Ester Myaqi ( ) — Estoniya bəstəkarı və müəllimi. Estoniya SSR Dövlət Mükafatısı (1980), Estoniya SSR-nin əməkdar artisti (1971), Estoniya SSR xalq artisti (1984).

Bioqrafiyası Onun valideynləri Kaevdə tanış olurlar. Beləki onların ikisi də eyni yerdə işləyirdilər. 1905-ci il inqilabından sonra onlar Tallinə köçürlər. Burada onun atası usta kimi işləyir, anası isə evdar qadın olur. Onların üç övladı olur. Ester uşaqlarının ən kiçiyidir. Esterin Pol adında olan qardaşı müğənniliyə maraq göstrir. Daha sonra isə rejissor işləyir. Esterin bacısı olan Hilda böyük bir ailəyə sahib olur. Onun qızı Vilma Malen məşhur pianoçudur. Ester Myaqi 1922-ci ilin 22 yanvarında tallində anadan olmuşdur. 1951-ci ildə Tallin Konservatoriyasının quruluş şöbəsini bitirmişdir. Professor Mart Saarın Ester Myaqinin elmi rəhbəri olur. Saarın bir çox fikrini mənimsəmiş və xalq musiqisinə fəal maraq göstərmişdir. 1954-cü ildə Ester Myaqi, professor Vissarion Şebalinin rəhbərliyi altında Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirir. Sonra Tallin Konservatoriyasında müəllimlik etməyə başlayır. Ester 1984-cü ildə təqaüdə çıxana qədər müəllimlik fəaliyyətini davam etdirir. 1977-ci ildə dosent olur.

Aleksandr Puşkin, Kersti Merilaas, Ralf Parve, Marie Under və digər rus, eston şairlərinin şeirlərinə romanslar yazmışdır. Tamaşalar üçün musiqi müəllifidir, məsələn: "Bahar gələndə" (1959) və s.

Şeirləri "Kalevipoeqin Finlandiyaya səfəri" kantatası (Fridrix Kreyntsvaldın şeirləri, 1954) Simfoniya (1968) Orkestr üçün Bukolika (1983) Fortepiano ilə orkestr üçün konsert (1953) Skripka ilə orkestr üçün konsert (1958) Orqan və çembalo ilə orkestr üçün konsert (1980) Fortepiano və Klarnet ilə orkestr üçün variatsi (1972)

Mükafatları 1980 - Estoniya SSR Dövlət Mükafatı 1971 - Estoniya SSR-nin əməkdar artisti 1984 - Estoniya SSR xalq artisti

İstinadlar

Mənbə Ester Myaqi Allmusic

Ədəbiyyat Музыкальный энциклопедический словарь / Гл. ред. Г. В. Келдыш. — М.: Советская энциклопедия, 1990. — с. 368 — ISBN 5-85270-033-9 Мяги, Эстер Кустовна. Грустная песня и инвенция [Ноты] / комп. Э. К. Мяги // Произведения советских композиторов [Ноты] : для органа / сост. *Н. О. Оксентян. – Л. : Советский композитор, 1982. – С.21-32. Urve Lippus. Mägi, Ester // Grove Music Online. — Oxford University Press Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XXI əsr bəstəkarları