziyada keçirilən beynəlxalq konfranslarda çıxış etmişdir. BDU-nun Böyük Elmi Şurasının qərarı ilə nəşr olunan "Pedaqoji aləm" adlı jurnalın təsisçisi və baş redaktorudur (1999-cu ildən). Bakı şəhər YAP Səbail rayon Qadınlar Məclisinin sədridir. 2 kitab, 2 monoqrafiya və 100-dən artıq elmi məqalənin müəllifidir.

Yüksək ixtisaslı kadrların yetişdirilməsində əməyi var. "Tərəqqi" medalı ilə təltif olunmuşdur (2009).

Mənbə Bakı Dövlət Universitetinin professorları, "Bakı Universiteti" nəşriyyatı, 2014, s.421

İstinadlar

Kateqoriya:Professorlar Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri