Keniya dağı Milli Parkı — 1949-cu ildə Keniya dağındakı vəhşi həyat və vəhşi heyvanların yaşayış yerini yaradan ətraf mühiti qorumaq üçün yaradılmış qorunana ərazidir.

Tarix Ərazi milli park elan edilməzdən əvvəl bir meşə qoruğu idi. Hal hazırda milli park meşə qoruğu ilə əhatə olunmuşdur. Ərazi 1978-ci ilin aprel ayında UNESCO-nun Biosfer Qoruğu təyin edildi. Milli park və meşə qoruğu 1997-ci ildə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.

Keniya hökumətinin Keniya dağında və ətrafında milli park yaratmasının dörd səbəbi var. Bunlar turizmin yerli və milli iqtisadiyyat üçün əhəmiyyəti, gözəl mənzərəli bir ərazini qorumaq, park daxilindəki biomüxtəlifliyi qorumaq və ətraf ərazilər üçün su anbarlarını qorumaq idi.

Ərazi Milli parkın ərazisi 715 kvadrat kilometrdir və əksər ərazilər kontur xəttindən yuxarıdır. Meşə qoruğunun sahəsi isə 705 kvadrat kilometrdir. Ümumi olaraq UNESCO-nun Ümumdünya İrsi ərazisinin sahəsi 1420 kvadrat kilometrdir.

Ətraf bölgədəki torpaqlarda vulkanik çöküntülər və yamaclardan enən çoxlu miqdarda təmiz su ərazini əkinçilik üçün əlverişli edir.

Fauna Bu parkın sərhədlərinin kiçik bir hissəsi fillərin populyasiyası çox olan ərazilərdə fillərin ətrafdakı əkin sahələrindən kənarda qalması üçün elektrikli hasarlara sahibdir. Aşağı hündürlükdəki ərazilərdə ağa-qara kolobus və digər meymunlar və kəllər üstünlük təşkil edir. 1993-cü ildə dağın yaxınlığında ağırlığında böyük bir erkək aslan vurulmuşdur.

Həmçinin bax

Şərqi Afrika

İstinadlar

Kateqoriya:1949-cu ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Keniyadakı ümumdünya irsi Kateqoriya:Kateqoriya BTMİ II