Azər Bəhlul oğlu Qocayev () — Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı (13.05.2020), Yeni Azərbaycan Partiyasının üzvü.

Həyatı Azər Qocayev 7 sentyabr 1985-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirmişdir.

2007–2008-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 2009-cu ildə "Azərenerji" ASC-nin "Sumqayıt elektrik şəbəkə" ASC-də nəzarətçi kimi başlayıb.

2010–2015-ci illər ərzində "Azərenerji" ASC"-nin "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb.

2015–2017-ci illər ərzində "Azərişıq" ASC-nin "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC-nin Sumqayıt Elektrik Şəbəkəsi müəssisəsinin Enerji satışı şöbəsində nəzarətçi və nəzarətçi mühəndis vəzifələrində çalışıb.

2017–2018-ci illər ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin Enerji təchizatı və enerji təşkil etmə bölməsinin rəis müavini kimi fəaliyyət göstərib.

2018–2019-cu illər ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin rəis müavini vəzifələrində çalışıb.

2019–2020-ci illər ərzində isə "Azərbaycan Dəmir Yolları" QSC-nin Aparatında Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 13.05.2020-ci il tarixli sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi Ailəlidir. 3 övladı var.

Əslən Kəlbəcər rayonundandır. Azərbaycanın tanınmış saz-söz ustadı olan Ağdabanlı şair Qurbanın nəslindəndir, Azərbaycan incəsənət tarixində məşhur olan Aşıq Şəmşirin qardaşı nəvəsidir.

Təltifləri "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020)" yubiley medalı — 2020 "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı — 10.12.2020 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 02.02.2024

İstinadlar

Xarici keçidlər İlham Əliyev Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısının videoformatda qəbulu

Kateqoriya:Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçıları