Nuptze (şerpcə: नुबचे Nub rtse) — Himalayın Mahalanqur Himal silsiləsinin Xumbu bölgəsində, Nepalda yerləşən dağ. Everestdən 2 kilometr aralıda yerləşir. Nuptze tibet dilində "şərq zirvəsi" mənasını verir və bu ad dağa Lhotze-Nuptze massivinin şərq bölgəsi olduğu üçün verilib.
Nuptze zirvəsi, çoxlu qar boşluqları və qar karnizləri olduğu üçün olduqca təhlükəlidir. Bu dırmaşma üçün bir divar təmin edir, lakin təhlükəsiz dırmaşmaq üçün kifayət qədər etibarl və möhkəm deyil. ZirvəHündürülüyü m/ftEnlik (şm.)Uzunluq (ş.)Nuptze I27°57′59″86°53′24″Nuptze II27°57′52″86°53′34″Nuptze Şar I27°57′41″86°53′47″Nuptze Nup I27°58′05″86°53′08″Nuptze Şar II27°57′39″86°53′55″Nuptze Nup II27°58′06″86°52′54″Nuptze Şar III27°57′30″86°54′42″ Dağın əsas zirvəsi olan Nuptze I, 16 May 1961-ci ildə Dennis Devis və Serp Taşi tərəfindən və ertəsi gün Joe Valmsleyin başçılıq etdiyi İngilis ekspedisiyasının üzvləri Kris Boninqton, Les Braun, Ceyms Svallou və Pemba Şerp tərəfindən fəth edildi. Onların istifadə etdiyi bu marşrut Nuptze dağı üçün Skott marşrutu adlanır. Dağ bundan sonra 1961 və 1996-cı illər arasında cəmi iki dəfə fəth edildi.
1975-ci ildə İngilis/Nepal Ordusunun birgə komandası Skott Marşrutu ilə zirvəyə cəhd etdi, lakin təəssüf ki, qrup son koldan düşdü və bu uğursuzluğa qaya ya da qar uçqununun səbəb olduğu düşünülür.Nuptse 1975 Alpine Journal http://www.alpinejournal.org.uk/Contents/Contents_1976_files/AJ%201976%20107-116%20Fleming%20Nuptse.pdf The Army Board of Inquiry Report into the deaths with photographs is available from the National Archives https://discovery.nationalarchives.gov.uk/results/r?_q=nuptse+expedition (retrieved 8/01/2020)
Uzun bir fasilədən sonra Nuptze 1990-2000-ci illərdə yenidən yüksək təcrübəli alpinistlərin hədəfinə çevrildi və həmçinin qərb, cənub və şimal yamaclarına da mühüm marşrutlar quruldu. Nuptze cənubdan və ya qərbdən baxanda kəskin bir zirvə olsa da və onun topoqrafik hündürülüyü, yöni nisbi hündürlüyü yalnız -dir. Buna görə də dağ, ən yüksək dağlar siyahısında yer almır.
30 aprel 2017-ci ildə məşhur İsveçrə alpinisti və sürət alpinisti Ueli Stek, Nuptze Divarının şimal tərəfindəki mövsümi dırmanış zamanı, Sükut dərəsindəki Düşərgə 1 yaxınlığında baş verən qəzada öldü.
Qalereya
İstinadlar
Kateqoriya:Everest yaxınlığında yerləşənlər Kateqoriya:Dağ zirvəsi – yeddiminliklər Kateqoriya:Nepal dağları Kateqoriya:Asiya dağları Kateqoriya:Himalay