Xuraman İsmayılova (tam adı:Xuraman İsbi qızı İsmayılova; ) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2008), Azərbaycan Yazıçılar Birliyinin (2002) və Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1998), kitabxanaçı, biblioqraf.

Həyatı Xuraman İsmayılova 5 oktyabr 1958-ci ildə Bərdə rayonunun Mollalı kəndində müəllim ailəsində anadan olub. 1974-cü ildə Mollalı kənd orta məktəbini bitirib. 1979-cu ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirdikdən sonra təyinatla M.F.Axundzadə adına Azərbaycan Milli kitabxanasına göndərilib.

Fəaliyyəti Əmək fəaliyyəti Xuraman İsmayılova M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında kitabxanaçı-biblioqraf, bölmə müdiri və şöbə müdiri vəzifələrində işləyib.

1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.

AMEA Mərkəzi Elmi Kitabxanasında bölmə rəhbəri vəzifəsində çalışıb. 3 iyun 2020-ci ildə Mərkəzi Elmi Kitabxanaya direktor müavini təyin olunub. Kitabları

1998 — "Həsrət" (1998) 2000 — "Qəribəm bu dünyada" 2001 — "Dünya mənsiz darıxacaq" 2002 — "Tənha yollar yolçusu" 2002 — "Duyğuların üsyanı" 2004 — "Qarabağım qəm ocağım" 2006 — "Könlüm Qarabağdadı" 2007 — "Yaddan çıxmaz Qarabağ.Metodik tövsiyə" 2007 — "Hüseynbala Mirələmov. Biblioqrafik göstərici" 2008 — "Anasız qalan dünyam" 2011 — "Ürəyimdən keçənlər" "Bərdə və bərdəlilər. Biblioqrafik məlumat kitabı" (2010) 2011 — "Zəlimxan Yaqub. Biblioqrafik göstərici" 2012 — "Quba və qubalılar. Biblioqrafik məlumat kitabı" 2015 — "Qətiyyətli insan: Sahib Sailov. Publisistik oçerk" kitablarının və 100-dən artıq elmi-publisistik məqalənin müəllifidir. 2015 — Vətəndaş alim, ziyalı (akademik Bəkir Nəbiyevin 85 illiyinə) Biblioqrafik soraq kitabı (həmmüəllif) 2016 — "Qobustan". Biblioqrafik göstərici 2018 — "Sətirlərdə bitən ömür" 2019 — Ziyad Əliabbas oğlu Səmədzadə. Biblioqrafik göstərici (həmmüəllif) 2022 — Şuşa-270. Biblioqrafik göstərici 2023 — Görkəmli dövlət xadimi Heydər Əliyev. Biblioqrafik göstərici 2023 — Qərbi Azərbaycan. Biblioqrafik göstərici 2023 — Xuraman İsbi qızı İsmayılova (65 illiyinə həsr olunub). Biblioqrafik göstərici (həmmüəllif) 2025 — Mərkəzi Elmi Kitabxananın 100 illik salnaməsi. Biblioqrafik göstərici (həmmüəllif) 2025 — Azərbaycan Konstitusiyası və Suverenlik. Biblioqrafik göstərici 2025 — Mərkəzi Elmi Kitabxananın inciləri / Xuraman İsmayılova 2025 — Mərkəzi Elmi Kitabxananın nəşrləri. Biblioqrafik göstərici (həmmüəllif)

Mükafatları (2001) "XXI əsrin tanınmış ziyalısı" beynəlxalq diplomu; (2007) AKİVİHİ tərəfindən "Vətən", (2006) "Məhsəti" mükafatları; (2008) Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi; (2013) Azərbaycanın Respublikasının "Fəxri mədəniyyət işçisi" döş nişanı; (2016) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.

İstinadlar

Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçiləri