Linkoln milli ev-muzeyi () — tarixi binada ABŞ Prezidenti Abraham Linkoln və həyat yoldaşı Meri Todd Linkoln yaşamışdır. Bina İllinoys ştatının Sprinqfild şəhərində yerləşir. Linkolnlər bu evi 1844-cü ildə satın alıblar. Onlar burada 1861-ci ilə, Abraham Linkoln ABŞ Prezidenti seçilənədək yaşayıblar. Tarixi bina 4 blokdan və 1 qonaq otağından ibarətdir.
Abraham Linkolnin oğlu Robert Tod Linkoln 1887-ci ildə ailə evini İllinoys ştatına bağışlamışdır. O evin daim diqqətdə olmasını və ictimaiyyətə açıq olmasını istəyirdi. Ev və tarixi bölgə 18 avqust 1971-ci ildə ABŞ-nin Milli Tarixi Abidələri siyahısına salınmışdır.The National Parks: Index 2001–2003. Washington: U. S. Department of the Interior. The NPS website for the park lists 1972; however the printed reference and the National Register listing both confirm 1971 as the establishment date.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İllinoys Kateqoriya:1971-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Avraam Linkoln