Kozyak SES () — 1994-cü ildən 2000-ci ilə qədər Treska çayı və süni Kozyak gölü üzərində qurulmuş Şimali Makedoniyayay məxsus olan su-elektrik stansiyası. Şimali Makedoniyada ən böyüyü və ən yüksək bəndə (hündürlüyü 130 m) sahib su anbarıdır. Ölkənin qərb hissəsində, Makedonski Brod icmasında (Skopyedən 45 km məsafədə) yerləşir. Anbarın tikilməsində əsas məqsəd daşqınların qarşısını almaqla elektrik enerjisi istehsal etmək və çayın axınını idarə etmək olurDams and Appurtenant Hydraulic Structures, 2nd edition (англ.). — CRC Press, 2014. — P. 344. — ISBN 113800006X.. Elektrik stansiyası Çinin birbaşa maliyyə dəstəyi ilə tikilib və müstəqil Makedoniya Respublikasında tikilmiş ilk elektrik stansiyasıdır.

Təsviri Elektrik stansiyası iki Frensis turbininə əsaslanır: hər birinin nominal gücü 41 MVt-dır. Süni gölün uzunluğu 32 km və maksimum dərinliyi 130 m, göldəki suyun maksimum səviyyəsi 469.9 m, suyun həcmi isə 380 milyon kubmetrdir. Göldə balıq yoxdur.

İnşaat Maliyyələşdirmə Bəndin tikintisi 1994-cü ilin avqustundan 2000-ci ilə qədər aparılmışdır. Dəyəri 173 milyon ABŞ dolları olmuşdur. Əvvəlcə tikinti 8% dərəcəsi ilə 93 milyon dollar kredit götürən hakim partiya olan Makedoniya Sosial Demokrat Birliyi tərəfindən təşkil edilir. Çin şirkəti Haynan ilə elektrik stansiyasının inşasına kömək haqqında müqavilə imzalanır, lakin şirkət olduqca tez iflas edir və direktoru həbsxanaya atılırЕЛЕМ: СДСМ манипулира со фактите за ХЕ Козјак . Tikinti təhlükə altında qalır. Bununla belə Daxili Makedon İnqilabçı Birliyi — Makedonyanın Milli Birliyi Demokratik Partiyası elektrik stansiyasının tikintisi üçün lazım olan vəsaitin 70% -ə qədər təmin edərək layihəni bərpa edə bilirlərВМРО контра СДСМ: Кој ja изгради ХЕЦ Козјак? .

Tikinti 1996–1998-ci illərdə Sosial Demokrat Birliyinin hakimiyyəti dövründə bütün elektrik avadanlıqlarının alınması və quraşdırılması daxil olmaqla hazırlıq işləri aparılır. Su anbarının doldurulmasına 2003-cü ilin mayında başlanılır, hər iki aqreqat müvafiq olaraq 2004-cü ilin iyul və sentyabr aylarında istifadəyə verilirDams And Reservoirs, Societies And Environment in The 21st Century, Luis Berga; Taylor & Francis, 2006; ISBN 0-415-40423-1, ISBN 978-0-415-40423-5. İnşaat Makedoniyanın ELEM və Çinin CWE şirkətləri tərəfindən həyata keçirilmişdir.

Təmir-bərpa İlk planlaşdırılan avadanlığın təmiri yalnız 2007-ci ildə baş tutur, o zaman güclü titrəmə səbəbindən generatorlar dəyişdirilir. Tam miqyaslı yenidənqurma zamanı turbinlər dəyişdirilməsi və ümumi gücü 100 mVt-a qədər artırılması baş verir. 2010-cu ilin avqust ayına qədər illik elektrik enerjisi istehsalı 190 milyon kVt təşkil etmişdir. Bu isə 2006-cı ildən bu yana bir rekorddur.

İstinadlar

Kateqoriya:Şimali Makedoniya su-elektrik stansiyaları