Monodram və ya Təkadamlıq teatr — dram və teatr sənətinin bütün tələblərini özündə cəmləşdirmək şərtilə, yalnız bir aktyor (və ya aktrisa) tərəfindən oynanılan və bu məqsədlə yazılmış teatr əsəri. Səhnədə yalnız bir ifaçı yer alır. Aktyor təkbaşına bir neçə personajı canlandıra və ya rəvayətçi qismində bütün hekayəni tamaşaçıya çatdıra bilər.

Monodramda dramatik monoloqlar, hekayəçilik, komediya elementləri və ya fiziki teatr texnikalarından istifadə oluna bilər. Aktyor səhnədə dekorasiya, geyim və səs effektlərindən asılı olmadan, yalnız bədən dili və səs imkanları ilə tamaşaçıya təsir göstərmək qabiliyyətinə malikdir. Məsələn, Şərq xalq teatrı ənənəsində yer alan məddahlıq sənəti də öz mahiyyətinə görə monodram nümunəsi hesab olunur.

Xüsusiyyətləri

Monodrama aşağıdakı teatr formaları daxildir: Pyes-monoloqlar; Sakit/susqun personajla dialoq formasında qurulmuş dramatik miniatürlər; Səhnədə bir neçə personajın yer aldığı, lakin bütün rolların tək bir aktyor tərəfindən ifa edildiyi əsərlər (məsələn, Arkadi Raykinin miniatürləri).

Klassik teatrdan fərqli olaraq, monodram tamaşaçı ilə birbaşa ünsiyyət qurmaq imkanı yaradır və bəzən improvizasiya elementlərini ehtiva edir. Monodramın səhnə təcəssümü monotamaşa adlanır.

Teatrda tanınmış nümunələri "Daha güclü" () — Avqust Strindberq (pyesdə bir neçə personaj olsa da, yalnız əsas qəhrəman danışır); "Tütünün zərərləri haqqında" () — Anton Çexov; "Səyyah" pyesi () — Valeri Bryusov; "İnsan səsi" pyesi () — Jan Kokto; "Krappın son lenti" () — Semyuel Bekket (personajla yanaşı, onun gənclik səsindən ibarət lent yazısı da hərəkətdə iştirak edir); "Kontrabas" pyesi () — Patrik Züskind; "İti necə yedim" () — Yevgeni Qrişkovets.

Musiqidə və digər sahələrdə

Monodramın operadakı analoqu monoopera adlanır (məsələn, Fransis Pulenkin "İnsan səsi" və Arnold Şönberqin "Gözlənti" operaları). XVIII əsrdə Avropada musiqinin müşayiəti ilə tək (və ya iki) aktyor üçün nəzərdə tutulmuş və operalara yaxın olan musiqili-teatr əsərləri melodram adlanırdı (məsələn, Jan-Jak Russonun mətni üzrə hazırlanan «Piqmalion»).

Rejissor Nikolay Evreinovun estetikasında «monodram» termini fərqli mənada işlədilmişdir. Eyni zamanda bu anlayış psixoterapiyada da (psixodrama forması kimi) xüsusi məna kəsb edir.

Həmçinin bax

Monoloq Məddahlıq Melodram Monotamaşa

İstinadlar

Kateqoriya:Opera janrları Kateqoriya:Opera terminləri Kateqoriya:Ədəbi janrlar Kateqoriya:Dramlar Kateqoriya:Janrlarına görə operalar