thumb|Boeing 7478I sərnişin təyyarəsi qalxma əsnasında
Sərnişin təyyarəsi — ümumiyyətlə, yalnız sərnişin daşımaq üçün nəzərdə tutulmuş təyyarə növü. Bunlar həm sərnişinlərin, həm də sərnişinlərin baqajlarını və qismən digər materialların daşınmasında istifadə olunurlar. Sərnişin təyyarəsi termini, əsasən hava yolları tərəfindən istifadə edilən yüksək tutumlu və yüksək performanslı təyyarələr üçün nəzərdə tutulur. Bununla birlikdə, yüngül təyyarələr də az sayda sərnişini qısa məsafələrə daşımaq üçün çox vaxt istifadə olunur.
Sərnişin təyyarələri, vaxta qənaət etdiyinə görə, xüsusilə beynəlxalq səyahətlərdə tez-tez üstünlük verilən nəqliyyat vasitələrindən biridir.
Tarix
Sərnişin təyyarələri XX əsrin əvvəllərindən etibarən genişlənməyə başlayan əsas sənaye sahələrindən biri hesab olunan kommersiya məqsədli aviasiya sənayesində mühüm rol oynayır.Loftin, Laurence K. Jr. "Part I: The Age of Propellers, Chapter 2: Design Exploration, 1914–18, Heavy Bombers." Quest for Performance: The Evolution of Modern Aircraft. Washington, D.C.: NASA Scientific and Technical Information Branch, 2004. Retrieved: 25 April 2011. İlkin sərnişin təyyarələri indiki müasir sərnişin təyyarələrindən çox fərqli olmuşdur. İlk müntəzəm hava sərnişin daşımaları 1912-ci ildə Qraf fon Zeppelinin "Delag" adlı dirijabl ilə başlamışdır. Bu dirijabl ilk sərnişin təyyarəsi hesab oluna bilər. Bu sahədəki əsas tədbirlər Birinci Dünya müharibəsindən sonra başlamışdır.Andrews and Morgan 1988, p. 95.Jackson 1988, p. 202. 1919-cu ildə Zeppelinlər yenidən müntəzəm uçuşlara başlamışdır. Lakin 1936-cı ildə hidrogen qazı ilə havaya qalxan "Hindenburq" dirijablının yanması hava nəqliyyatında zeplinlərin təyyarələrlə əvəz edilməsi prosesini sürətləndirmişdir.Norris 1966, p. 3.
1933-1934-cü illər arasında aerodinamik profilli, gövdələri tamamilə metaldan hazırlanmış sürətli və rahat "Boeing 247 D", "Douglas DC-2" və "Douglas DC-3", "Lockheed 10" təyyarələri istifadəyə verilmişdir. ABŞ və Avropanın aparıcı aviaşirkətləri uzun illər, öz aviasiya donanmalarında məhz bu təyyarələrdən istifadə etmişdirər.Jackson 1973, p .62.
Qitələrarası sərnişin təyyarələri XX əsrin əvvəllərində hidrotəyyarələrlə davam etdirilmişdir. 1930-cu illərdə Lufthansa şirkəti 12 mühərrikli dünyanın ən böyük hidrotəyyarə tipli sərnişin təyyarəsini istifadəyə vermişdir."The Handley Page W.8 B." Flight, 19 January 1922, 1935-ci ildə Sakit okean marşrutunun açılması ilə Pan American Airways şirkəti 4 mühərrikli "Martin M-130" hidrotəyyarələrini, 1938-ci ildə isə daha böyük olan "Boeing 314 Clippers" təyyarələrini istifadəyə vermişdir."Handley Page Three-Engined Commercial Aeroplane for Belgium". Flight, 1 May 1924
Hidrotəyyarələr uzun bir müddət ərzində yüksək gəlirli kommersiya nəqliyyat vasitələri kimi istifadə olunmuş, lakin 1950-ci illərdən etibarən böyük aviaşirkətlər öz uçuşlarını daha qənaətcil və daha rahat olan quru tipli təyyarələrə həyata keçirməyə başlamışdırlar.
İkinci Dünya müharibəsindən sonra istehsal edilmiş bütün sərnişin təyyarələri pərli və mərkəzdən periferiya istiqamətində düzülmüş olan hava ilə soyudulan mühərriklərlə təchiz edilmişdirlər. 1950-ci illərin ortalarından etibarən sərnişin təyyarələri daha da müasirləşmiş və reaktiv mühərrikli sərnişin təyyarələri istehsal olunmağa başlanmışdır. Belə tipdə olan təyyarələrin birinci nümunəsi 1958-ci ildə istifadəyə verilən “Boeing 727” təyyarəsidir.
Bu inkişaf tendensiyaları təkcə Qərb ölkələri ilə məhdudlaşmırdı.Jackson 1987, pp. 508–525.Bernardo, James V. Aviation and Space: In the Modern World. New York: E.P. Dutton. 1968. Sovet Rusiyasında da 120-220 arasında sərnişin tutumuna malik olan Tupolev "Tu-114" sərnişin təyyarələri istifadəyə verilmişdir.Tise, Larry E. Conquering the Sky. New York: Palgrave MacMillan, 2009. Print.
1960-cı illərin axırlarından etibarən daha böyük həcmli təyyarələr təqdim edilmişdir. “DC-8” və “Boeing 727” tipli uzun sərnişin təyyarələri ilə yanaşı, sərnişin tutumunu artırmaq üçün geniş gövdəli reaktiv təyyarələr də istifadəyə verilmişdir.Herrick, Greg A. fordtri-motor.com, Yellowstone Aviation, Inc (Jackson, Wyoming), 2004. Retrieved: 4 April 2019."Plane Carries Mail In Wing To Increase Load"(photo of under wing cargo carriers). Popular Mechanics, February 1931.
Müasir sərnişin təyyarələri
XXI əsrdə sərnişin təyyarələri sərnişin tutumunu artırmaq üçün geniş korpus ilə istehsal edilirlər.Bogash, Robert A. "In Search of an Icon: The Hunt for a Boeing B-314 Flying Boat, Pan American NC18601 – the Honolulu Clipper" rbogash.com. Retrieved: 31 July 2011. Bunun ən yaxşı nümunəsi “Airbus A380” təyyarəsidir. “Airbus A380” 853 sərnişin tutumuna malik olub, “Rolls-Royce Trent 900” kimi çox yüksək səviyyədə təkmilləşdirilmiş mühərrikə malikdir və hər cür müasir texnologiya ilə təchiz olunmuşdur."Model 247 Commercial Transport." boeing.com, 2009. Retrieved: 14 June 2010."Douglas tells secrets of speed." Popular Mechanics, February 1935. Rusiya istehsalı olan sərnişin təyyarələri də eyni prinsiplə istehsal edilirlər.
Aktiv istehsalçılar
Airbus — Antonov — ATR Aircraft — Boeing — Comac — De Havilland Canada - Embraer — Irkut Corporation — Xi'an Aircraft Industrial Corporation —
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Antonov Konstruksiya Bürosu İlyuşin Konstruksiya Bürosu Tupolev Konstruksiya Bürosu Yakovlev Konstruksiya Bürosu Airbus Industries Boeing
Kateqoriya:Təyyarələr Kateqoriya:Sərnişin təyyarələri Kateqoriya:Mülki aviasiya Kateqoriya:Rusiya ixtiraları