Fransa müqavimət hərəkatı () — İkinci dünya müharibəsi dövründə Avropanın digər ölkələrində olduğu kimi Fransada da müqavimət hərəkatı geniş xarakter almışdır. Hərəkatın başlıca istiqaməti alman faşist işğalçılarının Fransa ərazisində mövcud olan Vişi hakimiyyəti idi. 1940-cı ilin iyunun 20-də Vişi hökumətini devirmək məqsədilə Moris Torisin və Jak Dyuklonun imzaları ilə Kommunist Partiyasının manifesti elan olundu. Manifestdə göstərilirdi ki, "Vişi hökuməti Fransa xalqı üçün böyük təhlükədir və Fransa xalqı özünün azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmalı və qul kimi yaşamamalıdır". 10 iyul 1940-cı il manifesti bütün ölkədə böyük əks-səda doğurdu və Fransada müqavimət hərəkatının əsasını qoydu. İlk günlərdə Fransa Kommunist Partiyası xalqın vahid mübarizəsini təşkil etmək məqsədilə bir sıra ciddi addımlar atdı. Belə ki, Fransada nəşr olunan "Humaniti" qəzeti 14 milyon nüsxə buraxıldı ki, bu da partizan hərəkatının formalaşmasına ciddi təsir göstərdi. 1940-cı ilin sonlarında müqavimət hərəkatının güclənməsinə təkan verən amillərdən biri noyabr ayının 11-də on minlərlə tələbənin iştirakı ilə izdihamlı nümayişin keçirilməsi oldu. Məhz həmin gün 1918-ci ildə Kompeyn meşəsində Almaniyanın təslim olması ilə başa çatan çox mühüm hadisə baş vermişdir. Nümayiş iştirakçıları Marselyeza himnini ifa edərək faşist işğalçılarına qarşı dərin hiddətlərini bildirirdilər. Lakin hitlerçilər nümayiş iştirakçılarına atəş açaraq onları qanlarına qəltan etdilər. Toqquşma zamanı 12 nəfər həbs olundu, 50 nəfər yaralandı, 800 nəfər isə həbs edildi. Nümayişçilərdən 10 nəfəri ölüm hökmünə məhkum olundu.
Yaranması Fransa vətənpərvərləri artıq 1940-cı ilin sonlarına doğru çox böyük təşkilatlarda, xüsusi ilə döyüş təşkilatlarında birləşməyə başladılar. Həmin dövrdə Fransa Kommunist Partiyasının üzvlərinin onda bir hissəsi həmin təşkilatın üzvü idi. Ancaq faşist rejimi həbsləri davam etdirir və beləliklə də müqavimət hərəkatının genişlənməsinə mane olmağa cəhd edilirdi. Qeyd etmək lazımdır ki, 1941-ci ilin yazından etibarən Fransa Kommunist Partiyası müqavimət hərəkatına yeni-yeni qüvvələri gətirərək onu gücləndirməyə çalışırdı. Xüsusilə 1941-ci ilin mayın 15-də partiyanın Mərkəzi Komitəsinin müraciəti elan olunduqdan sonra Fransanın azadlığı və müstəqilliyi uğrunda Milli cəbhənin yaradılması məsələsi mühüm hadisə oldu. Fransa Kommunist Partiyası hesab edirdi ki, müqavimət hərəkatına yalnız Fransa Kommunist Partiyası rəhbərlik edə bilər və bütün cəbhələrdə aparıcı və rəhbəredici rol məhz ona məxsus olmalıdır. Həmin dövrdə paytaxt Parisdə, Marseldə, Leonda və başqa Fransa şəhərlərində bir sıra gizli qruplar, təşkilatlar formalaşırdı ki, bu təşkilatlar öz ətrafında ziyalıları və zabitləri, habelə burjua ünsürlərini birləşdirirdi. Müqavimət hərəkatı təşkilatçıları sırasında Sosialistlər, Katoliklər, millətçilər digərlərini birşəldirirdi. Bu dövrdə həmçinin "Komba" (Mübarizə), "Fran-Tizer" (Azad atıcılar), "Liberrasson" (Azadlıq) adlı təşkilatlar da yaradılmışdır. Fransanın azadlığı uğrunda mübarizə aparan təşkilatlar sırasında Azad Fransa Təşkilatı xüsusi ilə fərqlənirdi. Bu təşkilat 1942-ci ilin iyulundan etibarən "Döyüşən Fransa" adı ilə fəaliyyət göstərmişdir. Onun rəhbəri general Şarl de Qoll olmuşdur. Şarl de Qoll peşəkar hərbçi, birinci dünya müharibəsinin iştirakçısı, siyasi baxışlarına görə katolikliyə yaxın olan və alovlu vətənpərvər idi. Şarl de Qoll siyasi fəaliyyətə başladığı andan etibarən fransa xalqının azadlığına çalışıb. 1940-cı ilin yayında O, hələ Fransada tank diviziyasının komandiri idi. Tezliklə, baş nazir Reyno onu hərbi nazirin müavini vəzifəsinə təyin edir. Lakin 10 gün sonra Reyno tutduğu vəzifədən istefa verir və Şarl de Qoll sona qədər mübarizə aparır. İngiltərənin baş naziri Vinston Leonard Spenser Çörçill tanış olduqdan sonra Londona köçərək burada mübarizəni davam etdirir. 1940-cı ilin iyun ayının 18-də radio ilə çıxış edir.
O, faşist Almaniyasına qarşı Fransız xalqının dönməz mübarizəsini ifadə edir. Beləliklə, Şarl de Qoll inanırdı ki, Fransa xalqı ABŞ və İngiltərə ilə birlikdə faşizm üzərində qələbə çalacaqdır. 1940-cı il avqustun 7-də Şarl de Qoll Vinston Leonard Spenser Çörçildən İngiltərə ərazisində fransız vətənpərvərlərindən ibarət silahlı dəstələrin yaradılmasına razılıq alır. Eyni zamanda Şarl de Qoll öz təşkilatını da bir qədər möhkəmləndirməyə müvəffəq olur. Həmin dövrdə Azad Fransa Təşkilatının 7 minə qədər silahlı qüvvəsi var idi. Çox keçmədən Azad Fransa Təşkilatı və Fransanın kaloniyaları, o cümlədən Çad, Kamerun, Konqo və başqaları Şarl de Qollun ətrafında sıx birləşərək onu müdafiə edirlər. Azad Fransa Təşkilatı ingilis ordusu ilə 1941-ci ilin yayında bir sıra hərbi əməliyyatlarda, xüsusi ilə Suriya ərazisində aparılan hərbi əməliyyatlarda birgə iştirak edir. Azad Fransa Təşkilatı həmçinin ABŞ tərəfindən hərbi əməliyyatlarda da iştirak edir. Məhz buna görə idi ki, ABŞ hökuməti 1941-ci ilin noyabrına kimi Vişi hökumətini tanımadı. 1941-ci il iyunun 22-də faşist Almaniyasının SSRİ-yə hücumu ilə Böyük Vətən müharibəsi başlandı. Bununla da beynəlxalq vəziyyət tamamilə dəyişdi və İkinci Dünya müharibəsi dövründə antifaşist hərəkatı özünün ən yüksək həddinə çatdı. 1941-ci il dekabr ayında Yaponiyanın ABŞ hərbi hava qüvvələrinin bazalarına zərbə endirməsi SSRİ-ABŞ-İngiltərə birliyininin yaranmasına və formalaşmasına böyük təsir göstərdi. Bu hadisə həmçinin işğal olunmuş ölkələrdə, xüsusilə Fransada müqavimət hərəkatının gedişinə ciddi təsir göstərdi.
1941-ci ilin yayından etibarən Azad Fransa Təşkilatının Moskva ilə əlaqəsi yaranır. Sovet İttifaqı Fransa xalqının azadlığı uğrunda mübarizə aparan Azad Fransa Təşkilatının fəaliyyətini alqışlayır və Fransanın tamamilə azad edilməsi uğrunda mübarizədə təşkilata əzmkarlıq arzulayırdı. Eyni zamanda, Şarl de Qoll SSRİ-yə cavabında bildirirdi ki, "Fransa xalqı da Sovet İttifaqı ilə sona kimi həmrəy olacaqdır". Bu əməkdaşlığın simvolu kimi Normandiya- Neman eskadrası yaradıldı və həmin eskadrası böyük uğurlar qazandı. Habelə Sovet İttifaqının ordeni ilə təltif edildi. Fransa müqavimət hərəkatının iştirakçıları Böyük Vətən müharibəsinin başlanmasından dərhal sonra müxtəlif cəbhələrdə fəal mübarizə aparmağa başladılar. Fransanın paytaxtı Parisdə və ölkənin şimal rayonlarında hərəkat daha geniş xarakter aldı. Müxtəlif dairələrin nümayəndələri hərəkata cəlb olunur və beləliklə də müqavimət hərəkatı daha da dərinləşir. Eyni zamanda ayrı-ayrı departamentlərə rəhbərlər təyin edilir. 1941-ci il avqust ayının 23-də polkovnik Faben ilk alman zabitini öldürdü. Nor və Padekale departamentlərində partizan dəstələrinə Şarl de Qoll başçılıq edirdi. 1941-ci ilin iyulundan başlayaraq Milli Cəbhə öz ətrafında fəhlələri, ziyalıları, sənətkarları birləşdirirdi. Elə həmin dövrdən etibarən Milli Cəbhənin Təşkilat Komitəsi yaradılır ki, bu, bütün qüvvələri birləşdirmək məqsədi daşıyırdı. Bu dövrdə Həmkarlar təşkilatları, habelə Gənclər və Fransa Vətənpərvər Qadınları daha sıx birləşərək böyüklərin rəhbərliyi altında mübarizəni davam etdirirdilər. Milli Cəbhənin qarşısında 3 başlıca vəzifə vardır:1) Hitlerçilər məhv edilməli və Fransa ərazisindən qovulmalı; 2)Düşmən və onun müttəfiqlərinin təqib edilməsi; 3) Xalq hakimiyyətinin bərpa edilməsi və demokratik seçkilərlə hakimiyyətin yaradılması. Bu demokratik platformada Fransa xalqının bütün siyasi qüvvələri birləşmişdi və müqavimət hərəkatının güclənməsinə ciddi təsir göstərdi. Hitlerçilər tezliklə müqavimət hərəkatının iştirakçılarına qarşı terroru gücləndirir və beləliklə də Vişi hökumətinə hərbi yardımlar edərək hərəkat iştirakçılarına divan tutmağa başladılar. 1941-ci il iyulun 18-də Piyuşi Vişi hökumətinin daxili işlər naziri təyin edildi. O, tezliklə xüsusi tribunal yaradaraq 13 min vətənpərvəri həbs etdirir. Bu tədbirlərdə bir sıra təşkilatlar, o cümlədən Milli Xalq Birliyi və Fransa Milli Partiyası fəal iştirak edirdi. 1941-ci il sentaybrın 30-da verilmiş əmrə görə fransızlar məhkəməsiz həbs edilə və təqiblərə məruz qala bilərdi. Ümumiyyətlə, həmin dövrdə 75 minə qədər Fransa Kommunist Partiyasının üzvü həbs edildi. Bu, bütövlükdə partiya üzvlərinin 25 % -i idi. Lakin, bütün bunlara baxmayaraq müqavimət hərəkatı uğurla davam edirdi. 1941-ci ilin sentyabrında Sovet hökuməti Londonda fəaliyyət göstərən Fransa Milli Komitəsini tanıyır və onunla əməkdaşlığa başlayır. 1942-ci il noyabrın 8-də ingilis-amerikan ordusunun generalı Eyzenhauerin başçılığı altında Mərakeş və Əlcazairə daxil oldu. Gözlənilmədən Şimali və Qərbi Afrikada Vişi kalonoyal adminstrasiyası müttəfiqlərin tərəfinə keçir, onun başçısı admiral Darlan hələ müttəfiqlərin hücumu ərəfəsində Əlcazairə gəlir və ABŞ-la gizli əlaqə yaradır. Çox keçmədən Darlan qətlə yetirilir və onun ölmündə bir sıra fərziyyələr irəli sürülür. Belə ki, onun Qollistlər tərəfindən öldürülməsi ehtimal olunurdu. Fransa ordusu general Jironun komandanlığını qəbul edir və beləliklə də onun hərbi faəliyyəti ABŞ tərəfindən müdafiə edilir. Belə mürəkkəb şəraitdə alman hərbi komandanlığı Cənubi Fransanı mühasirəyə alır və bura 3 linkorn, 8 kreysler, 16 minamiyot və 60-a yaxın köməkçi hissələr yerləşdirilir.
Alman və İtalyan hərbi birləşmələri Tunisə göndərilir və burada da ingilis-amerikan qoşunlarına qarşı hərbi əməliyyatlar genişləndirilir. Şimali Afrikada aparılan hərbi əməliyyatlar onu göstərdi ki, müqavimət hərəkatı iştirakçıları çox böyük uğurlar qazanmış və beləliklə də Vişi hökumətinin çökməsində mühüm rol oynamışdılar. Eyni zamanda, Vişi hökumətinin nazirlərinin bir hissəsi istefa verir, digər bir hissəsi isə Əlcəzairə qaçdı. Ümumiyyətlə, Vişi hökuməti formal olaraq Fransa müqavimət hərəkatına qarşı cəbhənin mərkəzi kimi fəaliyyət göstərirdi. Bu dövrdə alman hərbi sənayesini möhkəmlətmək məqsədilə xüsusi qanun qəbul edildi. Bu qanuna görə 19–20 minə yaxın qoşun Almaniyaya göndərilməli və həmin şəxslər alman hərbi sənayesinin inkişafında iştifadə olunmalı idilər. Ələ keçirilmiş müqavimət hərəkatının üzvləri Almaniyaya göndərilmiş şəxslərin içərisində idi. 1942-ci ilin sonlarında müqavimət hərəkatının gedişində çox mühüm dəyişikliklərdən biri də ondan ibarət idi ki, Fransa Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəhbərliyi ilə Şarl de Qollun rəhbərlik etdiyi Komitə birləşdi və bununla da həmin dövrdən etibarən Fransanın tamamilə azad edilməsi məqsədilə Milli üsyana hazırlıq haqqında birgə faəliyyətə dair saziş imzalandı. Beləliklə, 1941–1942-ci illərdə Qərbi Avropanın ən böyük dövlətlərindən biri olan Fransada müqavimət hərəkatı formalaşma mərhələsinə qədəm qoydu. Bu mərhələdə alman faşizminə qarşı və eləcə də onun Fransada dayağı sayılan Vişi hökumətinə qarşı müqavimət hərəkatına rəhbərlik edən Fransa Kommunist Partiyası və Azad Fransa Təşkilatı ətrafında milli fransız vətənpərvəri sıx birləşə bildi. Doğrudur, ilk dövrlərdə rəhbərlik edən bu qüvvələr müqavimət hərəkatına birbaşa başçılıq etməklə, xüsusi mübarizə aparmağa cəhd göstərsələr də, tezliklə hərəkatın gedişində əsaslı dəyişikliklər baş verdi. Beləliklə, Fransa Kommunist Partiyası və Azad Fransa Təşkilatının birliyi təmin olundu. Bütün bunlar ona gətirib çıxardı ki, müqavimət hərəkatının gedişində 1942-ci ilin sonu −1943-cü ilin əvvəllərində yeni mərhələ başlandı.
Fransada müqavimət hərəkatının geniş vüsət alması