Aleksandra Belsova (; ) — Sovet və Latviya rəssamı. "Riqa Rəssamlar Qrupu" və "Yaşıl Qarğa" dərnəklərinin üzvü, Baltars çini rəsm emalatxanasının rəssamı.
Bioqrafiyası Aleksandra Mitrofanovna Belsova 17 mart 1892-ci ildə Suraj (indiki Bryansk vilayəti) adlı kiçik bir kənddə kəndli ailəsində anadan olmuşdur. Atası Mitrofan Betsov xidmətlərinə görə nəcib tituluna layiq görülmüşdür.
Aleksandra Belsova 1912–1917-ci illərdə Penza Rəssamlıq məktəbində təhsil almışdır. Rəssam Natan Altmanın (1918–1919) Petroqrad emalatxanasında dərslərdə iştirak etmişdir. Gələcək həyat yoldaşı Roman Sutanın dəvəti ilə 1919-cu ildə Latviyaya gəlmişdir.
Riqa Rəssamlar Qrupunun üzvü olmuşdur (1920–1924). 1920-ci ildən o cümlədən "yaşıl qarğa" dərnəyinin qrup sərgilərində də əsərləri sərgilənmişdir (1927–1931). Şəxsi sərgiləri: Riqa (1928, Roman Suta ilə birlikdə, 1962, 1972), Tukums (1963), Leninqrad (1972, 1973), Liepaya (1974), Yurmala (1977). Xatirə sərgiləri: Riqa (1984), Liepaya və Madona (1985), Valmiera (1986). 1945-ci ildən Rəssamlar İttifaqının üzvüdür. Yağ, pastel, akvarel texnikası ilə işləyib. Əsasən portret və natürmort janrlarında rəsmlər çəkmişdir. Həyat yoldaşı ilə birlikdə çini Baltars (1924–1929) rəsm emalatxanasında işləmişdir.
Ən məşhur rəsmləri: "Ağ və Qara" (1925), "Austri Ozolini-Krause portreti" (1927), "Tennisçi" (1928).
Riqada Meşə qəbiristanlığında dəfn edilmişdir.
2008-ci ildə Riqada Aleksandra Beltsova və Roman Sutanın işlərinə həsr edilmiş bir muzey açılmışdır.
Ailəsi Əri Roman Suta — rəssam; qızı, Tatyana Suta — sənətşünas; nəvəsi, İnqa Suta — musiqiçi.
Ədəbiyyat Latviešu tēlotāja māksla: 1860–1940. Rīga, 1986 Siliņš J. Latvijas māksla: 1915–1940 I. Stokholma, 1988 Unerwartete Begegnung: lettische Avantgarde: 1910–1935. Köln, 1990.
Mənbə Музей Романа Суты и Александры Бельцовой в Риге Наталья Евсеева. Краткий анализ творчества Романа Суты и Александры Бельцовой. Русские Латвии. Александра Бельцова. Aleksandra Belsova
İstinadlar