Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşir (1785-1867) — Dövrünün tanınmış Azərbaycan şair və ictimai xadimi , general-mayor.
Həyatı Cəfərqulu xan Nəva 1785-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi almışdı. Lələsi Səfərəli bəy Əli bəy oğlu Kəbirli idi. Atası Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir Qarabağ xanlığının vəliəhdi olduğundan babasından sonra hakimiyyətə keçəcəyini güman edirdi.
Mirzə Fətəli Axundova görə Qarabağ xanı İbrahimxəlil xanın ruslar tərəfindən öldürülməsindən sonra onun yerinə ən real namizəd 18 yaşlı nəvəsi Cəfər ağa imiş, lakin İbrahimxəlil xanın ikinci oğlu Mehdiqulu ağa Tiflisdə — Qraf Qudoviçin sərəncamında, olan Cəfərqulu xan Xoyski ilə gizli danışıqlar aparır və özünün xan təyin ediləcəyi təqdirdə Cənubi Qafqaz gözəli hesab edilən bacısı Gövhər ağanı ona — 60 yaşlı Cəfərqulu xana, ərə verəcəcəyini bildirir, Cəfərqulu xan isə Gövhər ağanın gözəlliyinə görə bu təklifdən boyun qaçıra bilmir və qraf Qudoviçi Mehdiqulu xanı xan təyin etməyə razı salır.
Əmisi Mehdiqulu xan Cavanşir taxta əyləşəndən sonra ona qarşı mübarizəyə başladı, lakin uduzub Sibirə sürgün olundu. Sürgündən dönəndən sonra artıq xanlıq yox idi. Qarabağ atlı alayının komandanı oldu. Cəfərqulu xan comərd, alicənab bir şəxsiyyət idi. Sözçüləri, sənətçiləri özünə dost tutardı. Süfrə açanda ətrafına alimlər, aydınlar əyləşərdi.
Cəfərqulu xan 1867-ci ildə vəfat edib. Ailə gorgahları İmarətdə dəfn edilib.
Ailəsi Cəfərqulu xan Əcaibnisə xanım Tuni bəy qızı və Yetər xanım Hüseynqulu bəy qızı ilə dünya evinə girmişdi. Abdullapaşa ağa, Kərim ağa, Hidayət ağa adlı oğulları vardı.
Cəfərqulu xan şair kimi Cəfərqulu xan şair idi. Nəva təxəllüsü ilə ruhoxşar şeirlər yazırdı.
Yaradıcılığı
İstinadlar
Mənbə Ənvər Çingizoğlu. Məhəmmədhəsən ağanın soy kötüyü. "Soy" dərgisi, 2 (2) 2003 Ənvər Çingizoğlu, Cəfərqulu xan Sarıcalı-Cavanşir, Bakı: Mütərcim, 2011,-72 səh.
Həmçinin bax Cəfərqulu xan Sarıcalı-Cavanşir (kitab)
Xarici keçidlər
Kateqoriya:Azərbaycan polkovnikləri Kateqoriya:Cavanşirlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Rusiya-İran müharibəsi (1804-1813) iştirakçıları Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:1785-ci ildə doğulanlar Kateqoriya:1867-ci ildə vəfat edənlər Kateqoriya:Şuşa yazıçıları Kateqoriya:Şuşa hərbçiləri Kateqoriya:XVIII əsr Azərbaycan yazıçıları Kateqoriya:XIX əsr Azərbaycan şairləri Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər