Nevena Qeorqievna („Македонска енциклопедија“, МАНУ, Скопје, 2009, 347-348 стр. ) — Yuqoslaviya və Makedoniya inqilabçısı, Yuqoslaviya dövründə Şimali Makedoniyadakı gənclər, həmkarlar ittifaqları və işçi hərəkatının fəalı; Yuqoslaviyanın Xalq Qurtuluş Müharibəsi zamanı 1-ci Skopye partizan dəstəsinin döyüşçüsü (16 yaşında dəstəyə qoşulmuşdur) və Makedoniya partizan hərəkatında ilk qadın döyüşçü. Bioqrafiyası 25 iyul 1925-ci ildə Skopye şəhərində anadan olub. Yuqoslaviya partizan antifaşist hərəkatına 22 avqust 1941-ci ildə Skopye partizan dəstəsinə qoşulmaqla daxil olur. 1941-ci ilin noyabrında dəstə dağıldıqdan sonra Velesə, oradan isə Strumitsa köçür. 1942-ci ilin yayında Strumitsa partizan dəstəsinin hazırlanmasına kömək edir. 1942-ci ilin mayında o, işğalçı hakimiyyət məhkəməsi tərəfindən qiyabi olaraq dövlət əleyhinə fəaliyyət göstərdiyinə görə 7 il müddətinə ciddi rejimli həbsxanasında cəza alır. 1942-ci ilin sentyabrında Dimitar Vlaxov adına Veles partizan dəstəsinin üzvü olur

16 dekabr 1942-ci ildə Bolqarıstan polisi və Bolqarıstan anti-çetnis dəstələri Nejilovo şəhərində döyüşdə ağır yaralanan Nevena Qeorqiyevanı tutub başını kəsdilər. Kəsilmiş baş dirəyə qoyularaq, insanları qorxu və dəhşətə salmaq üçün kəndləri gəzdirirlər. Daha yaxşı təsir üçün Velesin mərkəzindəki evlərdən birinə başı qoyulur„Велес и Велешко во НОВ 1941–1945“, Спомен книга, Т. Велес, 1985.. Xatirəsi Nevena Qeorqieva bir çox mahnıların əsas subyetidir: «Po pole odat arqati» və «Pusta ostanala taya kontra çeta»Лазо Каровски и Ѓорѓи М. Ѓорѓиев (ур.) „Македонски песни за народноослободителната борба“, Институт за фолклор „Марко Цепенков“, Скопје, 1980, 237-243 стр.. Nevena Qeorqievanın adı Kisela-Voda və Nejilovo şəhərlərindəki ibtidai məktəblərə, həmçinin Skopyedə bir yataqxanaya verilmişdirКрсто Здравковски „Да не се заборави“ - Скопје, 1982, 145 стр.. Qadın Parkında xatirə lövhəsi quraşdırılıb 1969-cu ildə Nevena Qeorqievanın büstləri Kisela Vodadakı məktəbin həyətində və 1978-ci ildə Skopye yataqxanasında quraşdırıldıКрсто Здравковски „Да не се заборави“ - Скопје, 1982, 145 стр.. 2014-cü ildə naməlum şəxslər yataqxananın yaxınlığında Nevena abidəsini dağıtdılar„И буквите од бистата на Дуња ги отстранија“ , „Слободна Македонија“, 22 август 2016.„ФОТО: Положено цвеќе пред споменикот на Невена Георгиева - Дуња“ , „CentarNews“, 16 декември 2013., 2016-cı ildə Kisela Voda məktəbinin həyətindən başqa bir abidə də oğurlandı„Украдени две бисти на народни херои во Скопје“, „Дневник“, 27.05.2016.. 2013-cü ildə Nejilovoda xatirə lövhəsi qoyuldu„Откриена спомен-плоча на Невена Георгиева - Дуња“, Општина Чашка.

İstinadlar

Kateqoriya:Boynu vurulanlar Kateqoriya:Yuqoslaviya kommunistləri