Baxış bəy Səbur () — XIX əsrin ikinci yarısı, XX əsrin birinci yarısında fəaliyyət göstərmiş şair, Şuşada fəaliyyət göstərən Məclisi-Fəramuşan ədəbi məclisinin üzvü. Baxış bəy Qarabağın məşhur bəy ailələrindən olan Vəzirovlar nəslinin nümayəndəsi idi.
Həyatı Baxış bəy Səbur 27 avqust 1863-cü ildə Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcamallı (Şərifbəyli) obasında anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Bir neçə dil bilirdi. Baxış bəy bir sürə Şuşa və Bakı şəhərlərində dövlət idarələrində çalışdıqdan sonra Özbəkistanın Daşkənd şəhərinə köçmüşdü. Daşkənd şəhərində Salman Mümtazın yazdığına görə "maarif və mədəniyyətə dəyərli köməyi olmuşdur".
Baxış bəy Səbur 1931-ci ildə Daşkənd şəhərində vəfat edib.
Əsəd bəy Vəzirin oğludur.
Mir Möhsün Nəvvab öz ünlü təzkirəsində yazır:
Baxış bəy Əsəd bəyin oğludur. Qarabağın Şuşa əhalisindəndir. Bəhram bəy Fədainin kiçik qardaşı, Asinin bacısı oğlu və Zakirin nəvəsidir. 28 yaşlı xoşəhval bir cavandır. Farsca və rusca savadı var. Şeirdə təzədir. Aşağıdakı şeirlər onundur. Təxəllüsü Səburdur.
Ailəsi Atası Əsəd bəy Vəzirov Mirzə Camal Cavanşir Qarabağinin qardaşı oğlu olmuşdur. Baxış bəyin Bəhram bəy Fədai, İsgəndiyar bəy Gülçin adlı qardaşları olmuşdur. Baxış bəyin dayısı Abdulla bəy Asi də şair idi. Baxış bəy Qasım bəy Zakirin nəvəsi idi. Adı keçən bütün şəxslər həm də şairliklə məşğul olmuşdurlar.
Həmçinin bax Vəzirovlar İstinadlar
Mənbə
Kateqoriya:Vəzirovlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:XX əsr Azərbaycan şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:Şuşa real məktəbinin məzunları Kateqoriya:XIX əsr şairləri Kateqoriya:Türk şairlər