Vaska Bicova-Qaydova (; ) — Yuqoslaviya və Şimali Makedoniya opera müğənnisi (koloratura soprano).

Həyatı Vaska Bicova-Qaydova 1924-cü ildə Prilep şəhərində anadan olmuşdur. Gənclik illərində müxtəlif xorlarda oxuyur və dərs deməyi planlaşdırırdı, lakin dirijor və bəstəkar Stefan Qaydovun məsləhəti ilə Skopyedəki Nina Monastri-Kuneli musiqi məktəbinə daxil oldu və 1951-ci ildə Makedoniya Milli Teatrının opera səhnəsində debüt etdi, "Sehirli fleyta" operasında Gecə Kraliçası rolunu canlandırdı. Sonra müğənni təhsilini Lyublyanada davam etdirdi, 1956-cı ildən 1958-ci ilə qədər isə Vyana Musiqi Akademiyasında (indiki Vyana Musiqi və İfaçılıq İncəsənəti Universiteti) oxudu.

1974-cü il oktyabr Vaska Bicova-Qaydova Makedoniyanın "11 oktyabr" adlı Dövlət Mükafatı, 1979-cu ildə isə Yuqoslaviya Musiqiçilər Birliyinin Qızıl Lira mükafatına layiq görüldü.

5 sentyabr 2014-cü ildə Skopye şəhərində vəfat etdi.

İstinadlar

Kateqoriya:Opera sopranosu Kateqoriya:XX əsr opera müğənniləri