Kuvandık (Quandıq) dəhlizi və ya Orenburq dəhlizi (, ) — Başqırdıstan ilə Qazaxıstanı ayıran Orenburq vilayətinin Kuvandık (Quandıq) və Qay rayonları üçün işlənilən geosiyasi ifadə.

Bu ifadə akademik olaraq 2013-cü ildə ilk dəfə Pol Qobl iştədib. Onun fikrincə, Başqırdıstannan Qazaxıstanın ümumi sərhədin mövcudluğu Başqırdıstan və başqa İdil Ural respublikaların (Başqırdıstan, Tatarıstan, Mordoviya, Çuvaşıstan, Mari El və Udmurtiya) Rusiya Federasiyasının tərkibindən çıxmağı ilə nəticələnə bilər. Onnan Ukraynalı araşdırmaçı Pavlo Podobed də həmfikirdir. Halbuki, 6 İdel Ural respublikadan heç birində hazırda Rusiya Federasiyasının xarici sərhədlərinə çıxışı olmadığına görə, siyasətşunaslar və tarixçilər onların potensial müstəqillik qazanmasına şübhə ilə yanaşırlar.

Tarix

Tatarıstan Respublikasının Elmlər Akademiyasının Şihabetdin Mərcani adına tarix institutunun direktoru, Rafael Xəkimovun fikrinə görə bolşeviklər tatarlar ilə qazaxları ayırmaq məqsədi ilə Orenburq vilayətinə rusları, kazakları və ukraynalıları köçürdürdü:

<…> Orenburqun əsasını tatarlar Asiya ilə ticarət üçün qoyub. Yavaş-yavaş nəyinki tatarlar azlıqda qalıb, tatarları qazaxlardan ayıran oblast qurulub.

1925-ci ildə, SSRİ Qazax SSR-in (həmin ilə qədər onun adı Qırğız Muxtar Sovet Sosialist Respublikası idi) Orenburq vilayətini RSFSR-ə verib, Qazax SSR-in paytaxtını Orenburq şəhərindən Qızılorda şəhərinə dəyişib. Bundan əvvəl, keçmişdə Kuvandık (Quandıq) və Qay rayonları Başqırd Muxtar Sovet Sosialist Respublikasının Usərgən və Йылайыр кантоны kantonlarının hissələri idilər. Orenburq İslam üçün vacib yerli mərkəz idi. Burda Böyük Yekaterina müasir muftiyyatların sələfi olan Orenburq Müsəlman Ruhani Məclisini təsis edib. Qoblun fikrinə görə, Kuvandık dəhlizinin yaradılması tatarlar ilə başqırdlar yaydığı Cədidizmi saxlamaq idi.

İstinadlar

Kateqoriya:Orenburq vilayəti Kateqoriya:Ural Kateqoriya:Başqırdlar Kateqoriya:Qazaxlar Kateqoriya:Geosiyasi dəhlizlər Kateqoriya:Qazaxıstan Sovet Sosialist Respublikası Kateqoriya:Başqırdıstan tarixi