"JARA" beynəlxalq musiqi festivalı (), 2024-cü ildən DREAM FEST — Emin Ağalarovun təşkilatçılığı ilə hər il yay aylarında Bakıda keçirilən beynəlxalq musiqi festivalı. Festival ilk dəfə 2016-cı ildə Azərbaycanın Bakı şəhərində keçirilib. 2024-cü ildən Bakıdakı festival beynəlxalq status qazanaraq "DREAM FEST" adı ilə Xəzər sahilindəki "Sea Breeze" kurort kompleksində təşkil olunur. Təşkilatçının sözlərinə görə, "JARA" adı yerli Rusiya brendi kimi saxlanılıb, beynəlxalq fəaliyyət üçün isə "DREAM FEST" adı seçilib.

Festivalın tarixi

2016 2016-cı ildə festival Bakıda iyulun 9-dan 10-a qədər keçirilib. Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A'STUDIO, Leonid Aqutin, Stas Mixaylov, Nikolay Baskov, Ani Lorak, Vladimir Presnyakov, Eva Polna, Aleksandr Revva, Polina Qaqarina, Timati, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, Nyuşa Şuroçkina, İqor Burnişov, Stas Kostyuşkin, Denis Klyaver, Anitsa Tsoy, Tomas N'evergreen, Valeriya, Lolita Milyavskaya, Anna Sedokova, Aleksey Vorobyov, Slava, Pizza, Band'Eros, Vremya i Steklo, Yulianna Karaulova, Vlad Sokolovskiy, Mitya Fomin, Nərgiz və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova və Andrey Malaxov olub.

2017 2017-ci ildə festival Bakıda 25 iyuldan 28 iyula qədər keçirilib. Festivalda Alla Puqaçova və Sofiya Rotarunun yaradıcılıq gecələri keçirilib. Festivalda Qriqori Leps, Filipp Kirkorov, Emin Ağalarov, Sergey Lazarev, Svetlana Loboda, A'STUDIO, Leonid Aqutin, Nikolay Baskov, Ani Lorak, Aleksandr Revva, Artik & Asti, Serebro, Alekseev, MBAND, Potap i Nastya, İqor Burnişov, Anitsa Tsoy, Valeriya, Lolita Milyavskaya, Slava, Vremya i Steklo, Yulianna Karaulova, Nərgiz, Albina Canabayeva, Aleksandr Marşal, MOT, IOWA, Alessandro Safina, MONATIK, Timur Rodrigez, Stanislav Pyexa, Soso Pavliaşvili, Vera Brejneva, Vladimir Vinokur, Layma Vaykule, Kristina Orbakayte, İrina Dubtsova, Yeqor Krid, Dima Bilan, Diana Arbenina, Valeri Meladze, Jasmin, Lev Leşşenko, Qlyukoza, Vaxtanq, Fabrika, Brandon Stone, Maks Barskix, Aleksandr Panayotov, Olqa Buzova, Yuliya Parşuta və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkin olub.

2018 2018-ci ildə festival Bakıda 26 iyuldan 29 iyula qədər keçirilib. Festivalda Valeriya, Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecələri keçirilib. Festivalda Leninqrad, Leonid Aqutin və Vladimir Presnyakov solo konsertlər keçiriblər. Festivalda Emin Ağalarov, Qriqori Leps, Filipp Kirkorov, Sergey Lazarev, Ani Lorak, Timati, Maks Barskix, Yeqor Krid, Slava, MOT, A'Studio, Qlyukoza, Aleksandr Panayotov, MONATIK, Brandon Stone, Jasmin, Alekseev, Vremya i Steklo, Lolita Milyevskaya, Vera Brejneva, Timur Rodrigez, Band'Eros, Artik & Asti, Kristina Orbakayte, Nikolay Baskov, Aleksandr Marşal, Svetlana Loboda, Stas Pyexa, İrina Dubtsova, Albina Canabayeva, Denis Klyaver, Pizza, Alessandro Safina, Yulianna Karaulova, Tomas N’evergreen, Soso Pavliaşvili, Diana Arbenina, MBAND, Natalya Podolskaya, Stiven Siqal, Dan Balan, Aleksey Çumakov, Qradusı, Anastasiya Kamenskix, Feduk, L'One, Zivert, Mişa Marvin, Jah Khalib, Anjelika Varum, Natali, Mari Kraymberi, Mozgi, Djigan, Lyoşa Svik, VİA Qra, Zara, Anna Sedokova, Soqdiana, ST, Artyom Pivovarov, Yuliya Kovalçuk, İntars Busilis, Nastasya Samburskaya, Rita Dakota və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova və Nikolay Baskov olub.

2019 2019-cu ildə festival Bakıda 25 iyuldan 28 iyula qədər keçirilib. Festivalda Lyube qrupunun solo konserti, Qriqori Leps və Stas Mixaylovun yaradıcılıq gecələri keçirilib. Festivalda Emin Ağalarov, Stiven Siqal, Filipp Kirkorov, Svetlana Loboda, Olqa Buzova, Qriqori Leps, Vera Brejneva, Valeriya, Sergey Lazarev, Leonid Aqutin, A'Studio, Ani Lorak, Lolita Milyevskaya, Maks Barskix, Nikolay Baskov, Vremya i Steklo, Artik & Asti, Jiqan, Mitya Fomin, Aleksey Çumakov, Tomas N'evergreen, Kristina Orbakayte, Yuliya Kovalçuk, Albina Canabayeva, Anita Tsoy, Zara, Natalya Podolskaya, Jasmin, Vladimir Presnyakov, Aleksandr Panayotov, Dennis Klyaver, Alessandro Safina, Slava, Nyuşa Şuroçkina, MOT, Lyubov Uspenskaya, MBAND, Fabrika, Mozgi, Zivert, MONATIK, Qlyukoza, Nataşa Korolyova, Aleksandr Malinin, İrina Nelson, Klava Koka, ELMAN, Jony, TERNOVOY, HammAli & Navai, Rauf & Faik, RASA, CYGO, Vladimir Kuzmin, NAZİMA, Ruki Vverx, Alyona Sviridova, Aleksandr İvanov, Na-Na, Aleksandr Buynov, Bosson, Otpetıe Moşenniki, Rondo, Seryoga, və digər musiqiçilər çıxış edib. Festivalın aparıcıları Yana Çurikova, Timur Rodrigez və Yuliya Baranovskaya olub.

2020 2020-ci ilin martında festival ilk dəfə Rusiyada, Soçi yaxınlığındakı Krasnaya Polyana kurortunda keçirilib. Bakıda iyul–avqust aylarında keçirilməsi planlaşdırılan beşinci festival isə COVID-19 pandemiyası səbəbindən baş tutmayıb və 2021-ci ilə keçirilib.

2021 2021-ci ildə festival Bakıda deyil, 24–27 iyun tarixlərində Moskvada, "Crocus City Hall"da keçirilib. Moskva vilayəti qubernatorunun koronavirusla bağlı qərarı ilə tamaşaçıların zala buraxılması qadağan edildiyindən konsertlər televiziya çəkilişi formatında davam etdirilib.

2022–2023 27–31 iyul 2022-ci il tarixlərində Bakıda keçirilməsi planlaşdırılan festival ləğv edilib; təşkilatçılar səbəb kimi "dünyadakı mürəkkəb geosiyasi vəziyyəti" göstəriblər. 2023-cü ildə festivalın Qazaxıstanda və 20–21 may tarixlərində Daşkənddə keçirilməsi planlaşdırılsa da, hər iki tədbir təxirə salınıb.

2024: DREAM FEST 2024-cü ilin yanvarında Dubayda keçirilən festivalda Bakıda yeni beynəlxalq festivalın — "DREAM FEST"in təşkil ediləcəyi elan olunub. Emin Ağalarovun sözlərinə görə, festival beynəlxalq statusunu əks etdirmək üçün yeni ad alıb.

İlk "DREAM FEST" 23–28 iyul 2024-cü il tarixlərində Bakıda, "Sea Breeze" kurort kompleksində keçirilib. Festivalın əsas səhnəsi süni ada üzərində qurulmuş, gəmi formalı "Caspian Dream Liner" konstruksiyası olub. Festivalda ABŞ, MDB, Avropa, Böyük Britaniya və Türkiyədən 100-dən çox ifaçı iştirak edib. Açılış gecəsinin əsas ifaçısı amerikalı müğənni Ceyson Derulo olub; həmin axşam Imany, Outlandish, Emin, Aysel, Semra Rəhimli, Brendon Stoun və başqaları da çıxış edib. Aparıcılar arasında Nigar Camal və Eldar Qasımov da olub. Festivalda həmçinin Nikol Şerzinger və Devid Foster çıxış edib. Elan olunmuş ifaçılar sırasında Kreyq Devid, Engelbert Hamperdink, Gipsy Kings, Haddaway, Dr. Alban və digərləri də olub.

2025 "DREAM FEST 2025" 23–26 iyul tarixlərində "Sea Breeze"də keçirilib. Festivalın aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmova olub. Festivalda Nikol Şerzinger, Emin, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Tünzalə Ağayeva, Miri Yusif, Nigar Camal, Alessandro Safina, In-Grid, Sandra, Haddaway, Aqua, Secret Service, Kosheen, Tyga, Ceza və digər ifaçılar çıxış edib. Festival çərçivəsində təxminən 500 dronun iştirakı ilə Azərbaycanda ilk dəfə 8 dəqiqəlik dron şousu təqdim olunub, "Sea Breeze" Şöhrət Xiyabanında In-Grid, Kevin MakKoy, Secret Service və Kosheen adına ulduzlar açılıb.

2026 "DREAM FEST 2026" 23–26 iyul tarixlərində "Sea Breeze"də keçirilib. Birinci qala-konsertdə Busta Rhymes, Cheb Khaled, Yeqor Krid, Tomas N'evergreen, Endryu Donalds, Emin, Roza Zərgərli, Zülfiyyə Xanbabayeva, Brendon Stoun, Alsu, Stas Mixaylov, Ani Lorak və başqalarının çıxışı planlaşdırılıb. Növbəti günlərdə Nigar Camal, Tünzalə Ağayeva, Dilarə Kazımova, Elnur Hüseyn, Fərrux Həsənov, Edis və Emre Altuğ kimi ifaçılar səhnəyə çıxıb; Şöhrət Xiyabanında Edis və Emre Altuğ adına ulduzlar açılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) festival qonaqları üçün xüsusi avtobus xidməti təşkil edib.

Həmçinin bax Kiyev Musiqi Festivalı İstinadlar

Xarici keçidlər (DREAM FEST) zhara.tv (JARA)

Kateqoriya:Azərbaycan musiqi festivalları Kateqoriya:2016-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:Bakı mədəniyyəti Kateqoriya:Ağalarov ailəsi