Kreva qalası (, , ) — Litva knyazlarının (Qediminas və Alqirdas) Belarusiyanın Kreva kəndində istehkam tipli iqamətgahlarının qalıqlarıdır. Kənd dəniz səviyyəsindən yüksəkdə yerləşir.

Alqirdasın qardaşı Kestutis 1382-ci ildə Kreva qalasında həbs edildi və öldürüldü. Üç il sonra qalada Polşa-Litva Birliyinə doğru ilk addım olan Krevo Birliyi (Krevo aktı) imzalanmışdır. Qala 16-cı əsrin əvvəllərində Krım tatarları tərəfindən darmadağın edildi və uzun müddət boş qaldı. XIX əsrə qədər divarların çoxu dağılmışdı. Qala Rusiya və Alman silahlı qüvvələri arasında cəbhə xəttində dayandığı üçün Birinci Dünya müharibəsi dağılmış tikiliyə son bir zərbə daha vurdu. Qalanın qalıqları 19-20-ci əsrlərdə, xüsusən 1929-cu ildən Polşa tərəfindən qorunub saxlanılır. Lakin abidə getdikcə daha da dağılır.

Qalereya link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Kreva_Castle_Panorama.jpg|center|thumb|800x800px|Krevo qalasının bugünkü qalıqları

İstinadlar

Xarici keçidlər

(ingilizcə) Krevo qalası Belarusiya Respublikasının rəsmi saytında (rusca) globustut.by saytında Krevo qalası (belarusca) Krevo qalasının tarixi (belarusca) Krevo Qala Xeyriyyə Fondu

Kateqoriya:XIV əsrə aid qalalar Kateqoriya:Smarhon rayonu