Monmartr qəbiristanlığı (), "Cimitière du Nord" rəsmi adı ilə tanınır — Parisin şimalındaki 18-ci bələdiyyə dairəsində yerləşən qəbiristanlıq. 1 yanvar 1825-ci ildə açıldı. Tarixi abidə hesab olunur.
Hazırda Monmartr qəbiristanlığında 20 min məzar var. Hər il 500-ə yaxın dəfn mərasimləri keçirilir.
Tarixi Qəbiristanlıq 1825-ci il yanvarın 1-də köhnə gips karxanasının yerində açılmışdır. Qeyd olunan karxana Fransa İnqilabı zamanı kütləvi məzar kimi istifadə edilmişdir. Qəbiristanlıq əvvəlcə Böyük Karxana qəbiristanlığı () kimi tanınırdı. Sonradan Ağ Bariyer qəbiristanlığı () adlandırıldı. Daha sonra isə müasir adını aldı.
Ərazisi 18-ci bələdiyyə dairəsində yerləşir. Küçə səviyyəsindən aşağıda inşa edilmişdir. Qəbiristanlığın təxminən 11 hektar ərazisi var. Qəbiristanlıqda 38 növdən 700-dən çox ağac var. Qəbiristanlığa yeganə giriş Raşel prospektindən keçir.
Qalereya
İstinadlar
Xarici keçidlər A more comprehensive list Google Maps
Kateqoriya:Paris qəbiristanlıqları Q