Foça (, , ) — Srbine (Srbinje/Србиње) — Bosniya və Herseqovinanın cənub-şərqində, Drina çayı üzərində yerləşən bir şəhər. Serb Respublikasına daxil olan Foça bələdiyyəsinin və Foça regionunun inzibati mərkəzidir.
Coğrafiyası thumb|left|Foçenin köhnə şəhər saatı qülləsi Foca Monteneqro və Serbiyanın sərhəddinə yaxın, qayalı Herseqovina və meşəli Bosniyanın kəsişməsində, Drina çayına tökülən Çexotin çayının mənbəyində yerləşir. Bosniya və Herseqovinanın ən yüksək nöqtəsi olan Maqliç dağı (2386 m) inzibati vadid ərazisində yerləşir. Bosniya və Herseqovinada yeganə və Avropadakı ən böyük toxunmamış meşə olan Peruçisa burada yerləşir. Suteska Milli Parkında ölkənin ən gözəl şəlaləsi və Tara çayının kanyonu vardır. Dərinliyinə görə Avropada ən böyük və dünyada ikincidir. Gözəlliyinə görə demək olar ki, ABŞ-dəki məşhur Böyük Kanyondan heç də geri qalmır.
Adı Orta əsrlərdə şəhər müxtəlif adlarla xatırlanır: Choçe, Coçça, Choza, Coçe, Chozza, Coza, Chotza, Hoča, Hotča, məsələn, 1444-cü ilin iyul ayında Hotçe, 1467-ci ilin avqustunda Hotça kimi yazılmışdır. Hoça və Hotça adının Hotko adından gəldiyi, onunda öz növbəsində qədim slavyan hotjeti sözündən törədiyi ehtimal edilir. 1992-ci ilin aprelində şəhər Bosniya serbləri tərəfindən ələ keçirildikdən sonra boşnaklara qarşı etnik təmizləmə başladılmışdır. 1994-cü ilin yanvarında şəhərin və bələdiyyənin adının Srbine olaraq dəyişdirilməsi ilə başa çatdı, lakin Bosniya və Herseqovinanın Konstitusiya Məhkəməsi adın dəyişdirilməsini konstitusiyaya zid olduğunu elan etdi. 2004-cü ilin fevralında şəhər köhnə adına qaytarıldı.
Əhali
1971 Ümumi — 9257 (100 %) Boşnaklar — 4309 (46,54 %) Serblər — 4148 (44,80 %) Xorvatlar — 152 (1,64 %) Yuqoslavlar — 50 (0,54 %) Digərləri — 598 (6,45 %)
1991 Ümumi— 14 335 (100 %) Serblər — 7901 (55,11 %) Boşnaklar — 5526 (38,54 %) Yuqoslavlr — 312 (2,17 %) Xorvatlar — 74 (0,51 %) Digərləri — 522 (3,64 %)
2013 Şəhər əhalisinin sayı 2013-cü il məlumatına görə 12 334 nəfər, Foça icmasının isə 19 811 nəfər təşkil etmişdir.
Təhsil Şəhərdə Şərqi Sarayevo Universitetinin Tibb Fakültəsi fəaliyyət göstərirUniverzitet u Istočnom Sarajevu. Fakulteti. .
Görməli yerlər 1956-cı ildə şəhərdə Köhnə Hersoqovina Muzeyi açılmışdır.
İstinadlar
Kateqoriya:Serb Respublikasının şəhərləri