Ağac kölgəsində (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1921-ci ildə yazmışdır. Bu əsərdə yazıçı sosialist inqilabının yaratdığı və yeni insanların ilk bədii surətlərini təsvir edə bilmişdir, lakin ədibə görə köhnə quruluşun əsas ziddiyyəti guya təkcə kəndlilərlə bəy, xan arasında olan ixtilafdır.
Əbdürrəhimbəy Haqverdiyev də digər məsləkdaşları kimi cəmiyyətin dəyişdirilməsində əsas rolu sənətkarlara, onların yaratdığı əsərlərə verirdi. O, sənətkarlar qarşısında mühüm vəzifələri qoyur və onu vətəndaşlıq qeyrəti ilə, ürəkdən yerinə yetirməyə çağırırdı.
"Ağac kölgəsində" (1921) pyesində Mustafa bəylə kasıb kəndli Cəfər kişi arasındakı konflikt həyatın özündəki konfliktdir. Əsərin əsas qəhrəmanlarından müəllim Kərim acı həqiqətləri izləyə-izləyə kənddə nahaq öldürülən yoxsul Cəfər kişinin meyitini mustafabəylərə göstərərək, kinayə ilə deyir:
1921-ci ildə qələmə alınmış "Ağac kölgəsində" pyesinə illüstrasiya çəkən Xalq rəssamı Yusif Hüseynov yerli bəylə kasıb kəndli arasındakı konfliktin yekununu düşündürücü kompozisiyanın başlıca mövzusu seçmişdir. Budaqdan bir ucu açılmış ipin sallanması və kənd müəllimi Kərimin üzünü camaata tutaraq Cəfərin ölümündə suçlu olanları ittiham etməsi süjetin məna-məzmun daşıyıcılığını təşkil edir. Bir qədər arxada belində xəncər olan Mustafa bəyin qorxmuş vəziyyət almış durumu onun baş verənlərdə günahı olduğunu hiss etməyə imkan verir. Əsər 1960-cı ildə sulu boya ilə ərsəyə gətirilmişdir.
Obrazlar Mustafa bəy — mülkədar Gülməmməd — onun darğası Ocaqverdi — kəndli Gülpəri — onun qızı, Mustafa bəyin siğəsi Mirzə Kərim — kənd müəllimi Kənd əhalisi, qadınlar, çocuqlar
Həmçinin bax Əbdürrəhimbəy Haqverdiyev Millət dostları (pyes) Baba yurdunda (pyes)
İstinadlar
Xarici keçidlər Sözün qüdrətli ustadı Ədəbi-ictimai və pedaqoji fikir tariximizdə müstəsna yer tutan ədib — Haqverdiyev — 150 Əbdürrəhim bəy Haqverdiyevin həyatı və yaradıcılıq yolu Əbdürrəhim bəy Haqverdiyev (17.05.1870–11.12.1933)
Kateqoriya:Dram Kateqoriya:Əbdürrəhim bəy Haqverdiyevin pyesləri Kateqoriya:XX əsr pyesləri Kateqoriya:Azərbaycan dilində pyeslər