Amiran Qamğrelidze ( ) – gürcü həkim, 29 dekabr 2001-ci ildən 2003-cü ilin noyabr ayının 27-dək Gürcüstanın səhiyyə naziri. Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin baş direktoru. Tibb elmləri doktoru, Gürcüstan Universitetinin tam professoru. Avropa Allergiya və Tədqiqat İmmunologiya Akademiyasının üzvü, Ümumdünya Səhiyyə Təşkilatının Gürcüstandakı proqram koordinatoru.
Bioqrafiyası Amiran Qamğrelidze 1951-ci ilin 24 yanvar tarixində Tbilisidə anadan olub. Tbilisi 4 nömrəli ictimai məktəbini bitirib. 1974-cü ildə Tbilisi Dövlət Tibb İnstitutunu bitirib. 1978-ci ildə həmin institutun Allerqologiya şöbəsinin baş laborantı təyin edilib; 1991-1996-cı illərdə Tibb Universitetinin Tədqiqat və Eksperimental Tibb İnstitutunun Allerqik xəstəliklər epidemiologiyası və tədqiqat immunogenetikası şöbəsinin müdiri, 1988-1996-cı illərdə Tbilisi Dövlət Tibb Universitetinin Kliniki və Eksperimental Tibb İnstitutunun Allerqik xəstəliklər epidemiologiyası və tədqiqat immunogenetikası departamentinin başçısı olmuşdur. 1995-1997-ci illərdə Səhiyyə İdarəetmə Milli Mərkəzinin direktoru vəzifəsində çalışmışdır.
1997-2001-ci illərdə Gürcüstan səhiyyə nazirinin birinci müavini olub; 2001-2004-ci illərdə isə səhiyyə naziri vəzifəsində çalışıb.
Qamğrelidze 2013-cü ilin 7 fevral tarixindən etibarən Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin baş direktoru vəzifəsində çalışır. 2002-ci ildə Diabetli Uşaqlar Assosiasiyası Amiran Qamğrelidzeni Gürcüstanda Diabetli Uşaqlara Görkəmli Baxım və Yardım Dərnəyinin Qızıl Medalı ilə təltif etdi. İstinadlar
Ədəbiyyat gürcücə ვინ ვინ არის საქართველოში, „ქართული ბიოგრაფიული ცენტრი“, გვ. 101, თბილისი, 2006 წელი.
Xarici keçidlər Amiran Qamğrelidze — Gürcüstanın bioqrafik lüğəti Amiran Qamğrelidze — Gürcüstan Universiteti Amiran Qamğrelidze — Ümumdünya Səhiyyə Təşkilatı
Kateqoriya:Tibb elmləri doktorları Kateqoriya:Gürcüstanın səhiyyə nazirləri Kateqoriya:Tbilisinin fəxri vətəndaşları