Tatyana Bakalçuk ( ) — Rusiyalı sahibkar, Wildberries şirkətinin qurucusu və baş direktoru, paltar, ayaqqabı, ev əşyaları və digər malların satıldığı Rusiya beynəlxalq onlayn mağazanın sahibi. Forbesin məlumatına görə, 20 fevral 2020-ci il tarixindən etibarən Tatyana Bakalçuk Rusiyanın ən varlı qadını olmuşdur. 1.4 milyard dollar sərvəti ilə Elena Baturinanı qabaqlamışdır. Bioqrafiyası Tatyana Bakalçuk koreya əsillidir. 1981-1992-ci illərdə oxuduğu Moskva yaxınlığındakı orta məktəbdə təhsil alır. Moskva Dövlət Regional Sosial və Humanitar İnstitutunda oxuyur. İngilis dili müəllimi diplomu alır. Bir müddət müəllim işləyir.

2004-cü ildə Tatyana uşaq dünyaya gətirir. Demək olar ki, bundan dərhal sonra Tatyana öz işinə başlamaq fikrinə düşür. Tatyana Almaniyanın məşhur kataloqlarında olan "Otto" və "Quelle" müştərilərinə təklif edir. Biznesi Poçt vasitəsilə alınan malların ilk anbarı təcrübəsiz bir sahibkarın mənzili idi. Tatyananın təklifi bazarda çox tələb olunur, buna görə bir il sonra, sözün həqiqi mənasında həm binalar, həm də muzdlu işçilər lazım olur.

2005-ci ildə Tatyana və əri Wildberries MMC şirkətini qururlar.

Hal-hazırda Tatyana Bakalçuk və onun əri, ən böyük yerli onlayn mağazalardan birinə sahibdirlər.

Onun qurduğu Wildberries şirkəti inamla yerli pərakəndə satıcılar arasında liderlik edir.

Forbes 2018 siyahısının nəticələrinə görə Tatyana Bakalçuk, Rusiyada Elena Baturinadan sonra ikinci qadın milyarder olur. 2019-cu ilin sonunda onun varidatı 1 milyard dollardır.

2021 -ci ilin avqustunda Forbes, Tatyana Bakalçuku 13 milyard dollar dəyərində qiymətləndirərək Rusiyadakı bir nömrəli qadın milyarder olaraq sıraladı.Состояние владелицы Wildberries Татьяны Бакальчук превысило $13 000 млн

Şəxsi həyatı Vladislav Bakalçhuk ilə evlidir. Əri radio fizikidir. Şirkət daxilində vəzifələrin aralarında bölünməsi olduğuna inanılır. Tatyananın fəaliyyət sahəsi mağazanın məhsullar şəbəkəsi, sosial şəbəkələr, şirkət daxilindəki münasibətlər və işçilərlə qarşılıqlı əlaqə, həyat yoldaşı isə satış, marketinq və satınalmalarda iştirak edir. Dörd övlad sahibidirТ https://www.youtube.com/watch?v=Tz2BuTnKqPk . İstinadlar

Kateqoriya:İş qadınları Kateqoriya:Qadın milyarderlər Kateqoriya:Rusiya milyarderləri Kateqoriya:Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar sanksiyalar və boykotlar Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları