İslam Qahirəsi (; Əl-Muizin Qahirəsi), Tarixi Qahirə və ya Orta əsr Qahirəsi — Misirin paytaxtı qahirənin 19 və 20-ci əsrlərdə müasir genişlənməsindən əvvəl mövcud olan tarixi əraziləri, xüsusilə köhnə divarlı şəhərin və Qahirə qalasının ətrafındakı mərkəz hissələrinə verilən ad. "İslam" Qahirəsi adı bölgədəki müsəlmanların daha çox tanıdılmasına görə deyil, İslamın erkən dövründə qurulduğu gündən bəri şəhərin zəngin tarixinə və irsinə görə verilmişdir. Və bu ad eyni zamanda onu Qədim Misirə aid Giza və Memfis əraziləri ilə fərqləndirir. Bu bölgə İslam memarlığının İslam dünyasındakı ən böyük və ən sıx yayılmış yerlərindən biridir. İslam Qahirəsi Misirdəki bütün İslam dövrünə aid yüzlərlə məscid, türbə, mədrəsə, malikanələr, karvansaralar və istehkamlarla səciyyələnir. 1979-cu ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Tarixi Qahirəni " məşhur məscidləri, mədrəsələri, hamamları və fəvvarələri ilə birlikdə dünyanın ən qədim İslam şəhərlərindən biri " və "14-cü əsrdə qızıl dövrünə çatan İslam dünyasının yeni mərkəzi" olaraq Ümumdünya irsi siyahısına daxil etmişdir.UNESCO, Decision Text , World Heritage Centre, 21 iyul 2017

Tarix

Fustatın və ilk İslam dövrünün əsası link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Les_fouilles_dEl-Fostat_(le_Caire)_(3278025469).jpg|alt=|left|thumb|Fustatın 2009-cu ildə aşkar edilmiş qalıqları. Qahirə tarixi əslində, Misirin 640-cı ildə Əmr ibn Asın komandirliyi altında müsəlman ərəblər tərəfindən fəth edilməsi ilə başlayır.Raymond, André. 1993. O dövrdə Misirin paytaxtının İsgəndəriyyə olmasına baxmayaraq (Ptolemey, Roma və Bizans dövrlərində olmuşdur), ərəb fəthçiləri Fustat adlı yeni bir şəhərin inzibati paytaxt və hərbi qarnizon mərkəzi kimi xidmət etməsi üçün qərar verdilər. Yeni şəhər Nil sahillərində (indiki Köhnə Qahirədə) Babil qalası olaraq tanınan Roma-Bizans qalasının yaxınlığında, Qahirənin sonrakı yerinin cənub-qərbində yerləşirdi. Bu məkanın seçilməsi bir neçə amillə, o cümlədən Ərəbistan və Məkkəyə bir qədər yaxın olması, İsgəndəriyyədəki güclü xristian və ellinist təsir qorxusu və İsgəndəriyyənin dəniz yolu ilə gələn Bizans əks-hücumlarına qarşı həssaslığı ilə əlaqəli ola bilər. Bəlkə də daha da önəmlisi, Fustatın qədim Misirin Memfis şəhərində də olduğu kimi Aşağı Misir (Nil Deltası) və Yuxarı Misirin (Nil Vadisi, daha cənub) kəsişməsində yerləşməsi onu Nil çayı üzərində mərkəzləşmiş bir ölkəyə nəzarət etmək üçün strateji bir yer halına gətirməsi idi.

Yeni daxili qarnizon şəhərlərinin qurulması Tunisdəki Kayruan və ya İraqdakı Kufə kimi digər nümunələrlə birlikdə ərəb fəthləri boyunca təkrarlanan bir hal idi. Fustatın təməli həm də Misirin (və Afrikanın) ilk məscidi olan, əsrlər boyu yenilənmiş və bu gün də mövcud olan Əmr ibn As məscidinin inşası ilə müşayiət olundu.

Fustat sürətlə Misirin əsas şəhəri, limanı və iqtisadi mərkəzi halına gəldi, İsgəndəriyyə isə daha çox əyalət şəhərinə çevrildi. 661-ci ildə İslam dünyası 750-ci ildə Abbasilər tərəfindən devrilənə qədər paytaxtları Dəməşqdə yerləşən Əməvilərin nəzarəti altına keçdi. Son Əməvi xəlifəsi II Mərvan 1 avqust 750-ci ildə öldürüldü. Bundan sonra Misir və Fustat Abbasilərin nəzarəti altına keçdi. Abbasilər Misirdə yeni hökmranlıqlarını qubernator Əbu Aunun təşəbbüsü ilə Fustatdan bir qədər şimal-şərqdə yerləşən əl-Əsgər adlı yeni inzibati paytaxtın yaradılması ilə qeyd etdilər. Şəhər, 786-cı ildə əl-Əsgər cəmi adlanan böyük bir məscidin inşası ilə tamamlandı və Dər əl-İmarə adı ilə tanınan qubernator iqamətgahına bir saray da daxil edildi. Bu şəhərə aid heç bir qalıq bu günə gəlib çatmamışdır, lakin əsas şəhərin xaricində yeni inzibati paytaxtların qurulması ərazinin tarixində təkrarlanan bir nümunə oldu. link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Kairo_Ibn_Tulun_Moschee_BW_5.jpg|alt=|thumb|221x221px|9-cu əsrdə tikilmiş İbn Tulun məscidi. Abbasilər memarlığının İraq xaricində qorunan nadir və görkəmli bir nümunəsidir. Əhməd ibn Tulun Abbasilər hakimiyyətinin uzun böhranı zamanı Səmərra şəhərində Abbasilər xəlifələrinə xidmət etmiş türk idi. O 868-ci ildə Misirin valisi oldu, lakin tez bir zamanda Abbasi xəlifəsinin simvolik səlahiyyətini tanımaqla de-fakto müstəqil hökmdara çevrildi. O, o qədər nüfuz sahibi olmuşdu ki, sonradan xəlifə 878-ci ildə ona Suriyada nəzarəti ələ almağa icazə vermişdi. Tulunoğullarının hakimiyyətinin bu dövründə (İbn Tulun və oğullarının dövründə) Misir, e.ə. 30-cu ildə Roma hakimiyyəti qurulandan bəri ilk dəfə müstəqil bir dövlət oldu. İbn Tulun 870-ci ildə əl-Əsgərdən cənub-qərbdə yerləşən əl-Qətai adlı yeni inzibati paytaxt qurdu. Buraya yeni bir böyük saray, hərbi parad meydançası, xəstəxana və bu günə İbn Tulun məscidi olaraq tanınan, 876–879-cu illərdə inşa edilmiş böyük məscid daxil idi.

884-cü ildə İbn Tulun öldü və onun övladları 905-ci ilədək, Abbasilər birbaşa nəzarəti bərpa etmək üçün bir ordu göndərənə və yalnız məscidi saxlamaqla əl-Qətaini yandırana qədər hakimiyyətdə qaldılar. Bundan sonra 935–969-cu illər arasında Misiri bir müddət Abbasilər valisi olaraq başqa bir sülalə, Ağşidlər idarə etdilər. Onların bəzi tikililəri, xüsusən də bu dövrün sonrakı hissəsində regent olaraq hökm sürən Əbu əl-Misk Kafurun dövrünə aid olanlar gələcək Fatimilərin paytaxt üçün yer seçməsinə təsir göstərmiş ola bilər. Çünki Kafurun Fironlar kanalı boyunca yerləşən böyük bağlarından biri sonrakı Fatimi saraylarına daxil edilmişdir.

Qahirənin qurulması və Fatimilərin hakimiyyəti link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Al-Azhar_(inside)_2006.jpg|left|thumb|295x295px|972-ci ildə Fatimilər tərəfindən qurulan Əl-Əzhər məscidi. (Minarələr daha sonra Məmlük dövründə əlavə edilmişdir) link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Cairo,_porte_settentrionali,_01.JPG|thumb|11 əsrin sonlarında Fatimid vəziri Bədr əl-Camali tərəfindən inşa edilən, Qahirənin şimal qapılarından biri olan Bab əl-Futuh. İfriqiyə (Tunis) bölgəsində qurulmuş bir İsmaili Şiə xilafəti olan Fatimilər, xəlifə əl-Muizin dövründə, 969-cu ildə Misiri fəth etdilər. Əsasən Şimali Afrikalı bərbərlərdən ibarət olan orduya general Cəvhər ibn-Abdullah rəhbərlik edirdi. 970-ci ildə Cəvhər əl-Muizin göstərişinə əsasən Fatimi xəlifələrinin iqamətgahı və güc mərkəzi kimi xidmət edəcək yeni bir şəhər qurdu. Şəhər əvvəlcə əl-Muziyyiyyə əl-Qahirə, yəni "Əl-Muizzin Qələbə şəhəri", daha sonra isə sadəcə Qahirəyə müasir adını verən "əl-Qahirə" adlandırıldı.

Şəhər Fustatın və İbn Tulun və Abbasilər tərəfindən inşa edilmiş əvvəlki inzibati paytaxtlardan şimal-şərqdə yerləşirdi. Cəvhər yeni şəhəri elə təşkil etmişdi ki, onun mərkəzində xəlifələri, ailələri və dövlət qurumlarını yerləşdirən Böyük Saraylar yerləşirdi. Saraylardan biri şərqdə (ən böyüyü), digəri isə qərbdə yerləşir, aralarında Beyn əl-Qəsreyn ("İki Saray arasını") adlanan meydan yerləşirdi. Şəhərin əsas məscidi olan əl-Əzhər məscidi 972-ci ildə həm Cümə məscidi, həm də tədris mərkəzi olaraq qurulmuş və bu gün dünyanın ən qədim universitetlərindən biri hesab olunur. Fustat bir müddət Misirin əsas iqtisadi və şəhər mərkəzi olaraq qaldı. Yalnız bundan sonra Qahirənin Fustat da daxil olmaqla digər yerli şəhərləri də mənimsəməsi böyüdü. Lakin 969-cu il bəzən indiki şəhərin "inşa ili" hesab olunur.

Əl-Muiz və Fatimilər xilafətinin inzibati aparatı 972-ci ildə keçmiş paytaxtı tərk edərək 973-cü ilin iyununda Qahirəyə gəldi. Fatimilər imperiyası tez bir zamanda rəqib sünni Abbasilər xilafəti üçün bir təhlükə olacaq qədər güclü oldu. Xəlifə əl-Mustansirin hakimiyyəti dövründə (1036–1094), Fatimilər imperiyası zirvəyə çatdı, lakin eyni zamanda tənəzzülə başladı. Xəlifələr adından çıxış edən bir neçə güclü vəzir, bəzən imperiyanın gücünü canlandıra bildi.

XI əsrin sonu həm də bölgədə böyük hadisələrin və inkişafların dövrü idi. Məhz bu zaman Böyük Səlcuq İmperiyası şərqi İslam dünyasının çox hissəsini ələ keçirdi. Əsasən sünni olan türklərin gəlişi Fatmilərin və Yaxın Şərqdəki şiə firqələrinin irəliləməsini ləğv edən və "Sünni Dirçəlişi" adlanan dövrdə uzunmüddətli bir amil oldu. 1099-cu ildə Birinci Səlib yürüşü Qüdsü ələ keçirdi və yeni Səlibçi dövlətlər Misir üçün qəfil və ciddi bir təhdid oldu. Türk Zəngi sülaləsinin Nurəddin Mahmud kimi yeni müsəlman hökmdarları Xaçlılara qarşı ümumi hücumu öz üzərlərinə götürdülər.

XII əsrdə Fatimilərin zəifliyi o qədər ağırlaşdı ki, son Fatimi xəlifəsi əl-Adidin dövründə, Zəngiləri nəzarətdə saxlamaq üçün sonuncu bir toqquşmaya hazırlaşdıqları bir zamanda Fatimilər Qüds kralı Amoridən qorunmaq üçün Zəngilərdən kömək istədilər. 1168-ci ildə səlibçilər Qahirəyə yürüş edərkən Fatimi vəziri Şevar, istehkamı olmayan Fustat şəhərinin Qahirəni mühasirəyə almaq üçün bir baza olaraq istifadə ediləcəyindən narahat oldu, əhalinin təxliyəsini əmr etdi və şəhəri yandırdı. Tarixçilər dağıntının dərəcəsini müzakirə edərkən Fustatın bundan sonra da ayaqda durduğu görünsə də, yanğın daha sonra Qahirənin özü tərəfindən tutulan bu şəhərin tənəzzülündə böyük rol oynamışdır. Nəhayət, 1171-ci ildə əl-Adidin vəziri olan Zəngi komandiri Səlahəddin Əyyubi Fatimi xilafəti hakimiyyətinin sona çatdığını və süqut etdiyini elan etdi. Beləliklə, Qahirə sünnilərin hakimiyyətinə qayıtdı və Misir və Qahirənin şəhər tarixində yeni bir fəsil açıldı.

Qahirənin Əyyubilər və Məmlük dövründə yüksəlişi link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Mosque-Madrassa_of_Sultan_Hassan_(4).jpg|left|thumb|Sultan Həsən mədrəsə-məscid, Bahri Məmlük dövrü, 14 əsrin ortaları. link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Flickr_-_HuTect_ShOts_-_Citadel_of_Salah_El.Din_and_Masjid_Muhammad_Ali_%D9%82%D9%84%D8%B9%D8%A9_%D8%B5%D9%84%D8%A7%D8%AD_%D8%A7%D9%84%D8%AF%D9%8A%D9%86_%D8%A7%D9%84%D8%A3%D9%8A%D9%88%D8%A8%D9%8A_%D9%88%D9%85%D8%B3%D8%AC%D8%AF_%D9%85%D8%AD%D9%85%D8%AF_%D8%B9%D9%84%D9%8A_-_Cairo_-_Egypt_-_17_04_2010_(4).jpg|thumb|Səlahəddin qəbiristanlığı 1176-cı ildə qurulmuş və ondan sonra digər hökmdarlar tərəfindən inkişaf etdirilmişdir. 19-cu əsrə aid Məhəmməd Əli məscidi divarlar üzərindən görünür. Səlahəddin hakimiyyəti Misir və Suriyanı idarə edən və Xaçlılara qarşı mübarizəni davam etdirən Əyyubilər sülaləsinin başlanğıcını qeyd etdi. O, şəhər divarlarının xaricində bundan sonra da uzun əsrlər boyu Misir hökmdarları və dövlət idarəsinin yerləşəcəyi yeni bir iddialı qalanın, Qahirə qalasının inşasına başladı. Bu, Qahirənin eksklüziv bir saray şəhəri statusuna son qoydu və şəhər Misirlilərin yaşadığı və xarici səyyahlar üçün açıq bir iqtisadi mərkəzə çevrilməyə başladı. Sonrakı əsrlər ərzində Qahirə genişmiqyaslı bir şəhər mərkəzinə çevrildi. Fustatın əhəmiyyətinin azalması onun yüksəlişinə yol açdı. Şiə Fatimilərinin təsirini silmək istəyən sünni müsəlman olan Əyyubi sultanları və onların Məmlük varisləri böyük Fatimi saraylarını tədricən dağıdaraq öz binaları ilə əvəz etdilər. Əl-Əzhər məscidi sünni bir tikiliyə çevrildi və bu gün sünni İslam dünyasında Quran və İslam qanunlarının öyrənilməsi üçün ən önəmli mərkəzdir. link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Dome_of_Qaytbay_complex.jpg|thumb|15-ci əsrin sonlarında Burci Məmlük dövrü, Şimal qəbiristanlığında Sultan Qaytbay kompleksinin günbəzi. 1250-ci ildə Əyyubilər sülaləsi iflas etdi və hakimiyyət Məmlüklərin idarə etdiyi bir rejimə keçdi. Məmlüklər gənc qullar olaraq (tez-tez Mərkəzi Avrasiyanın müxtəlif bölgələrindən) satın alınmış və sultanın ordusunda xidmət etmək üçün böyüdülən əsgərlər idi. Onlar Sultan əs-Salehin rəhbərliyindəki Əyyubi ordusunun dayağı olmuşlar və nəticədə Yeddinci Səlib yürüşü zamanı yaranan siyasi böhranda dövlətin nəzarətini ələ ala bildilər. 1250–1517-ci illər arasında taxtı ümumiyyətlə irsi deyildi və tez-tez zorakı və xaotik bir ardıcıllıq sistemində bir məmlükdən digərinə keçırdı. Buna baxmayaraq, Məmlük imperiyası özündən əvvəlki Əyyubilər imperiyasının bir çox cəhətini davam etdirdi və 1260-cı ildə monqolların yürüşlərini geri qaytarmaq (ən məşhuru Əyn Cəllud döyüşündə) və Levantdakı Səlibçi dövlətlərin süqutu üçün məsuliyyət daşıyırdı.